Ölkəmiz qüdrətli
iqtisadiyyata və
güclü siyasi müstəqilliyə
malikdir
Sürətlə
dəyişən, sanki dayaqları zəifləyən,
müharibələrin, aclığın, səfalətin,
dağıdıcı rəngli inqilabların, sosial-iqtisadi tənəzzülün
aciz tamaşaçısına çevrilən dünyanın
ictimai-siyasi xaos mərkəzinə çevrilən bir
çox ölkələrində
ağrılı-acılı vəziyyət hökm sürməkdədir.
Maliyyə (iqtisadi) böhranı ilə başlanan bu
sarsıntılar son illərin daha mürəkkəb mənzərəsini
ortaya qoymuşdur. Sanki keçici xəstəlik kimi bir ölkədən
digərinə keçən bu istənməz hallar, hətta,
qitələr və materiklərarası ziddiyyətlərin də
təəssüfləndirici əsaslarını
yaratmışdır.
Həmin
proseslər Gürcüstan, Ukrayna, Qırğızıstanda rəngli inqilablar adı ilə başlamaqla,
İtaliya, İspaniya,
Yunanıstan, Almaniya, Fransansada
iqtisadi böhranlar kimi müşahidə olunmaqla,
Misir, Tunis, Liviya, Suriyanı da “Ərəb
baharı” ilə ağuşuna
almış, Pakistan, İraq
və yenə də Ukraynanın viran
qoyulmasına qədər dünyanın sinəsinə uzun
bir dağ çəkdi
və çəkməkdədir. Elə şimal
qonşumuz Rusiya
Federasiyasının iqtisadiyyatına tətbiq edilən sanksiyalar da həmin
problemlərin tərkib hissəsidir. Təbii ki,
ictimai-siyasi və sosial-iqtisadi
və hətta, hərbi çəkişmələr
(nizamsızlıq) öz mənfi təsirini
hər şeydən əvvəl həmin ölkələrin
iqtisadiyyatlarına göstərməkdədir. Məsələn,
iqtisadi böhranın hökm
sürdüyü illərdə (xüsusən
də 2012-2013-cü illər) Avropa ölkələrində
strateji göstərici olan
işsizlik səviyyəsi 18-30%
arasında cərəyan etmişdir.
Bu
bir həqiqətdir ki,
təməli ümummilli liderimiz
Heydər Əliyev tərəfindən çox
böyük uzaqgörənliklə müəyyən
edilmiş inkişaf, intibah, tərəqqi və yüksəliş
siyasəti ölkəmizi yuxarıda qeyd etdiyimiz ölkələrdə cərəyan
edən neqativ amillərin təsirindən qorumuş,
dayanıqlı, müvazinətli, müqavimətli iqtisadiyyata malik bir dövlət formalaşmışdır. Təbii ki, bütün
bunlar isə müasir
müstəqilliyimizin iyirmi dördüncü ilində mütərəqqi,
dünyada söz sahibi, beynəlxalq strateji əhəmiyyətli
layihələrin müəllifi olan, cahanda əmin-əmanlığın, sülhün tərəfdarı kimi etibarlı tərəfdaşlıqda özünü təsdiqləyən Azərbaycan
Respublikasının dayaqlarını daha da möhkəmləndirmişdir. Keçən
müddət ərzində əldə olunan
hərtərəfli uğurlar makroiqtisadi sabitliyin çox güclü təminatına
çevrilmişdir. Bütün
bunlar son on bir ilin
də (2003-2014-cü illər) yüksək inkişaf
mənzərəsini təşkil etməkdədir. Həmin
illərdə ən mühüm məsələ
kimi məhz makroiqtisadi
siyasətin uğurlu yöndə müəyyənləşdirilməsi
regionların sosial-iqtisadi
inkişafının dəstəklənməsi fonunda diqqət mərkəzində
saxlanılmışdır. Və 3 mərhələdə qəbul
edilən müvafiq Dövlət
Proqramları məhz bu məqsədə
xidmət etmişdir. Bütün bu
uğurlar və qarşıda duran məsələlər dövlət
başçısı cənab İlham
Əliyevin Sədrliyi ilə 27 yanvar
2015-ci ildə Heydər Əliyev Mərkəzində “Azərbaycan
Respublikasının regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci
ilinin yekunlarına həsr olunmuş
genişmiqyaslı konfransda da qeyd olundu.
