Haqq divanın mübarək, Azərbaycan!
Bu gün bütün Azərbaycan xalqının ürəyi
cəbhədəki oğullarımızın
yanındadır. Gün
boyu hər kəsin ovqatı da, sözü-söhbəti,
qayğıları da
müharibə meydanından
gələn xəbərlərə
köklənib. Hamının bir yumruğa dönüb düşmən
üstə getdiyi bir məqamdır bu gün. Dünyanın müxtəlif ölkələrindən
Azərbaycanın haqq
işinə dəstək
verənlərin də
sayı artmaqdadır.
25 ildən bəri, bir vaxt dost, qardaş deyib bağrımıza basdığımız
nankorların yolumuzu kəsdiyi doğma torpaqlarımız Azadlıq
havası, igidlərin
nərəsi ilə ayağa qalxıb. Bu gün hər
kəs qələbə
deyir, bu gün hər bir vətəndaşımız
Ali Baş Komandanın
səsinə səs verir. Biz də deyirik: ermənilər ölmək istəmirlərsə,
qoy çıxıb öz evlərinə getsinlər! Bu torpaqlar
bizim torpağımızdır,
bizim ulu babalarımızın əsrlər
boyu yaşadığı
böyük Vətənin
bir parçasıdır.
Birinci Qarabağ savaşından
sonra elan olunan atəşkəsdən
keçən 22 il ərzində (12 may 1994-cü ildən
bəri) bizim ölkəmiz öz mövqeyini ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə
bəyan eləyib,
"biz qan tökmək
istəmirik, torpaqlarımızı
sülh yolu ilə qaytarmaq istəyirik!" - deyib. Amma erməni tərəfi, Ermənistanın daşnak
ruhlu liderləri nəinki bu xoşməramlı çağırışa,
heç BMT-nin qətnamələrinə belə
məhəl qoymadan, dədə-baba torpağıymış
kimi Şuşada kilsə ucaldıb, işğal elədiyi Kəlbəcərə, Laçına
və digər tarixi məkanlarımıza
turist səfərləri təşkil eləyir. Halbuki, 1988-ci ildən, Ermənistandakı
və dünyadakı
hayların sərsəm
"Böyük Ermənistan"
xülyasının ilk mərhələsi
başlayandan, yüz minlərlə azərbaycanlının
həyatını kabusa
çevirən müharibədən
sonra biz Şuşaya da, Qarabağa da həsrət qaldıq. Bu gün mənim kimi milyonlarla azərbaycanlının əzəli
və əbədi torpaqlarına getmək imkanı yoxdur. Mən nə övladlarımı,
nə nəvələrimi,
nə də ölkəmə gələn
qonaqlarımı göz
bəbəyimiz olan Şuşaya apara bilmirəm. Niyə, nə üçün?
Siz deyin, ay ermənilərin havadarı
olan ikiüzlülər, dünyada
özünü mədəni,
sivil sayan hansı ölkələrin
əhalisi bizim üzləşdiyimiz vəziyyətə
bu qədər duruş gətirə bilərdi? Bizim teatrda çalışan qaçqınlar hər Novruz bayramı gələndə göz yaşlarını saxlaya bilmirlər:
"Hər kəs
bu əziz gündə doğmalarının
qəbrini ziyarətə
gedir, bəs biz hara gedək, əzizlərimizin qəbrini
necə ziyarət edək, onların nigaran ruhunu necə ovuduraq?" - deyə sual edirlər. Onlara təsəlli verməkdən
başqa, təəssüf
ki, gücümüz heç nəyə çatmır. Ermənilərin
həyasızlığı və cəzasızlığı
hətta o həddə
çatıb ki, Rusiya vətəndaşı
olan iki azərbaycanlını dədə-baba
torpaqlarına gəliblər
deyə, ömürlük
həbs cəsasına
məhkum ediblər və nədənsə Rusiya öz vətəndaşlarının taleyinə bu günə kimi biganə qalıb, halbuki bu insanlar heç
bir cinayət törətməyiblər, onların
yeganə günahı
azərbaycanlı olmalarıdır.
Ermənilər işğal
elədikləri torpaqlara
xaricdən artistlər
dəvət etməkdən,
bu yerlərdə müxtəlif festivallar keçirməkdən belə
çəkinmirdilər! Amma
onlar unutmuşdular ki, günlərin bir günündə nəhayət ki, Haqq, Ədalət öz yerini tutacaq, Azərbaycan xalqının da səbr kasası daşacaq, bu xalq qarşısındakı
nadana öz yerini və həddini göstərməyə
qadir olduğunu sübuta yetirəcək!
