Azərbaycançılıq ideologiyasının banisi

 

Müstəqil Azərbaycan dövlətinin, dövlətçiliyinin təşəkkül meyillərinə gələcək perspektivlərinə diqqətlə nəzər yetirəndə görürük ki, bütün bunlar heç asanlıqla əldə edilməmişdir. Çünki milli-azadlıq mücadiləsi nəticəsində əldə etdiyimiz müstəqillik səbatsız, heç bir idarəçilik qabiliyyəti olmayanrəhbərciklər”in,  səriştəsizliyi ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz həmin illərdə torpaqlarımız ermənilər tərəfindən işğal olunur, respublika ağır siyasi iqtisadi böhran girdabında çapalayırdı. Ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə - 1970-80-ci illərdə qurub-yaratdıqları göz görə-görə dağılıb gedirdi. Nəhayət, xalqımız ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər xalqın təkidli tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanılmasına, əlbəttə ki, biganə qala bilməzdi. O vaxt Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya gəldi. Ümummilli Liderin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda müstəqillik tarixinin ikinci dövrü başlandı. Müstəqilliyimizə qənim kəsilmiş qüvvələrin bütün maneələrini böyük ustalıqla dəf edən Ulu Öndər dövlətçiliyin bərpa olunması yolunda ciddi addımlar atdı, Azərbaycanın əsl müstəqilliyini təmin etdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı, ictimai-siyasi sabitlik bərpa olundu. Müstəqil dövlətimizin ilk demokratik Konstitusiyası qəbul olundu, nizami ordu quruculuğu sürətləndirildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin, fəaliyyətin kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, ən başlıcası isə azərbaycançılıq məfkurəsi dayanırdı.

Azərbaycan 50 milyon azərbaycanlının tarixi vətənidir. Bütün dünya azərbaycanlılarından, hansı ölkədə yaşamalarından asılı olmayaraq bir vəzifə tələb olunur - Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın bu günü gələcəyi haqqında düşünmək ona öz töhfələrini vermək. Bu birliyi şərtləndirən əsas prinsip isə dövlətçiliyin azərbaycançılığın hər şeydən öndə dayanmasıdır. Ulu öndər Heydər Əliyevin bütün dünya azərbaycanlılarını bir ideya- azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırışı da bu məqsədə xidmət edirdi.

Azərbaycançılığın tərkib hissələrindən olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası hələ 1991-ci ilin 16 dekabrında qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Artıq 22 ildir ki, həmin gün milli bayramlarımızın sırasında öz möhtəşəm yeri ilə fərqlənir.

Azərbaycançılıq ideologiyasını dövlətin strateji xətti kimi irəli sürən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların birliyi təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. O xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində onların problem qayğılarına diqqətlə yanaşır, təşkilatlanmaları üçün tövsiyələrini verirdi. Xarici ölkələrdəki səfirliklərimiz diaspor quruculuğu prosesinə cəlb olunaraq, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi mədəni həyatında real iştiraka istiqamətləndirirdi.

Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi təşkilatlanması üçün böyük stimul oldu. Bu qurultay azərbaycançılıq ideologiyasının möhkəmlənməsində, eləcə diaspor hərəkatının inkişafında yeni tarixi mərhələnin əsasını qoydu.

Azərbaycançılığın mühüm tərkib hissələrindən biri Azərbaycan dilidir. Ana dilimizin inkişaf etdirilməsi həmişə Ulu Öndərin diqqət qayğısı ilə əhatə olunub. Hələ sovet dövründə çoxlu təzyiqlərə baxmayaraq Ümummilli Lider Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi yolunda əsl fədakarlıq göstərirdi. Dahi lider dilimizin zənginləşməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına xüsusi fikir verirdi. Rəsmi qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqla dilimizin ictimai-siyasi mövqeyini yüksəldirdi. Məhz onun respublikamıza birinci dəfə rəhbərlik etdiyi 70-80-ci illərdə dilimizin tarixi ciddi şəkildə araşdırılmış, çoxcildlik  Müasir Azərbaycan dilikitabları işıq üzü görmüşdür.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dilimizlə əlaqədar, onun təkmilləşdirilməsi ilə bağlı Ümummilli Lider çoxlu sərəncam fərmanlar imzalamışdır ki, bu da siyasi, ictimai mədəni aspektdə dilimizin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatların aparılmasına rəvac vermişdi.

Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin əsas komponentlərindən olan milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. O qeyd edirdi ki, milli dövlətçilik milli mənəvi dəyərlər bir-birindən ayrılmazdır. Ulu öndərin bununla bağlı həyata keçirdiyi tədbirlər dünya mədəniyyət xəzinəsinin əvəzsiz inciləri olan milli-mədəni abidələrin qorunmasına, milli yaddaşın möhkəmləndirilməsinə öz töhfəsini verib.

Azərbaycançılıq həm tariximizin mədəniyyətimizin dünyada təbliği deməkdir. Ulu Öndərin təşəbbüsü ilə dahi Azərbaycan şairi M.Füzulinin 500, “Dədə Qorquddastanının 1300 illik yubileylərinin yalnız respublikamızda deyil, dünyanın bir çox ölkələrində keçirilməsi çox böyük siyasi-ideoloji əhəmiyyət kəsb edir.

Böyük qürur hissi ilə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi bunun bariz nümunəsidir.

Ulu Öndərin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısı həmişə xarici səfərlərində, müxtəlif görüşlərdə Azərbaycan dilinə, mədəniyyətinə, milli adət-ənənələrimizə ehtiramla yanaşır.

Bu gün Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Prezident İlham Əliyevin apardığı praqmatik, düşünülmüş siyasət nəticəsində ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi milli ideologiya güclü dövlətçilik təlimi kimi nüfuz qazanıb.

Əsrlər boyu coğrafi anlayış olub, yalnız ötən yüzillikdə milli ideologiya kimi formalaşan azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin xalqımız, Vətənimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən biridir. Müstəqil, qüdrətli dövlətin vətəndaşları kimi bu gün hər birimiz çağdaş Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin milli birlik və istiqlal ideologiyasına- azərbaycançılığa sadiq olmalı, əməli işimizlə ona öz töhfəmizi verməliyik.

 

Zahid Rza

 

İki sahil.- 2016.- 10 dekabr.- S.13.