Prezidentin giriş və yekun
nitqlərində ölkə iqtisadiyyatına sistemli
yanaşma irəli sürülməklə,
dərin səmimiyyət və böyük
qayğıkeşliklə təhlillərə yer
verildi, potensial imkanlar perspektiv
inkişafın dayağı və təminatçısı kimi dəyərləndirildi. Proqram xarakterli
çıxışda ölkə iqtisadiyyatının sahə
strukturuna işıq salınmış və
daha təkmil standartlara
aparan yol müəyyənləşdirilmişdir.
Eyni zamanda ötən
dövrdə əldə olunan uğurlar gələcək inkişaf
yolunun başlanğıcı kimi qiymətləndirilmişdir. Prezident çıxışında 2004-cü
ildən bu günə qədər ümumi daxili məhsulun
3,4 dəfə (dünya miqyasında rekord göstərici olaraq),
sənaye istehsalının 2,7 dəfə artdığına
diqqət çəkdi. Həmin müddət ərzində
ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulduğunu bildirən dövlət
başçısı qeyd etdi ki, əgər
2004-cü ildə valyuta
ehtiyatlarımız 1,8 milyard dollar idisə, hazırda bu
göstərici 50 milyard dollardan
artıq olmuşdur.
Ölkə
iqtisadiyyatı inkişaf etdikcə, əsas
hədəflərimizdən biri olan regional siyasətin effektivliyi də özünü
göstərməkdədir. Bütün bölgələrin inkişafındakı qeyri-bərabərliyin
aradan qaldırılması, tarazlı və
balanslaşdırılmış regional
siyasətin müəyyənləşdirilməsi son nəticədə qəbul edilən
Dövlət Proqramlarının əhəmiyyətini və zəruriliyini
bir daha ortaya qoymaqdadır. Təbii ki, bu, özünü
regionlarda yaşayan
insanların iş yerləri ilə təminatının
gücləndirilməsi və çevik məşğulluq
siyasətinin mövcudluğu ilə daha da önəm
qazanmaqdadır. Və bu
siyasət hər üç Dövlət
Proqramının həm məqsədlərinin, həm də
mahiyyətinin gerçək ifadəsini təşkil etməkdədir.
Ölkə başçısı konfransda
bütün bu proseslərə
diqqət çəkərək bildirdi ki, son on
ildə 1 milyon 360 min yeni iş yeri
yaradılmışdır ki,
onların da 1 milyonu daimidir.
Ölkə
iqtisadiyyatının qətiyyətli idarəetmə əsasında
yönləndirilməsi onu
dayanıqlı etmiş, dünyadakı tənəzzül
meyillərindən, siyasi və hərbi
çəkişmələrdən qorumağı bacarmışdır.
Nəticədə isə işsizlik 5 faizə
düşmüş, yoxsulluq
isə 5 faiz səviyyəsində qərarlaşmışdır.
Bu isə təbii ki, siyasi hakimiyyətin iqtisadi
idarəetməyə verdiyi böyük dəstəyinin nəticəsidir.
Söz yox ki, ölkəmizin dayanıqlı iqtisadi inkişaf
beşiyinə çevrilməsi beynəlxalq aləmdə də
diqqət mərkəzində qalmış və ədalətli
qiymətləndirilmişdir. Belə ki, Davos Dünya İqtisadi Forumunda ölkəmiz
iqtisadi sahədə rəqabətqabiliyyətlilik
göstəricisinə görə 38-ci yerdə qərarlaşmışdır.
