Multikultural və tolerant dəyərlər
Azərbaycanın mənəvi
sərvətidir
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılovun müsahibəsi
- Gündüz
müəllim, bildiyimiz kimi, Prezident İlham Əliyev
2016-cı ili respublikamızda “Multikulturalizm ili” elan edib və
bu illə bağlı Tədbirlər Planını təsdiqləyib.
Həmin Tədbirlər Planına uyğun olaraq ölkəmizdə
və xaricdə bu illə bağlı çoxsaylı tədbirlər
təşkil olunur. Bu tədbirlərin əsas təşkilatçılarından
biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.
İndiyədək təşkil olunan tədbirlər və
görülmüş işlər barədə məlumat verməyinizi
xahiş edirik.
- Tarixi İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin,mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçininqarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Elə bu səbəbdən də çoxmillətli, çoxkonfessiyalı məkan olan Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib və bu zəngin təcrübənin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruriləşdirib. Ölkə başçısı cənab İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi də məhz bu zərurətdən irəli gəlir.
“Multikulturalizm ili” ilə əlaqədar Tədbirlər Planında il ərzində həm ölkə daxilində, həm də xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də bir sıra təbirlər – konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar, yazı müsabiqəsi təşkil edib və hazırda bu istiqamətdə işlər davam etməkdədir.Qeyd olunanlara misal kimi, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda müxtəlif dini qurumların üzvləri arasında müsabiqələrin təşkil edilməsini göstərmək olar. Həmçinin Dövlət Komitəsi mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında paytaxt və regionlarda bölgə şöbələri, rayon və şəhər icra hakimiyyətləri və digər dövlət qurumlarının birgə təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirir. Müxtəlif dini konfessiyalara mənsub dini icmaları, din xadimlərini, dindarları, xüsusilə dindar gəncləri, eləcə də qeyri-hökumət təşkilatlarını, kütləvi-informasiya vasitələrini, yaradıcı qurumları, ziyalıları, habelə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini əhatə edən bu tədbirlərdə Azərbaycan xalqının zəngin multikultural, tolerant dəyərləri, dövlətin bu sahədə həyata keçirdiyi ardıcıl, eyni zamanda qətiyyətli siyasəti təbliğ və təşviq olunur. Belə tədbirlərdən biri Gənclər və İdman Nazirliyinin və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyun ayında keçirilib. “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusundakı konfrans gənclər təşkilatları üçün nəzərdə tutulmuşdu. Konfransda müzakirə olunan məsələlər onların gələcək fəaliyyətində müsbət rol oynayacaq. Bundan başqa, “Multikulturalizm ili” çərçivəsində rayon icra hakimiyyətləri ilə birgə bölgələrdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda vaxtaşırı regional konfranslar təşkil olunur. May ayında isə Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi keçirilib.Tədbirlər Planına əsasən, iyulun 20-də Qəbələdə Azərbaycan multikulturalizminin tarixini öyrənmək istiqamətində Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə hazırlıq işləri görülür.
- Azərbaycanın
multikultural və tolerant dəyərlərinin əsasını
və qaynaqlarını nə təşkil edir?
- Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək mümkündür. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək mümkün deyil. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizmsiyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.
- Dövlətin multikulturalizm siyasətinin
əsas istiqamətləri hansılardır? Bu
siyasətin mahiyyəti və məqsədləri nədən
ibarətdir?
- Azərbaycanda
multikulturalizmindövlət siyasətinin mühüm istiqamətinə
çevrilməsi sadəcə müəyyən dövrü əhatə
edən bir kampaniya deyil. Bu,dövlətimizin
milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə
söykənən davamlı və ardıcıl siyasətidir.
Bu sahədə fəaliyyət göstərmək
üçün mühüm dövlət qurumlarının
yaradılması da təsadüfi deyil. Belə ki,
2014-cü ildə ölkə başçısının Sərəncamı
iləAzərbaycan Respublikasınınmillətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin
Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəziyaradılıb.
Həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin
mədəni, siyasi, sosial mahiyyətinin
araşdırılması, respublikadakı dini müxtəlifliyin
tolerant əsaslarının elmi müstəvidə təhlili
və qorunub saxlanılması, Azərbaycanın əldə
etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə
təbliği, tarix, mədəniyyət və dini abidələrin
qorunub saxlanılmasına dəstəyin göstərilməsi
də bu siyasətin əsas prioritet istiqamətlərindəndir.
