Narkotiksiz gələcək naminə
Bildiyimiz kimi, narkomaniya
hal-hazırda cəmiyyətin ən birinci
qlobal problemlərindən biridir.
Son illər respublikamızda narkotik vasitələrə qarşı
mübarizə xeyli güclənmişdir.
Bu mübarizədə Nəsimi rayonunda fəaliyyət göstərən
“Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə” komissiyasının az
rolu olmamışdır.
Komissiya öz fəaliyyətində Azərbaycan
Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq
edilmiş “Narkotik
vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı
mübarizəyə dair 2013-2018-ci illər
üçün Dövlət
Proqramı”nı rəhbər
tutmuşdur.
Azərbaycan
Respublikası Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının İşçi Qrupunun 02-07 saylı, 15.01.2014-cü il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunmuşdur.
Gənc
nəslin vətənə məhəbbət, Azərbaycan
xalqının tarixinə, mədəni irsinə, dövlət
dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə
hörmət ruhunda tərbiyə
olunması məqsədi ilə komissiya il ərzində rayonun orta və ali təhsil
müəssisələrində
müxtəlif mövzularda
inşa-yazı və rəsm müsabiqələri, ədəbi-bədii
tədbirlər keçirilmişdir.
Yeniyetmə
və gənclərin vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsi işinin gücləndirilməsi,
məktəblərdə hərbi xidmətə hazırlıq
səviyyəsinin yüksəldilməsi məqsədilə “Cəsurlar”
hərbi idman və turizm
və “Şahin” hərbi idman
oyunlarının
keçirilməsi daim diqqət mərkəzində
saxlanılmışdır.
Yaradıcı
və istedadlı gənclərə dövlət
qayğısının artırılması, onların
qabiliyyətlərinin inkişaf etdirilməsi
üçün əlverişli şəraitin
yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi,
elmi potensiallarının inkişaf
etdirilməsi və eyni zamanda
onların asudə vaxtlarının səmərəli təşkil
olunması məqsədi ilə hər ay rayonun ali və orta ümumtəhsil məktəblərində
bədii-əyləncəli tədbirlər keçirilmişdir.
Bu
il də Azərbaycan Respublikası Prezidentinin “02 fevral - Azərbaycan
Gəncləri Günü elan
edilməsi haqqında” 01.02.1997-ci il tarixli 475 saylı sərəncamına uyğun olaraq “02 fevral - Azərbaycan Gəncləri günü” münasibəti ilə 30 yanvar 2015-ci il tarixdə Nəsimi
rayon İcra Hakimiyyətində
“Gənclik ömrün baharıdır” adlı bədii-əyləncəli
tədbir keçirilmişdir. Tədbirdə gənclərin əldə etdiyi nailiyyətlərdən, gənclər
siyasəti və idman sahəsində
görülən işlərdən söhbət
açılmış, il ərzində fərqlənmiş
bir qrup tələbə
və şagirdlərə diplom və
müxtəlif hədiyyələr təqdim edilmişdir.
Həmçinin tədbirdə istedadlı gənc rəssamların
əl işlərindən ibarət sərgilər də nümayiş etdirilmişdir.
Gənclər
arasında sağlam həyat tərzinin təbliğ
olunması, hüquq pozuntuları,
narkomanlıq, QİÇS və digər neqativ
halların profilaktikası məqsədi ilə məktəblərdə
müsabiqələr, seminarlar və dəyirmi
masalar keçirilmişdir.
Keçirilən tədbirlərdə din
xadimləri, Ağsaqqallar
Şurasının nümayəndələri, müharibə
veteranları da iştirak
etmişdir. Tədbirlərdə
şagirdləri maraqlandıran suallar ətrafında
diskussiyalar aparılmışdır.
Rayon komissiyasının üzvləri keçən il ərzində yeniyetmə və gənclərin
sağlamlığının qorunması, kütləvi bədən
tərbiyəsi və idmanın inkişaf
etdirilməsi məqsədi ilə bədən tərbiyəsi
və idman sahələri üzrə
keçirilən tədbirlərdə fəal iştirak etmişlər.
Yarışlarda yer tutan
komandaların oyunçuları diplom və
hədiyyələrlə
mükafatlandırılmışdır.
2014-cü
il ərzində komissiyanın əsas məqsədi
yetkinlik yaşına çatmayanlara
tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin
qarşısını almağa, tədris
müəssisələrində təlim-tərbiyə işlərinin
gücləndirilməsinə, antinarkotik təbliğat və maarifləndirmə,
məktəblilərin sağlam həyat tərzi
ilə əlaqədar fiziki
hazırlıqların inkişaf etdirilməsi,
yeniyetmələrin asudə vaxtlarının səmərəli
təşkili, valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş azyaşlılar arasında
narkomanlığın yayılması məqsədilə
onlara qəyyum və himayəçi təyin
edilməsi istiqamətində olmuşdur.
Keçən
il polis əməkdaşları
tərəfindən keçirilmiş 157 reyd nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş 362 yetkinlik yaşına çatmayan
müəyyən edilərək PB-nə və RPİ-nə gətirilmiş,
hər biri ilə profilaktiki
söhbət aparıldıqdan sonra onlardan iltizam alınaraq, valideynlərinə və yaxud məktəb rəhbərliyinə təhvil
verilmişdir. Küçələrdə
avaralıq, dilənçilik edən, digər qanunazidd
əməllərə yol verən, habelə
uşaqları belə əməllərə təhrik edən
şəxslərin qarşısının alınması məqsədi
ilə mütəmadi olaraq reydlər keçirilmiş və bu
reydlər zamanı dilənçiliklə məşğul
olan 207 yetkinlik
yaşına çatmayan
saxlanılmışdır. 2014-cü il ərzində
narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanlar
qeydə alınmamışdır.
Rayon ərazisində fəaliyyət göstərən
“Müsadirə edilmiş narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların məhvi” üzrə komissiyaya
daxil olmuş məktublara
və icra vərəqələrinə
baxılaraq, komissiya üzvləri tərəfindən
vətəndaşlardan müsadirə edilmiş
narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsinin
nömrəsi, tarixi
aydınlaşdırılaraq müsadirə edilmiş
narkotik maddələr rayon
Polis İdarəsinin 20-ci PB-nin
həyətində xüsusi
ayrılmış yerdə yandırılaraq məhv edilmişdir.
Çəkisi
çox olan narkotik maddələr isə
“Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası” sədrinin
3 saylı, 03.03.2006-cı il tarixli Sərəncamına əsasən geri qaytarılmış, Dövlət
Komissiyasına müraciət olunması tövsiyə edilmişdir.
2014-cü il ərzində 185 vətəndaşdan
müsadirə edilmiş 4082,919 qram narkotik maddə komissiya üzvlərinin iştirakı ilə
məhv edilərək aktlaşdırılmışdır.
2014-cü
il ərzində Nəsimi rayonu
ərazisində rayon Polis
İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar
165 cinayət hadisəsi qeydə alınmış, onlardan 135 fakt bu maddələrin saxlanılması, qalan 30 fakt isə narkotiklərin
satışı ilə əlaqədar olmuşdur.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası bundan sonra da Dövlət Proqramını rəhbər tutaraq, yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə kütləvi şəkildə keçirilən tədbirlərə cəlb olunmalarını təmin edəcəkdir və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirəcəkdir.
Ağa-Əli Əhmədov,
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,
“Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə
Qarşı Mübarizə” üzrə Nəsimi rayon komissiyasının
sədri
İki
sahil.- 2015.- 31 yanvar.- S.22.