İqtisadi inkişafın ən gerçək ifadəsi
bir çox tərəfləri
ilə yanaşı, həm də onun daha çox sosialyönümlü olması ilə də
xarakterizə edilir. Elə son iyirmi iki
ilə yaxın dövrdə müdrik siyasi təcrübə və idarəetməyə
əsaslanmaqla müəyyən olunmuş
milli dövlətçilik siyasəti ictimai-siyasi, sosial-iqtisadi həyatın
bütün sahələrində həm kəmiyyət,
həm də keyfiyyət irəliləyişlərinin
açarına çevrilmişdir.
Elə bunun nəticəsində də
2009-cu ilin mart
ayında ümumxalq səsverməsi (referendum) ilə Konstitusiyamızda da bu uğurlar
öz təsdiqini və təsbitini
almış oldu. Belə ki, Ali Qanunumuzun
İqtisadi inkişaf
və dövlət adlanan 15-ci maddəsinin
II bəndində göstərilir ki, Azərbaycan
dövləti bazar münasibətləri əsasında
sosial yönümlü
iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir.
Keçən müddət
ərzində ölkəmizin olduqca
möhkəmlənən siyasi nüfuz və mövqeyi həm
beynəlxalq aləmə çıxış üçün
yolu daha da hamar etmiş,
həm də daxili iqtisadi
və siyasi proseslərin uğurlu
tənzimləyicisinə çevrilmişdir.
Bu isə
təbii ki, sağlam
və səmərəli iqtisadi münasibətlərin
əsaslarını yaratmışdır. Ümummilli
liderimiz Heydər Əliyevin müdrikliklə
qurduğu, uzaqgörənliklə idarə
etdiyi, qətiyyətlə nail
olduğu qüdrətli Azərbaycan
dövlətini 2003-cü ildən etibarlı əllərə
ərmağan etdi. Məhz bu dövlərlərdə də mövcud baza əsasında
daha təkmil, daha
mütərəqqi, müasir dövrün tələb və inkişafı
ilə daha yaxından səsləşən
bir Azərbaycan dövlətini görməkdəyik.
Elə bunun nəticəsidir ki, əldə olunan uğurlar hətta ayrılıqda hər bir vətəndaşın gündəlik həyatında
öz əksini tapmış və bu, çevik sosial ədalətin gerçək təsdiqinə
çevrilmişdir. Təbii ki, bütün bunlar son on
bir ilin möhtəşəm
inkişaf mənzərəsini
yaratmışdır.
Ölkələrin sosial-iqtisadi inkişafına təkan olacaq amillərin içərisində güclü infrastruktur
siyasətinin də əhəmiyyəti böyükdür.
Bu siyasət də əhatə etdiyi sosial və istehsal sahələrinin davamlı,
ardıcıl tərəqqisinə xidmət edəcək səviyyədə
təşəkkül tapmaqla ölkəmizin
milli iqtisadi
inkişafına böyük töhfə
verməkdədir. Məsafəsindən, şəraitindən,
vəziyyətindən, çətinliyindən, təyinatından,
şaxəsindən asılı olmayaraq bütün ərazilərdə kommunal xidmətlərin özünə kök salması, təhsilin, səhiyyənin,
tikintinin, bir sözlə,
sosial həyatın bütün
sahələrində yüksək iqtisadi nailiyyətlər
üçün münbit
şərait yaratmışdır. Təbii ki,
bütün bunlar
dövlətin öz xalqına, öz müəlliminə, öz
həkiminə, öz vətəndaşına,
öz insanına tükənməz
ehtiramının, diqqətinin, xidmətinin nəticəsi və
təsdiqidir. Sadalanan məqamlar həm də
ona görə böyük
əhəmiyyət daşıyır ki,
ölkəmizin ən ucqar kəndlərində
belə bütün bu
təminatlar yaradılmışdır. Heç
şübhəsiz, bunlar ayrılıqda hər
birimizin, bütövlükdə isə
xalqımızın qürur mənbəyidir.
Elə xalqımızın və hər bir
vətəndaşın rahatlığı,
firavanlığı, əmin-əmanlığı dövlətimizin
və onun başçısının həm
sevinci, həm də iftixarıdır. Məhz
konfransda da cənab Prezident öz xalqına
göstərdiyi xidmətin yüksək mənəvi
rahatlığını ifadə edərək dediyi
kimi, son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir.
