Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz

xidmətləri xalqımızın xatirəsində əbədi yaşayacaq

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə

 

- Arif müəllim, 12 dekabr tarixi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Anım günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər keçirilir, o cümlədən, Ulu öndərimizi yaxından tanıyan şəxslər Onun haqqında xatirələrini bölüşürlər. Bu mənada, siz fenomenal şəxsiyyət olan Heydər Əliyevi necə xatırlayırsınız?   

- Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinə 30 ildən çox bir müddətdə  rəhbərlik edib. Heydər Əliyev  güclü, iradəli şəxsiyyət və sərt təbiətli siyasətçi idi. Lakin Onun yüksək mədəniyyəti, dərin biliyiiti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğruvacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl o, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da,   Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı.

İşdə kollegiallığa və demokratikliyə nə qədər böyük əhəmiyyət versə də, Heydər Əliyev qərarların qəbulu üçün şəxsi məsuliyyətdən heç vaxt özünü kənara çəkmirdi. Şərait tələb etdikdə ən məsul qərarları belə təkbaşına qəbul edirdi. Lider, dövlət başçısı üçün son dərəcə zəruri olan bu gözəl keyfiyyət, əfsuslar olsun ki, Onun sələflərində yox idi.

Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı. Təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Qüsurlara və çatışmazlıqlara son dərəcə tənqidi yanaşırdı. Bununla belə O, optimist idi. Əldə edilmiş yaxşı nə varsa, hamısına görə ürəkdən sevinironun bu sevinci insanlara da keçir, onları yaradıcı işə səfərbər edirdi.

Heydər Əliyev öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, Onun qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi. Heydər Əliyevin yüksək işgüzar keyfiyyətlərini, rəhbərlik istedadını və bacarığını bütün obyektiv insanlar, hətta keçmişdə buya digər səbəbdən cəzalandırılmış şəxslər də etiraf edirdilər.

Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu Onun şəxsiyyəti ilə bağlayırdı. Bu insanların sırasında yaxın keçmişdə Heydər Əliyevə qarşı çıxış etmiş, qısa müddət keçdikdən sonra isə Onun qanunvericilik orqanının sədri seçilməsi məqsədi ilə parlamentin çağırılması tələbini imzalamış deputatlar da var idi.

Ulu öndər Heydər Əliyev nəhəng, uca və zəhmli şəxsiyyət idi. Lakin O, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, insanların qəlbinə yol tapırdı, xalqımız Ona böyük hörmət və məhəbbət bəsləyirdi. Heydər Əliyevin bir müraciəti kifayət idi ki,  heç bir təşkilatlanma olmadan insanlar qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasətini müdafiə etsin. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd edildikdə Heydər Əliyevin müraciətinə cavab olaraq on minlərlə Bakı sakini qısa müddət ərzində Prezident Administrasiyasının binası önünə toplaşaraq xalqın kimin tərəfində olduğunu qəsdçilərə aşkar şəkildə başa saldı.

- Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib.

Qeyd edim ki, 1960-cı illərdə respublikamızda vəziyyət ürəkaçan deyildi, Azərbaycan hər cəhətdən keçmiş ittifaq respublikalarından geri qalırdı. Ümumiyyətlə, ittifaq leksikonunda Azərbaycan sözü yöx idi, yalnız Bakının adı çəkilirdi. Bu da geriliyin nəticəsi idi. Amma Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra qısa müddət ərzində bütün problemlərin həllinin öhdəsindən gəldi və Azərbaycan keçmiş SSRİ-nin tanınan respublikasına çevrildi. Məhz Onun uğurlu fəaliyyətinin nəticəsi idi ki, xarici mətbuatda SSRİ-də yeni ulduzun parlaması haqqında məqalə yazılırdı. Bu məqalələr Heydər Əliyevlə bağlı idi. 

Bütövlükdə, Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu, təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Hər il həmin gənclərlə də görüşürdü. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün atdıqları addım idi.

Daha sonra isə Ulu öndərimiz Kremldə yüksək vəzifəyə irəli çəkildi. Ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması çox yüksək bir qərar idi. Yəni xalqımızın oğlu bu dövlətin rəhbərlərindən biri oldu. O, Moskvaya vəzifəyə getsə də, Azərbaycanı unutmadı, respbulikanın  problemlərinin həlli ilə yaxından məşğul olurdu. Eləcə də, SSRİ miqyasında çox böyük işlər gördü. Bunun nəticəsidir ki, keçmiş SSRİ respublikalarında bu gündə Heydər Əliyev böyük hörmətlə xatırlanır. Hələ də belə fikir səslənir ki, əgər Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu dövlətin taleyi başqa cür olardı. Keçmiş SSRİ-nin xarici işlər naziri Qromıkonun oğlu öz kitabında yazırdı ki, atam Heydər Əliyevi yüksək  təşkilatçılıq bacarığı, insanları arxasınca aparmaq qabiliyyəti olan nüfuzlu şəxsiyyət kimi xarakterizə edib. Qromıko da etiraf edib ki, məhz müsəlman-azərbaycanlı olduğu üçün Heydər Əliyevin SSRİ-nin rəhbəri seçilməsi mümkün olmayıb.

- 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idifaktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Həmin dövrdə həm müstəqilliyin qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu öndər Heydər Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?

- Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Təsəvvür edin ki, o zaman parlamentdə hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildibu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.

- Arif müəllim, sizcə, qurtuluş məfkurəsi Azərbaycan dövlətinə və xalqına nə verdi?

- Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayişqayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı.

1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasiiqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası  formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı.

- Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri  də ölkəmizin ağır zamanlarında vəziyyətdən çıxış yolu kimi Yeni Azərbaycan Partiyasını  yaratmasıdır. 24 il öncə bu partiyanın yaradılmasını hansı amillər zəruri edirdi?

- Müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Çünki ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Klassiklərin bir sözü var: inqilab o zaman baş verir ki, aşağıdakılar köhnə qaydalarla yaşamaq istəmir, yuxarıdakılar da idarə edə bilmirlər. Qeyd etdiyim kimi, xalq vəziyyətdən çıxış yolunu Heydər Əliyvin hakimiyyətə qayıtmasında görürdü. Belə bir şəraitdə ziyalılar yeni bir siyasi partiyanın yaradılması üçün Ulu öndərimizə müraciət edirdilər.   Elə bir şəraitdə, 1992-ci ilin payızında Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olubUlu öndər partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Çünki xalq Onu istəyirdi. Nəhayət, «91-lər»in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Təsadüfi deyil ki, YAP yaranandan bir neçə ay sonra Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bu günkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır.

- Arif müəllim, bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı inkişafı və perspektivini necə dəyərləndirirsiniz?

- Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, ölkəmiz heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur.

13 ildir ki, Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq.

 

İki sahil.- 2016.- 13 dekabr.- S.11.