Azərbaycan prezidenti, Ali Baş Komandanımız cənab
İlham Əliyev öz çıxışlarında
həmişə vurğulayır
ki, "Düşmən
bizim sülh təkliflərimizi, danışıqlar
masasına oturmaq ideyamızı, onlarla insani "davranışımızı
başqa cür yozub və mövqelərimizə
hücum çəkib. Belə olan
halda, təbii ki, Azərbaycan əsgəri rəşadət
göstərərək düşmənin
vertolyotunu məhv edib. Ondan sonra bizdən
qisas almağa başlamışlar. Hətta Ermənistanın
ən yüksək rütbəli, vəzifəli
şəxsləri demişlər
ki, biz qisas alacağıq. O faşist
ideologiyasının nəticəsində
onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və
bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə, Ağdama,
Füzuliyə getməyin,
oturun öz yerinizdə. Qisasa gəldikdə
isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının
qisasını alırıq
və alacağıq.
Şəhidlərimizin qanı yerdə
qalmamalıdır və
qalmır".
Bizim heç kəsin torpağında gözümüz
yoxdur! Bu bizim humanist və sülsevər xalqımızın yaşam
kredosudur! 1918-ci ildə ermənilərə
dünyadakı havadarlarının
(dünya bizə niyə belə qəhmər çıxmır,
bilmirəm!) dəstəyi
ilə bizim torpaqlarımızda respublika
yaradılanda da bizi susdurmağa müvəffəq oldular. Başımızı min bahənə ilə
aldatdılar, əlimizdən
Zəngəzur mahalını
da alıb bu riyakarlara peşkəş verdilər
və yenə də Azərbaycanı susdurmağa müvəffəq
oldular.
Lakin indi dövran dəyişib. Başımızın
üstündə SSRİ adlı
imperiyanın Domokl qılıncı yoxdur! Müstəqil Azərbaycanın
dövlətlər arsında
mövqeyi, bayraqlar sırasında bayrağı,
imzalar içində imzası var! Bu gün biz öz
torpağımıza sahib çixmaq
əzmindəyik və
3 gündən bəri
davam edən döyüşün ilk nəticələri
də bunun bariz nümunəsidir.
Ölkə başçısının
Azərbaycan xalqına
ilk təbriki sabahın
böyük Qələbə
xəbərinin müjdəçisidir!
Bu gün hər kəs döyüş, hər kəs qələbə deyir! Ordumuz Ali Baş Komandanın əmri ilə öz torpaqlarımızı
düşməndən təmizləməyə
başlayıb. Bizim əsgərimiz
qaçqın və məcburi köçkünlərin,
şəhid ailələrinin
və 9 milyonluq bir xalqın HAQQINI özünə qaytarmaq üçün silaha sarılıb.
Hər kəs bu qələbəyə öz payını verməyə çalışır. Müharibədə yaralanan 19 yaşlı döyüşçü Elçinin: "Tez olun, məni sağaldın, səngərdə dostlarım yolumu gözləyir!" - çağrışı yaşından asılı olmayaraq hər bir vətəndaşımızın qəlbini intiqam hissi ilə coşdurur. Dünən erməni saytları Sisyan rayonunda döyüşə gedən saçı-saqqalı ağarmış ermənilərin videogörüntülərini yayıb. Həmişə olduğu kimi, bu quldurlara (əminəm ki, onların hamısı Xocalı qətliamının iştirakçıları, Ağdərənin, Füzulinin, Kəlbəcərin, Ağdamın, Zəngilanın, Cəbrayıln, Şuşanın kəndlərini yandıranlar, dinc əhalimizə divan tutanlardı) erməni kilsəsi xeyir-dua verir. Mən sadəcə bir insan kimi anlaya bilmirəm ki, bu adamlar niyə gələcəklərini fikirləşmirlər, niyə başa düşmürlər ki, bu gün Azərbaycan onların 22 il əvvəl gördüyü siyasi və iqtisadi cəhətdən zəif bir ölkə deyil, yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir ölkədir ki, onun öz torpaqlarını qaytarmaq üçün hər cür imkanı var!
Bu gün biz hamımız özümü arxa cəbhədəki kimi hiss etməliyik. Ona görə biz Ali Baş Komandanımızın sözləri ilə səciyyələndirsək, "daha da güclü olmalıyıq, daha da güclü orduya sahib olmalıyıq". Biz bir-birimizi qorumalıyıq, şayiələrə uymamlıyıq, cəbhədən gələn xəbərlərə təmkinlə yanaşmalıyıq, şəhid ailələrini bağrımıza basmalıyıq!
İndi doğma torpağımız uğrunda canını fəda edən igidlərimizə "Böyük Azərbaycan uğrunda şəhidliyin mübarəkdir" - deməyi bacaran bir Xalqın Haqq divanı başlayıb! Ədalət və Haqq divanın var olsun, Vətən!
Əliqismət
Lalayev (Rejissor, əməkdar
incəsənət xadimi, fəlsəfə
doktoru )
İki sahil.- 2016.- 6 aprel.- S.22.