Magistral yollar, kənd
yolları, 340 körpü və tunel tikilmişdir.
Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə
Azərbaycanın təşəbbüsü ilə
başlamışdır, indi tikintisi başa
çatır. Bölgələrdə 6 aeroport
tikilmişdir, onlardan
4-ü beynəlxalq aeroportdur.
İnkişaf yollarında böyük
stimul və inamla
yürüyən ölkəmiz bu gün öz siyasətinin
uğurunu, öz
iqtisadiyyatının qüdrətini çoxşaxəli,
çoxsahəli istiqamətdə davam
etdirməklə bir daha
təsdiqləməkdədir. Bunlar isə
gerçəkləşdirilən böyük
və strateji layihələrin mövcudluğu ilə daha
da önəm qazanmışdır. Təbii
ki, bu nailiyyətlər
təkcə ölkəmiz üçün
qürur olmaqla
yanaşı, həm də region üçün, bütövlükdə dünya üçün bir nümunə, həm də önəmli bir mesajdır. Bu o deməkdir ki,
ölkəmiz heç kimin
daxili işlərinə
qarışmamaqla, müdaxilə etməməklə öz siyasi və iqtisadi yüksəlişinin təmin
olunmasına ciddi diqqət göstərir
və bununla da dünyada etibarlı tərəfdaş, sülh carçısı və inkişaf təminatçısı imici formalaşdırır. Bu bir həqiqətdir ki,
ölkəmizin müəllifi olduğu
layihələr bütövlükdə dünya
siyasətinin, iqtisadiyyatının yeni
istiqamətlərini müəyyən edə bilmiş,
hətta inkişaf etmiş
ölkələri belə bizim dövlətimizlə
hesablaşmağa məcbur etmişdir. Söz yox ki, bu,
dövlətimizin müdrikliklə idarə edilməsindən,
bunun nəticəsində də siyasi və iqtisadi müstəqilliyimizin
möhkəmliyindən xəbər verməkdədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi ...Bu gün
biz müstəqilik. İqtisadi
və siyasi cəhətdən heç kimdən asılı deyilik.
Heç kim bizimlə
diktat dili ilə
danışa bilməz. Bəziləri bunu
istəyir, ancaq alınmır və
alınmayacaq. Biz öz
sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik
və heç kimin
qabağında başıaşağı deyilik,
ölkəmizi ləyaqətlə idarə edirik.
Bəli, doğrudan da, dərin siyasi təcrübə yüksək idarəçiliyə
söykənməklə atılan qətiyyətli
addımların təminatıdır. Peşəkar
fəaliyyət, hadisələrə sistemli
yanaşma, vaxtında və düzgün qərarlar qəbul edilməsi,
balanslı siyasətin müəyyənləşdirilməsi kimi amillər milli
maraqların üstün tutulması
baxımından da mühüm
önəm daşımaqdadır. Son
dövrlərdə ölkəmizin iqtisadi
əhəmiyyətinin artmasında digər sahələrlə
yanaşı enerji siyasətinin də
müvəffəqiyyət rəmzinə çevrilməsi dünya ölkələrinin toqquşan
maraqları prizmasında daha cəlbedici
olmaqdadır. Bu gün
Azərbaycan bütün dünyaya
öz sözünü
həyata keçirdiyi möhtəşəm
işlərlə, ev sahibliyi
etdiyi beynəlxalq, dünya
miqyaslı tədbirlərlə deməkdədir. Bunlara xüsusi ilə məhz
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”,
TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi istər region, istərsə
də Avropa üçün
strateji əhəmiyyət daşıyan
layihələri aid edə bilərik. Bundan əlavə, “Eurovision”
mahnı müsabiqəsini, “GT3 və klassik
Formula 1” yarışını aid etməklə digər mühüm
dövlət tədbirlərini göstərə bilərik. Qeyd edək ki, ölkəmiz dünya əhəmiyyətli
bir çox tədbirlərə
ev sahibliyi edib ki, bunun
da təkcə 300-dən artığı
beynəlxalq yarışların payına düşür.
