Sumqayıtda sərgi

 

Tədbir görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunub

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər Mədəniyyət turizm idarəsinin Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

 

Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş təsviri sənətin boyakarlıq bölməsinə aid 20 ədəd əsər nümayiş olunub.

Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin Təsviri dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov, şəhər Mədəniyyət turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Eyyub Hüseynovun oğlu Elnur Hüseynov tanınmış rəssamlar, incəsənət xadimləri digər qonaqlar çıxış edərək görkəmli rəssamın yaradıcılığı haqqında yüksək fikirlər ifadə edib, xatirələrini bölüşüblər. Natiqlər belə tədbirlərin böyük əhəmiyyətindən danışıblar.

Daha sonra  qonaqlar rəssamın həyat yaradıcılığına həsr olunmuş video-çarxı izləyiblər sərgidə nümayiş olunan əsərləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, görkəmli rəssam Eyyub Hüseynov daha çox zəhmət kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyiKömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrındaŞahbuz”, “Yağışdan sonraəsərləri, o cümlədənAşıq ƏləsgərƏmək qəhrəmanlarıportretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2016.- 17 dekabr.- S.13.