Belə düşünürəm ki, hazırda
Qərbdə multikulturalizmin süquta uğradığı
bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri
müxtəlif millətlərin və dinlərin təmsilçilərinin
öz kimliklərini qorumasında və digərinə hörmətlə
yanaşmaqla inkişaf etmək iqtidarında
olmasındadır. Bunun əksinə, universal model kimi təqdim
olunmağa çalışılan Qərbsayağı
multikulturalizm digər mədəniyyət
daşıyıcılarının fərqli dəyərlərini
qəbul etmir.Belə olan halda Avropa dövlətləri fərqli
mədəniyyət və din
daşıyıcılarını Qərb cəmiyyətinə
yalnız assimilyasiya etməyə çalışırlar,
ona görə də bu ölkələrdə multikulturalizm
özünü doğrultmur. Halbuki, qloballaşan dünya fərqli
mədəniyyətlərin birgəyaşayışı nəzərə
alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyətihəm
daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət
nəzərə alınmaqla xarici ölkələrlə
münasibət baxımından zəruridir.
- Bu siyasətin həyata
keçirilməsində DQİDK-nın rolu və fəaliyyəti
nədən ibarətdir?
- Multikulturalizm
ənənələrinin inkişafı, möhkəmləndirilməsi
üçün ən effektiv yol bu sahədə maarifləndirmə
işinə daha çox yer ayırmaqdır. Bu baxımdan
Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə
diqqəti daha da artırıb, demək olar ki, ölkənin
bütün regionlarında dini icma nümayəndələri,
dindarlar və ictimaiyyətlə silsilə konfranslar,
müşavirələr, “dəyirmi masa”lar
təşkil olunur. Bu tədbirlər, əsasən,
fərqli din və məzhəb mənsubları arasında
dözümsüzlük, ayrı-seçkilik hallarına yol
verilməməsi, dini icmaların fəaliyyətində
tolerantlığın və multikulturalizmin gücləndirilməsi,
cəmiyyətdə radikalizm meyillərinin
qarşısının alınması və dini icmaların
bu işə cəlb olunması məqsədi
daşıyır. Maarifləndirmə
istiqamətində işlər elektron kütləvi informasiya
vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi
tərəfindən hazırlanan nəşrlər vasitəsilə
də həyata keçirilir. Bu məqsədlə
müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara
paylanılır. Çap olunan nəşrlər
arasında “Heydər Əliyev siyasəti: Tolerantlıq”,
“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”,
“Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz”,
“İslamda Vətən və dövlət sevgisi” və s.
kitablar milli-mənəvi dəyərlərimizin qorunması və
təbliği, ölkəmizdə tarixən mövcud olan
tolerantlıq və multikultural ənənələrinin inkişaf
etdirilməsi baxımından böyük önəm
daşıyır. Dövlət Komitəsinin mətbu
orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət
və Din” qəzeti, həmçinin İctimai Televiziyada
yayımlanan və müəllif proqramımız olan “Din və
Cəmiyyət” verilişi əhaliyə sağlam dini bilgilərin
verilməsi sahəsində fəaliyyətlərini davam
etdirir.
- Azərbaycanın multikulturalizm
modelinin dünyaya təqdim olunması və tətbiq edilməsi
məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq
hansı səviyyədədir?
-
Xatırlayırsınızsa, Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı keçmiş səfiri
xanım Enn Dörsi müsahibələrinin birində
bildirmişdi ki, Azərbaycan dünyaya təkcə neft, qaz və
başqa məhsullar yox, tolerantlıq da ixrac etməlidir.Bu
gün də ölkəmizdə dövlət səviyyəsində
bu sahədə böyük bir siyasət həyata keçirilir.
Belə ki, Azərbaycan son illərdə Prezident İlham
Əliyevin birbaşa təşəbbüsü və
iştirakı ilə çoxlu sayda beynəlxalq tədbirlərə
ev sahibliyi edib. Bunun ən bariz nümunəsi
aprel ayında “İnklüziv cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd” devizi altında
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumudur. Eyni zamanda, ölkəmizdən
kənarda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanda
olan tolerant mühitin dünyaya çatdırılması
üçün çox böyük işlər
görülüb. Dövlət Komitəsi
də öz növbəsində bu sahədə fəaliyyətini
və əlaqələrini daim genişləndirir.