Ölkəmizin artan nüfuzu,
dünya ölkələri
arasındakı mövqeyinin möhkəmlənməsi
bu sıradakı tədbirlərin
ardıcıllığını təmin etməkdədir. Təsadüfi
deyil ki, hazırkı
2015-ci ildə də Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi nəzərdə
tutulmuşdur. Qeyd edək
ki, oyunlar zamanı
Avropanın 49 ölkəsindən 6 mindən çox
idmançı iştirak edəcək.
Ölkə
Prezidenti cənab İlham
Əliyevin böyük təcrübəsi,
siyasi çevikliyi,
mükəmməl idarəçilik bacarığı,
xalqına, vətəndaşına
bağlılığı ilə əldə olunan
uğurlar davamlı xarakter
almış və müstəqil iqtisadi
siyasətin əsasını təşkil etməklə, gələcək
uğurlar üçün
faydalı zəmin
yaratmışdır. Məhz bunun da nəticəsində bir-birini
əvəz edən illər tarixdə yüksək makroiqtisadi göstəricilərlə
qalmaqdadır.
Güclü hüquqi və iqtisadi tənzimləməyə söykənməklə
ölkəmiz son on bir ildə əsaslandırılmış, strateji, böyük infrastruktur potensialı ilə zəngin tədbirlərdən
ibarət Dövlət Proqramları ilə qüdrətli iqtisadiyyata və sağlam
siyasi müstəqilliyə malik olmuşdur. Üç mərhələdə uğurla icra olunan həmin Dövlət
Proqramları bütün regionlara
müvazinət gücü vermiş və ümumilikdə ölkənin regional siyasətinin müvəffəqiyyət
çəkisini artırmışdır. Bu
gün tam qətiyyətlə
demək olar ki,
ölkəmiz öz iqtisadiyyatını
dünyanın iqtisadi və siyasi böhranlarından məharətlə qorumaq gücünə malikdir.
Dünyadakı məlum tənəzzül vəziyyətinə
(meyillərinə) baxmayaraq ölkəmizdə
təməli qoyulan uğurlu
iqtisadi strategiya daha əhatəli və yüksələn xətt
üzrə davam etdirilməkdədir. Təbii
ki, bu isə ölkədə
makroiqtisadi sabitliyi qoruyub saxlamış, maliyyə siyasətinə
dayanıqlıq gətirmiş, iqtisadi
tarazlığı təmin etmiş və
onu daimi etmişdir. Təkcə onu
qeyd etmək olar ki, “Sənaye ili” elan olunan ötən
2014-cü ildə inflyasiya 1,4 faiz olmuş, iqtisadi artım isə 3 faizə qədər təşkil
etmişdir. “Neft
bizim üçün
məqsəd deyil, vasitədir”- deyən cənab
İlham Əliyev həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət nəticəsində
bu məqsədlərin gerçəkliyə
çevrilməsinə məharətlə nail
olmuş və strateji
hədəfimizə çevrilən qeyri-neft
sektorunun inkişafı istiqamətində
böyük yol qət edilməsinə münbit
şərait yaratmışdır. Bunun da nəticəsində ötən il bu sektorda
artım 7 faiz olmuşdur.
Beləliklə,
ölkəmiz 2015-ci ildə mövcud iqtisadi potensial əsasında
qarşıda duran məsələləri
müəyyən etdi. Hazırkı il ölkəmizdə “Kənd təsərrüfatı”
ili elan olundu. Müxtəlif nailiyyətlərlə
bağlı olan ötən illər cari ilin də yüksələn
ardıcıllığını təmin edəcəyinə
böyük ümidlər
doğurmaqdadır. Prezident İlham Əliyev 27 yanvar 2015-ci il tarixdə
Heydər Əliyev Mərkəzində “2014-2018-ci illərdə
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın
icrasının birinci ilinin
yekunlarına həsr olunmuş konfransda hər kəs və hər struktur üçün vəzifələri
müəyyən etdi.
Cavadxan Qasımov,
AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad üzrə fəlsəfə doktoru
iki
sahil.- 2015.- 31 yanvar.- S.19.