Narkomanlıq son dərəcə
mürəkkəb ictimai
təhlükəli hadisədir
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Ölkəmizdə Ermənistan tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir.
Ölkəmizin işğal olunmuş və bunun nəticəsində Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin nəzarətdən kənar ərazilərində narkotik vasitələrin istehsalı da bütün regiona ciddi təhlükə yaradır, kriminogen durumu daha da gərginləşdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Belə ki, ötən il ərzində Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2-ci bəndinin (qanunvericiliyin təkmilləşdirilməsi) icrası tam başa çatdırılmışdır. Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının bəndlərinin icrası ilə bağlı qanun və qərarların layihələri hazırlanmışdır.
Ötən il ərzində hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.
Belə ki, ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilmişdir ki, onlardan 916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olmuşdur.
Həmçinin 2015-ci il ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunmuşdur.
Bununla yanaşı, ötən il sərhədyanı rayonların meşə və çöllük sahələrində yabanı halda bitmiş ümumilikdə 189 ton 601 kq 236 qr narkoxassəli bitkilər aidiyyəti qurumlar tərəfindən ( Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələri) yığılaraq müvafiq qaydada məhv edilmişdir.
Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, 2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə
alınmaqla, xəstələrin ümumi
sayı 28555 nəfərə çatmışdır. Onlardan
23153-ü dispanser, 5402-si profilaktik,
583-ü anonim qeydiyyatda
olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 7 nəfər, 592-si
qadın, 1432-si dispanser, 585-i profilaktik, 158 nəfəri isə toksikomanlar olmuşdur. 2016-cı ildə qeydiyyatdan
çıxanların ümumi sayı 2118 (1331-i dispanser, 787-i profilaktik) nəfərdir.
Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının İşçi Qrupunda
ölkədə narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə
də bu sahədə həyata keçirilən maarifləndirmə,
hüquqi,sosial və tibbi tədbirləri əks etdirən,
aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında
“Narkotiklərə nəzarət sahəsində 2015-ci ilə
dair Ölkə Məruzəsi” Azərbaycan və ingilis dillərində
hazırlanmışdır. Qeyd olunan məruzədə həyata
keçirilən tədbirlər, onların nəticələri,
narkotiklərlə əlaqəli cinayət faktlarının
ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə
edilən narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının həcmini və
dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin
müsadirə olunmuş narkotiklərin məhvi prosesinə
aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı
və iştirakı ilə həyata keçirilən maarifləndirmə
tədbirləri, beynəlxalq təşkilatlarla aparılan
iş öz əksini tapmışdır.
Azərbaycan Respublikası Baş
nazirinin müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının sədri Əli Həsənovun müvafiq
göstəriş və tapşırıqlarına əsasən
Dövlət Proqramının icrasını daim diqqət mərkəzində
saxlayan Dövlət Komissiyasının İşçi Qrupu
narkotik vasitələrin qanunsuz dövriyyəsinə və
narkomanlığın yayılmasına qarşı mübarizə
sahəsində fəaliyyət göstərən aidiyyəti
qurumların koordinasiyasını təşkil etməklə,
antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata
keçirilən tədbirlər nəticəsində narkotiklərlə
mübarizə sahəsində müsbət nəticələr
əldə edilmiş, həmçinin maarifləndirmə
işinin əhatəsi
genişləndirilmişdir.
Dövlət Komissiyasının İşçi
Qrupu tərəfindən
hazırlanmış xüsusi qovluqlarda “Narkotiklər
haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə
düşünək, narkomaniyaya
yox deyək”, “Sağlam
ailə naminə narkotiklərə yox
deyək”, “Sağlam həyat
naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit
ölümdür”, “Narkomaniyanın hədəfinə
çevrilməmək naminə sağlam həyat tərzi
seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə
cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən
qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər,
yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri,
sosial videoçarxlar və digər təbliğat
materialları (o cümlədən diskə daxil edilmiş
elektron variantda da əlavə olunmuşdur) təlim
iştirakçılarına təqdim edilmişdir.
Görülən işlərin davamı
olaraq, Dövlət Komissiyasının
İşçi Qrupu cəzaçəkmə müəssisəsində
cəza çəkən şəxslər arasında
antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə
cari ilin 23 fevral tarixində Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində
məhkumlar arasında maarifləndirici tədbir
keçirmişdir.
Tədbirdə Dövlət Komissiyası
İşçi Qrupunun, Respublika Narkoloji
Mərkəzinin əməkdaşları mövzu ətrafında
çıxışlar edərək, narkotiklərlə
bağlı cinayət hadisələrinin profilaktikasından
danışaraq,
maarifləndirmə, izahat və hüquqi təbliğat
məsələlərinin diqqət mərkəzində
saxlanıldığını bildirmişlər.
