Lavaş çörəkbişirmə
ənənəsi
UNESCO-nun
Siyahısına daxil
edilib
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə
şəhərində keçirilən 11-ci sessiyanda Azərbaycanın
təşəbbüsü ilə Azərbaycan, Türkiyə,
İran, Qazaxıstan və Qırğızıstan tərəfindən
UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka,
yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti”
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, UNESCO-nun qiymətləndirici orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylı təşkilatın hökumətlərarası komitəsinin cari il noyabrın 30-da keçirilmiş sessiyasının qərarı ilə qəbul edilib.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin Mədəniyyət nazirliklərinin, UNESCO üzrə milli komissiyaların, həmçinin sahə üzrə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.
Çörəkbişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli ənənə kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək ölkələr və xalqların tarixi bağlılığını, əməkdaşlığını, eyni zamanda, nominasiyanı birgə təqdim edən ölkələrin UNESCO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını bir daha sübut etdi.
UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə lavaşbişirmə və paylaşma ənənəsindən başqa, Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə təşkilatın təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
İki sahil.- 2016.- 1 dekabr.- S.9.