Abuzər Xələfovun 85 illik
yubileyi qeyd olunub
Dünən Bakı
Dövlət Universitetində
(BDU) görkəmli alim,
pedaqoq, tarix elmləri doktoru, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının
həqiqi üzvü,
Azərbaycan Kitabxanaçılar
Cəmiyyətinin prezidenti,
Əməkdar Elm Xadimi,
Prezident təqaüdçüsü,
BDU-nun fəxri professoru
Abuzər Xələfovun
85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor A.Xələfovun
mənalı ömür
yolundan, səmərəli
elmi, pedaqoji fəaliyyətindən, bu
ali məktəbdə
kitabxanaçılıq fakültəsinin
yaranmasında, yüksəkixtisaslı
kadrların hazırlanmasında
mühüm rolundan danışıb, alimin elmi tədqiqatlarının
əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda kitàbõànàşünàslıq elminin təşəkkül tapmasında
və inkişafında
A.Xələfovun mühüm
xidmətləri olub. Alim kitabxanaşünaslığa
aid onlarla monoqrafiya, dərslik və dərs vəsaitinin, çoxlu sayda elmi məqalənin müəllifidir. Azərbaycanda kitabxanaşünaslıq elmi
sahəsində xüsusi
məktəb yaradan
professor A.Xələfov təkcə
respublikamızda deyil,
bir sıra xarici ölkələrdə
də bacarıqlı,
istedadlı bir alim kimi tanınır.
Professor A.Xələfov “Şöhrət”
ordeni və digər ali
dövlət mükafatlarına
layiq görülüb.
Sonra BDU-nun kitabxanaçılıq-informasiya
fakültəsinin dosenti
Knyaz Aslan “Bakı Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfovun elmi-pedaqoji
və ictimai fəaliyyəti” mövzusunda
məruzə ilə çıxış edib.
Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən məruzəçi professor A.Xələfovun
bu sahədəki rolundan söz açıb, onun novator alim olduğunu
vurğulayıb.
Xarici işlər nazirinin müavini Xələf Xələfov, akademiklər
Əhliman Əmiraslanov,
Vasim Məmmədəliyev,
Vasif Babazadə, Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin
Gözəlov, Azərbaycan
Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə,
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı
Azad Qurbanov və başqaları A.Xələfovun
elmi yaradıcılığından,
kitabşünaslıq elminə
verdiyi töhfələrdən
danışıb, alimi
təbrik edib, xoş arzularını bildiriblər.
Sonda professor A.Xələfov
çıxış edərək
Heydər Əliyev siyasətinin əhəmiyyətini
vurğulayıb, Ulu Öndərin ideyalarının
Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə həyata
keçirildiyini bildirib. Dövlətimizin başçısının apardığı
məqsədyönlü siyasətin
uğurlu nəticələrindən
bəhs edən
professor Azərbaycanın sürətlə
inkişaf etdiyini diqqətə çatdırıb.
Alim tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirib.
İki sahil.- 2016.- 21 dekabr.- S.9.