ArxeologiyaEtnoqrafiya

Muzeyində açıq dərs

 

Qədim Naxçıvanın zəngin və keşməkeşli tarixini öyrənmək, arxeoloji, tarixi, memarlıq, təbiət və mədəniyyət abidələrimizi qorumaq və gələcək nəsillərin diqqətinə çatdırmaq, regionun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələrinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə AMEA Naxçıvan Bölməsinin nəzdində yaradılan ArxeologiyaEtnoqrafiya Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Arxiv işi və muzeyşünaslıq kafedrasının III kurs tələbələri üçün açıq dərs keçirilib.

Açıq dərsdə Naxçıvan ərazisində yayılmış arxeoloji mədəniyyət mövzusuna uyğun olaraq regionda mövcud olmuş Neolit, Enolit, Kür-Araz, Boyalı qablar və Naxçıvan mədəniyyətini əks etdirən muzey eksponatları haqqında tələbələrə ətraflı məlumat verilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva zəngin və ulu keçmişə malik olan regionumuzun canlı tarixini özündə yaşadan muzeydə nümayiş olunan 445 eksponatlar barəsində tələbələri məlumatlandırıb. Qeyd edib ki, muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” imzaladığı tarixi Sərəncam əsasında 2006-2016-ci illərdə bölgəmizin müxtəlif ərazisində olan qədim abidələrimizin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir.

Sonda tələbələr muzeyin eksponatları ilə yaxından tanış olublar.

 

İki sahil.- 2016.- 22 dekabr.- S.14.