Bu məqsədlə Dövlət Komitəsinin rəhbərliyi
səviyyəsində xarici ölkələrə səfərlər
edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq
və qeyri-hökumət təşkilatlarının təmsilçiləri
və digər yüksək rəsmi şəxslərlə
görüşlər keçirilir, birgə konfranslar təşkil
olunur. Məsələn,
ötən ilin may ayında DQİDK və ISESCO-nun birgə təşkilatçılığı
ilə Rabat şəhərində “Müsəlman
dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası
anlaşmanın təşviqi modelləri” mövzusunda konfrans
keçirilib, İstanbul şəhərində Türkiyənin
İslam Araşdırmaları Mərkəzi ilə birgə
“Azərbaycan – İslam mədəniyyətinin incisi”
mövzusunda sərgi təşkil olunub. Bundan başqa,
Belçikanın paytaxtı Brüssel şəhərində
“Tolerantlıq və birgəyaşayış modelləri: Yeni
Avropa üçün Azərbaycan örnəyi” mövzusunda
beynəlxalq simpozium keçirilib.Xüsusilə, BMT, ISESCO,
Avropa Parlamenti, UNESCO, Avropa Şurası kimi mötəbər
beynəlxalq qurumlarla, EMİSCO (Sosial Vəhdət uğrunda
Avropa-Müsəlman Təşəbbüsü), FEMYSO (Avropada
Yaşayan Müsəlman Tələbələr və Gənclər
Forumu), BeynəlxalqSərhədsiz İnsanHaqları kimi QHT-lərlə
əməkdaşlıq Azərbaycanın nümunə ola biləcək
dövlət-din modelinin və tolerantlıq ənənələrinin
beynəlxalq səviyyədə təbliği, həmçinin
dünyada radikalizm meyllərinin güclənməsinə
qarşı birgə fəaliyyətə dair beynəlxalq
ekspertlərin təkliflərinin əldə edilməsi məqsədi
daşıyır. Keçmiş təcrübələrimiz
göstərir ki, bu cür əməkdaşlıq ölkəmizdə
multikultural dəyərlərin yüksək səviyyədə
inkişafına təkan verir, dövlət-din münasibətlərinin
qarşılıqlı hörmət və anlaşma əsasında
qurulduğu xarici ölkə nümayəndələri tərəfindən
qəbul olunur və Azərbaycan təcrübəsinin model
kimi öyrənilməyə başlanılmasına şərait
yaradır.
- Dövlət Komitəsinin
bu istiqamətdə dini icmalarla fəaliyyəti necə qurulub?
- Cəmiyyətdə
sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, dini icmalar milli-mənəvi dəyərlərimizin
təbliği, maarifçilik işinin mərkəzində
dayanmalıdırlar. İnsanlar məscidə
təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici
məkan kimi baxmalıdırlar. Ona görə
də, bu sahədə dini icmaların və din xadimlərinin
üzərinə böyük məsuliyyət və missiya
düşür. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 27
noyabr 2014-cü ildə imzaladığı Sərəncam da
ölkədə dini maarifləndirmə və milli-mənəvi
dəyərlərin təbliği işinin daha da gücləndirilməsi
üçün dini icmalara maliyyə yardımı göstərmək
məqsədi daşıyır. Bu məqsədlə,
2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinə 2,5
milyon manat vəsait ayrılıb. Həmin vəsait
mərhələli şəkildə xüsusi layihələr
çərçivəsində dini icmalara paylanılır.
İndiyədək 102 İslam, 19 qeyri-İslam
dini icmasına maddi vəsait ayrılıb. Vəsaitin səmərəli şəkildə sərf
edilməsi və işlərin yüksək səviyyədə
təşkil olunması üçün Dövlət Komitəsi
tərəfindən dini icmalara həm təşkilati, həm
də informasiya dəstəyi göstərilir.
Həmin vəsait hesabına Dövlət Komitəsinin dəstəyi
ilə icmalar tərəfindən dini maarifləndirmə və
milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin
dini radikal təsirlərdən qorunması istiqamətində
Bakı şəhərində və respublikanın
regionlarında müxtəlif tədbirlər həyata
keçirilib.
Həmçinin ölkəmizdə fəaliyyət göstərən
dini icmaların Dövlət Komitəsi tərəfindən
keçirilən müxtəlif tədbirlərdə, layihələrdə
iştirakı
onların cəmiyyətə inteqrasiyasında ciddi
irəliləyişlər yaradıb.
İki sahil.- 2016.- 2 avqust.- S.6.