Eyni zamanda cəzaçəkmə
müəssisələrində cəza
çəkən şəxslər arasında antinarkotik təbliğat
işinin daha da gücləndirilməsi və təsirliliyinin
artırılması, o cümlədən qeyd olunan istiqamətdə
görülən işlərin davamlı və birgə həyata
keçirilməsi üçün Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının İşçi
Qrupu arasında “Tədbirlər
Planı” hazırlanaraq təsdiq edilmişdir.
Təsdiq
edilmiş “Tədbirlər
Planı”na uyğun olaraq, cari ilin aprel
ayından etibarən Penitensiar Xidmətin bütün cəzaçəkmə
müəssisələrində narkomanlıq, həmçinin
QİÇS və digər
viruslara yoluxma barədə tibbi-gigiyena, narkotiklərin insan
orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar,
erkən müalicənin labüdlüyü, həmçinin
narkomanlığın cəmiyyətə və insanların
sağlamlığına ziyanı, narkotiklərdən zərər
çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası və s. mövzularda təbliğat və
maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi
nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Dövlət
Proqramına müvafiq olaraq,
narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin
təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini
gücləndirmək və sağlam həyat tərzini təbliğ
etmək məqsədilə tanınmış idman
ustalarının iştirakı ilə mövzuya həsr
olunmuş “Narkomaniyanın hədəfinə çevrilməmək
naminə sağlam həyat tərzi seçin!” adlı yeni
sosial çarx hazırlanmış və cari il ərzində
“Park Bulvar”, “28 Mall”, “MetroPark” alış-veriş, ticarət və
əyləncə mərkəzlərinin bütün monitorlarında
hal-hazırkı müddətə qədər geniş
kütlə arasında nümayişi davam edir.
Dövlət Komissiyasının İşçi
qrupu tərəfindən narkotik maddələrin
qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən
və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin
müəyyən edilməsinə kömək məqsədilə
pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik
yaşına çatmayanlar, təhsil, gənclər və idman
təşkilatlarının əməkdaşları
üçün “Gələcəyimizi birlikdə
düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə
naminə narkotiklərə yox deyək”, “Sağlam həyat
naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit
ölümdür”, “Narkomaniyanın hədəfinə
çevrilməmək naminə sağlam həyat tərzi
seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə
cəsarətli ol”, “Övladlarımızı narkotiklərdən
qoruyaq və gələcəyimizi xilas edək” adlı yeni
çap məhsulları o cümlədən BMT-nin Narkotiklər
və Cinayətkarlıq İdarəsinin narkotiklərə
qarşı ümumdünya hesabatı çərçivəsində
hazırladığı məlumat-təbliğat
yönümlü sənədlərindən istifadə
olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı
yeni üslubda yaddaş kitabçası
hazırlanmışdır.
Birləşmiş Millətlər Təşkilatının
Narkotiklər və Cinayətkarlıq
üzrə İdarəsinin narkotiklərdən istifadənin
qarşısının alınması üzrə elmi cəhətdən
əsaslandırılmış profilaktik tədbirlərin
görülməsi vacibliyi barədə məlumatlılığın
artırılması məqsədini daşıyan təşəbbüsü
üzrə işlərin planlaşdırılması və həyata
keçirilməsində təşkilata köməklik
göstərilməsi üçün Azərbaycan
Respublikası tərəfindən əlaqələndirici qurum
qismində Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının İşçi
Qrupu müəyyən edilmiş, ekspertlər isə aidiyyəti
qurumların əməkdaşları təyin olunmuşlar.
UNODC-nin 2016-cı ildə BMT Baş Assambleyasının
Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi
Sessiyası ilə əlaqəli olan tədbirlər silsiləsində
müvafiq qurum və digər qurumların əməkdaşları
iştirak edəcəklər.
Beləliklə, qeyd olunanlar cəmiyyətə, xüsusən gənc nəslin
formalaşmasında ciddi təhlükə yaradan belə əməllərə
qarşı daha sərt və kəsərli mübarizə aparılmasını
tələb edir.
Bu baxımdan Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyası
narkomanlığa və
narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə
istiqamətində dövlət
siyasətinin həyata
keçirilməsini, aidiyyəti
orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini,
“Narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının
qanunsuz dövriyyəsinə
və narkomanlığa
qarşı mübarizəyə
dair 2013-2018-ci illər
üçün Dövlət
Proqramı”nın icrasını
daim nəzarətdə
saxlayır.
Əminliklə söyləyə bilərik
ki, Azərbaycan dövlətinin adıçəkilən
problemlə bağlı
müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc
nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun
qorunması istiqamətində
bundan sonra da məqsədyönlü
addımlar atılacaq
və bu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı birgə mübarizə işinə
öz töhfəsini
verəcəkdir.
Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının
İşçi Qrupunun rəhbəri
İki sahil.- 2016.- 2 aprel.- S.14.