Bəşəri dəyərlərə sadiqlik

tolerantlığın başlıca şərtidir

 

Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında prioritetləri açıqlayarkən bildirir ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasın, ölkəmizin  beynəlxalq mövqeləri daha da möhkəmlənsin, torpaqlarımız işğalçılardan azad edilsin və uzunmüddətli inkişafımız uğurlu olsun. Təbii ki, bu istəyi şərtləndirən amillər mövcuddur. Əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü  siyasəti nəticəsində 25 illik müstəqillik tarixində  qazandığı uğurlarbu fonda gələcəyə nikbin baxışdır.  Cənab İlham Əliyev uğurların təməlində dayanan bir amilixüsusi vurğulayır: “Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu bizim birliyimizi daha da gücləndirir”... Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir.”

Ölkə Prezidentinin bu fikirləri  Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq  bütün vətəndaşlar eyni hüquqlara malikdirbu hüquqlar  müvafiq qanunlar əsasında qorunur. Azərbaycanın      ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da  tolerantlıq təcrübəsi yüksək dəyərləndirilir, qeyd olunur ki,   Azərbaycanda milli dəyərlərə sadiqlik,  ümumbəşəri dəyərlərə  hörmət meyilləri müasirləşməyə, modernləşməyə  xidmət edir.

“Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir” söyləyən cənab İlham Əliyev  diqqəti aprel ayında keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünə yönəldərək bildirir ki, bu tədbir bir daha Azərbaycana dəstəyi nümayiş etdirdi: “Ermənistanın işğalçı və təcavüzkar siyasəti bütün dünya müsəlmanları tərəfindən bir daha pislənildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı və bütün müsəlman dünyası öz liderlərinin iştirakı, onların səsi ilə Azərbaycanı bir daha dəstəklədi. Bu bizim böyük uğurumuzdur. Bu onu göstərir ki, cəmi 25 il ərzində müstəqil dövlət, o vaxta qədər onilliklər ərzində ateist dövlətdə yaşayan bir xalq - Azərbaycan xalqı bütün müsəlman aləmində çox böyük rəğbətə, hörmətə layiqdir. Biz bunu öz əməyimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Öz dini, milli mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirərək qazanmışıq. Bu gün bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələri bizi dəstəkləyir, biz onları dəstəkləyirik.” İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Konstitusiyamızdakı “Vicdan azadlığı” maddəsində bu reallıq öz əksini tapıb ki,  hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə  birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda bu maddəyə belə bir əlavə də edilmişdir ki,  heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Bu kimi addımlar bir daha  bu reallığa əsas verir ki, dövlət-din münasibətlərinin belə sağlam zəmində inkişafı gələcəkdə ölkəmizi daha da gücləndirəcək. 

Xatırlasaq,   Multikulturalizm ili”” çərçivəsində  Bakıda Heydər məscidində qılınan  Vəhdət namazı da Azərbaycan dindarlarından  dövlətimizin başçısı  İlham Əliyevin çağırışına  cavab kimi dəyərləndirildi. Heydər məscidinin dini rəhbəri Hacı Sabir bildirmişdir ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində Vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir Quranı və bir Peyğəmbəri var.

Biz həmişə çalışmışıq  öz səylərimizi  göstərmişik ki,  müsəlman aləmi daha da sıx birləşsin” söyləyən cənab İlham Əliyev  bildirir ki, bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədə xidmət edir ki, müsəlman aləmində  əlaqələr  daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha  yaxşı zəmin yaradılsın. Qısa təhlil fonunda bir daha bu reallıq  təsdiqlənir ki, tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir.  Multikulturalizm ili” ölkəmizin bu mövqeyini bir daha möhkəmləndirəcək, təcrübəsinin  öyrənilməsinə  stimul olacaq. Dövlətimizin başçısı bildirir:  İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir.”

Bir həqiqəti də təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dinimilli tolerantlıq mühiti  bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin  maraqlarına cavab vermir. Ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və  dini təriqətlər Azərbaycana da ayaq açır və onlar respublika ərazisində  şəbəkələşməyə cəhd göstərirlər. Dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, millidini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti  göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq günümüzün əsas tələblərindəndir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2016.- 10 avqust.- S.5.