Qartal zirvədən uçar...
Tanınmış yazıçı-jurnalist Əli İldırımoğlu
daha bir mükafata layiq görülüb
Həyatda elə insanlar var ki, öz
istəklərinə nail olmaq
üçün qarşılarına
çıxan maneələri,
daşlı-kəsəkli yolları
dəf edib həmişə zirvələrə
doğru irəliləyirlər.
Ömür yollarını
maraqlı, mənalı
və səmərəli
keçirən belə
insanlar, sonra həmin zirvələrdən
qartaltək pərvazlanıb
səmanın ənginliklərinə
baş vururlar. Sözsüz ki, belə adamlar haqqında nə qədər yazılsa da, nə qədər
xoş sözlər deyilsə də, yenə azdır...
Həyat yolunu kəşməkəşli,
lakin mənalı və səmərəli keçirən ziyalı, qocaman jurnalist, nasir, publisist, qayğıkeş ata, baba və el ağsaqqalı Əli İldırım oğlu Məmişov belə insanlardandır. Onun ömür yolu
sözün əsl mənasında indiki və gələcək nəsillər üçün
örnək və həyat məktəbidir.
Mən “Əli
İldırımoğlu” imzası
ilə hələ orta məktəb illərindən tanışam. Çünki
uşaqlıqdan jurnalistikaya
həvəsim olduğu
üçün rayon qəzetinə
məqalələr yazmaqla
yanaşı, “Kommunist”,
“Sovet kəndi” “Azərbaycan gəncləri”,
“İdman” və digər dövri mətbuatı mütəmadi
oxuyardım. Bir çox daimi
imzalar kimi, o vaxtlar “Kommunist” qəzetində bölgə
müxbiri işləyən
Əli müəllimin
də imzası mənə doğmalaşmışdı.
Onun məqalə, reportaj, müsahibə, xəbər
və oçerklərini
böyük maraqla oxuyurdum. Eyni zamanda belə jurnalistlərin iş təcrübəsindən daha
çox öyrənməyə
çalışır və
onların iş prinsipləri, yorulmaq bilmədən çalışmaları
məni, mənim kimi bir çoxlarını
jurnalist olmağa daha da yaxınlaşdırırdı.
Bütün bu dəyərlər
mənim jurnalist olmağımda və gələcək fəaliyyətimdə
böyük rol oynayıb. İndi isə respublikamızın
tanınmış ziyalılarından
olan, ömrünün
ahıl yaşında
da ədəbi yaradıcılıqdan ayrılmayan
Əli İldırımoğlu
haqqında yazmaq, onun indiyə qədər keçdiyi həyat yolunu vərəqləmək mənim
üçün nə
qədər xoş olsa da, bir
o qədər də məsuliyyətlidir...
Əli İldırım
oğlu Məmişov
17 noyabr 1927-ci ildə
Qubadlı rayonunun Əlquluuşağı kəndində
sadə bir kəndli ailəsində anadan olub. Uşaqlıq və məktəb illəri çox ağır və çətin illərə
təsadüf edib.
Yeniyetmə Əli orta məktəbin səkkizinci
sinifində oxuyan zaman 1941- 1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başladı.
Həmin
vaxt 8 və 9-cu siniflərdə oxuyan məktəblilər arasında
əsgərlik yaşına
çatmış oğlanlar
çoxluq təşkil
etdiyinə, onlar müharibəyə cəlb
olunduğuna görə
həmin siniflərdə
dərslər keçirilmirdi.
Məktəbin direktoru həmin
vaxtlar Əlinin fəal şagird olduğunu nəzərə
alıb, onu birbaşa qızların çoxluq təşkil etdiyi onuncu sinfə
keçirib. Beləliklə, yaxşı oxumağı,
nümunəvi davranışı
ilə məktəb şagirdləri arasında
xüsusilə seçilən
Əli İldırımoğlu
8-ci sinifdən birbaşa
10-cu sinfə keçib
və həmin orta məktəbi müvəffəqiyyətlə bitirib.
Müharibənin gedişi ilə
əlaqədar olaraq rayonun kəndlərində
müəllim qıtlığı
olduğuna görə
məktəb rəhbərliyinin
təşəbbüsü ilə yeniyetmə Əli Şuşa
şəhərindəki müəllim
kadrları hazırlayan
ikiaylıq kursda təhsil almağa göndərilib. Həmin kursu müvəffəqiyyətlə
bitirdikdən sonra
1941-1942-ci dərs ilində
ilk dəfə olaraq Qubadlı rayonunun Məlikəhmədli kənd
ibtidai məktəbində
sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Gənc müəllim daha sonra, yəni 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək kəndlərində ibtidai,
Teymurmüskanlı kənd
yeddiillik məktəblərində
müəllim işləyib.
O, iş təcrübəsi ilə
yanaşı, təhsilini
artırmağı da
unutmayıb. Belə ki, Əli Məmişov
əvvəlcə qiyabi
yolla Laçın Pedaqoji Texnikumunu, 1946-
1948-ci illərdə isə
Ağdamda ikiillik Müəllimlər İnstitutunun
tarix fakültəsini
bitirib. Pedaqoji fəaliyyətini yenidən davam etdirən bu ziyalı Qubadlı rayonunun Əliquluuşağı,
Dondarl və Muradxanlı kənd orta məktəblərində
direktor müavini vəzifələrində çalışıb.
Əli İldırımoğlu daha
sonra, yəni 1951-ci ildən əmək fəaliyyətini Qubadlı
Rayon Maarif Şöbəsində
təlimatçı kimi
davam etdirib. Gənc yaşlarından ömrünün
hər anını mənalı və səmərəli keçirən
Əli müəllim,
eyni zamanda ədəbi yaradıcılıqla,
publisistika və jurnalistika ilə də məşğul olub. Onun yaradıcılıq yolu Qubadlı rayonunda nəşr edilən “Avanqard” qəzetindən başlayıb.
Qəlbi
yazıb-yaratmaq eşqi
ilə döyünən
Əli Məmişov əvvəlcə rayon qəzetində
məsul katib, daha sonra isə
redaktor vəzifələrində
çalışıb.
Əli İldırımoğlu 1955-ci ilin
yanvar ayından 1991-ci
ilin sonuna qədər respublikanın
ən nüfuzlu mətbu orqanı olan “Kommunist” qəzetinin Naxçıvan
Muxtar Respublikasında,
Aran və Dağlıq Qarabağ,
Mil- Muğan zonaları
üzrə, Sumqayıt
şəhərində, respublikamızın
şimal bölgəsi
olan Quba - Qusar rayonlarında xüsusi müxbiri kimi fəaliyyət göstərib. Çalışdığı bütün yerlərdə
el-oba, sadə, zəhmətkeş insanlar,
rəhbərlik və
ziyalılar arasında
böyük hörmət
qazanıb. Çünki Əli müəllim həmişə maqalə,
reportaj və oçerklərində zəhmətsevər
insanlarla yanaşı,
bütün təbəqədən
olan adamların əməyinə yüksək
qiymət verib və necə deyərlər, düzü
düz, əyrini əyri kimi yazıb.
Əli müəllim
daha sonra əmək fəaliyyətini
həmin vaxtlar respublikamızda nəşr
olunan “Həyat” qəzetində davam etdirib. Bir il
yarım qəzetin Abşeron, Dəvəçi,
Quba, Qusar, Xaçmaz rayonları və Sumqayıt şəhəri üzrə
xüsusi müxbiri olub.
Gənc
yazarlara örnək olan və yüzlərlə
oçerk, felyeton, hekayə və povest qələmə alan Əli
müəllim maraqlı
kitablar müəllifidir.
Onun “Yazım-yazmayım”,
“Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”,
“Silinməz izlər”,
“Həmin adam”, “Közərən sətirlər”,
“Mənim rəncbər
atam”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” kitabları oxucular tərəfindən
maraqla qarşılanıb.
Qeyd edək ki, onun
“Zorən jurnalist” romanının birinci hissəsi, yəni “Eşq, qələm və qovğa”, “ Mənim rəncbər atam”, “Aqibət” romanları rumın dilinə tərcümə
edilib və böyük tirajla nəşr olunub. “Mənim rəncbər
atam” romanı, həmçinin İranda ərəb əlifbası
ilə də nəşr edilib və xarici ölkə oxucularının
böyük marağına
səbəb olub.
Əli İldırımoğlu yazıb-yaratmaqdan
yorulmayan bir ədibdir. 2007-ci ildə onun seçilmiş əsərləri
çapdan çıxıb.
Bu əsərlər barədə tənqidçi
Bəsti Əlibəylinin
və filologiya elmləri namizədi Qurban Bayramovun “Milli-mənəvi dəyərlərin
bədii salnaməsi” monoqrafiyaları çap olunub.
Yazıçı, jurnalist, nasir və publisist Əli İldırım oğlu Məmişov
1996-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, 1988-ci ildən
“Əməkdar jurnalist”,
1998-ci ildən əmək
veteranı, “Qızıl
qələm” mükafatı
laureatıdır. O, eyni zamanda, 1941-45-ci illərdə
arxa cəbhədə
göstərdiyi fədakarlığa
görə “Rəşadətli
əməyə görə”
medalı ilə, Azərbaycan ədəbiyyatının
və jurnalistikasının
inkişafındakı xidmətlərinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı
ilə “Şöhrət”
ordeni ilə təltif olunub. Tanınmış ziyalı
həm də “Ali Araz”, “Ustad jurnalist”,
Ə.Haqverdiyev adına mükafatlarını
alıb. O, Türkiyənin
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyası
tərəfindən türk
ədəbiyyatının inkişafındakı
xidmətlərinə görə
“Türk ədəbiyyatına
xidmət” beynəlxalq
mükafatına layiq görülüb.
Əli İldırımoğlu
gözəl ailə başçısı, müdrik
ata və babadır. O, ağıllı,
zəkalı, işgüzar,
mərd, xalqa, dövlətə bağlı
olan beş
övlad böyüdüb.
Müxtəlif sahələrdə vicdanla, əsl vətənpərvər kimi
çalışan onun
övladları da ataları kimi mənalı həyat yolu seçiblər.
Əli İldırımoğlunun
13 nəvəsi və
9 nəticəsi var.
Bu yaxınlarda Əli
müəllim daha bir uğur qazanıb,
Beynəlxalq Mahmud Kaşqari
Fondunun medalına layiq görülüb. Məlum
olduğu kimi, bu mükafat 10 il əvvəl
əsası böyük
yazıçımız Anar
tərəfindən qoyulmuş
Beynəlxalq Mahmud Kaşqari
Fondu tərəfindən
təsis edilib. Türk mədəniyyəti qarşısında
xidmətlərinə görə
bir sıra görkəmli sənət
adamları, alimlər
bu mükafatla təltif olunub. Biz Əli müəllimi
növbəti yaradıcılıq
uğuru münasibətilə
təbrik edir, ona möhkəm cansağlığı və
həmişə belə
yazıb-yaratmağı arzulayırıq.
Elman Maliyev,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
İki sahil.- 2016.- 20 avqust.- S.13.