Xarici siyasətin əsas istiqamətləri
Sovetlər birliyinin süquta
uğraması, “qardaşlar
ölkəsində” gedən
siyasi proseslər nəticəsində müstəqillik
qazanan respublikalar kimi, Azərbaycan da öz daxili
və xarici siyasətini sərbəst
müəyyənləşdirmək hüququ qazandı. Müstəqillik əldə
etdiyi zamanlarda Ermənistan tərəfindən
elan olunmamış müharibəyə cəlb
edilən, torpaqlarının
20 faizi işğal olunan Azərbaycan ciddi çətinliklərlə
üzləşsə də
bütün məhrumiyyətlər
xalqın birliyi və həmrəyliyi ilə aradan qaldırıldı.
Respublikada siyasi sabitliyi pozmağa çalışan,
suverenliyimizi istəməyən
qüvvələrin təxribatlarına
baxmayaraq ən çətin məqamlarda
vəziyyətdən çıxış
yolları tapan Heydər
Əliyev kimi ümummilli lider xalqa arxalanaraq, milyonlara güvənərək
öz qətiyyəti
ilə bütün təsir və təzyiqlərin qarşısını
aldı. Tarixi hadisə olan müstəqilliyin qorunub saxlanılmasının onu
əldə etməkdən
çətin olduğunu
misilsiz xidmətləri
ilə təsdiqləyən
ümummilli lider Heydər Əliyev güclü, qüdrətli
Azərbaycanın gələcəyinə
inanaraq bildirirdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz
müstəqilliyini qoruyacaqdır.
Bu da bir
prezident kimi mənim siyasətimin ana xəttidir.”
Şərq, Qərb dəyərlərini
özündə birləşdirməklə
dünya birliyi üçün əhəmiyyətini
balanslaşdırılmış siyasəti ilə təsdiqləyən, dəyişən
beynəlxalq münasibətlərə,
yeni çağırışlara
daim hazır olan Azərbaycanın ədaləti, beynəlxalq
hüquq normalarına
sadiqliyi xarici siyasətinin əsas prinsiplərini təşkil
edir. Sivilizasiyalararası dialoq məkanı
kimi tanınan Azərbaycanda keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər mühüm əhəmiyyətli
beynəlxalq tədbirlərin
hər biri tarixi hadisədir. Azərbaycanın müəllifi
olduğu belə təşəbbüslərin
reallaşması o deməkdir
ki, bütün xalqların, dinlərin bərabərliyi naminə
daim yeritdiyi sülhsevər siyasəti
nümunə olan respublikamız doğrudan da milli və
dini dözümlülüyün,
tolerantlığın müdafiəsi
siyasətinə sadiqdir.
Bu il iyirmidən
çox dövlət,
hökumət başçısı
Azərbaycanda rəsmi
və işgüzar səfərlərdə olub.
Dövlətimizin başçısı İlham Əliyev 14 dövlətə səfər
edib.
Davos Ümumdünya İqtisadi
Forumunda, Münxen Təhlükəsizlik Konfransında,
Vaşinqton Nüvə
Sammitində, İslam
Əməkdaşlıq Təşkilatının
Zirvə görüşündə,
Dünya Humanitar Sammitində (Türkiyə)
Azərbaycan çox fəal iştirak etmişdir. Birləşmiş Ərəb Əmirliklərinə,
İran İslam Respublikasına, Almaniyaya səfərlər də uğurlu olmuşdur.
Bu səfərlər çərçivəsində
ikitərəfli formatda
rəsmi görüşlər
də təşkil edilmişdir.. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı Vyanada,
Sankt-Peterburqda təşkil
olunan görüşlərdə
Azərbaycan mövqeyinə
sadiqliyini diqqətə
çatdırmışdır.
BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumunun Azərbaycanda
keçirilməsi ölkəmizin
xarici siyasətinin növbəti uğuru olmaqla multikulturalizm, tolerantlıq diyarı kimi tanınan ölkəmizə dünya
ictimaiyyəti tərəfindən
verilən qiymət idi. Qoşulmama Hərakatında
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövqeyimizin
120 ölkə tərəfindən
dəstəklənməsi, etimad qazanması o deməkdir ki, dünya dövlətlərinin
dörddə üç
hissəsi Azərbaycanla
əməkdaşlığa böyük önəm verir. “Şərq
tərəfdaşlığı”, “Yaxın qonşuluq siyasəti” proqramı üzrə keçirilən
tədbirlərdə Azərbaycanın
xarici siyasəti dəstəklənir, tərəfdaşlarının
sayı çoxalır,
əməkdaşlıq üçün
yeni imkanlar yaranır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlər
dünya ictimaiyyətinə
çatdırılır.
Dövlətimizin başçısının vurğuladığı
kimi, xarici siyasətimizlə bağlı
əsas istiqamətlər
müəyyən edilib,
strateji xətt seçilib və davam edir. BMT-nin Baş Assambleyasında “ Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət
barədə” (2004, 2008-ci illərdə) 822, 853, 874, 884 nömrəli
qətnamələrin qəbulu
diplomatiyamızın qəbuludur.
Azərbaycanın MDB-yə
daxil olan respublikalar arasında yeganə dövlət kimi Meksikada keçirilən “Böyük-20”lərin sammitinə dəvət olunması, Prezident İlham Əliyevin məntiqli çıxışı, Ermənistandakı
Atom Elektrik Stansiyasını
bölgə üçün
təhlükə mənbəyi
adlandırması və
bu arqumentin sammit iştirakçıları
tərəfindən dəstəklənməsi, BMT-də ,
AŞPA-da, İslam Əməkdaşlıq təşkilatında,
ATƏT-də, Dovildə
qəbul olunmuş qətnamə və bəyanatların davamı
kimi NATO-nun Çikaqo
sammitində Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı rəsmi sənədin qəbulu Azərbaycanın
xarici siyasətinin uğuru, dövlətimizin
başçısının iradə və qətiyyətinin nəticəsidir.
Beynəlxalq münasibətlər sistemində mövqeyimizin
dəstəklənməsinin nəticəsi kimi Azərbaycan dünyanın
ali orqanına
BMT Təhlükəsizlik Şurasına
üzv seçildi. 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT-də təmsil edən Azərbaycanın qazandığı
uğur eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər
sistemində rolunu artırır, mövqeyini
gücləndirir. Çətinliklə
nail olunan bu səsvermədə ölkəmizi
dəstəkləyənlərin çoxluğu diplomatik uğurumuz, tarixi hadisə oldu. Cənab İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycan xarici siyasətini düzgün istiqamətdə davam etdirir, Avropa ilə çox sıx əlaqələr qurur. Ölkəmizin Avropa İttifaqı
ilə münasibətləri
qarşılıqlı etimad
əsasında inkişaf
edir. Artıq
Aİ-da, Avropa Şurasında Azərbaycanın
irəli sürdüyü
təkliflərə ehtiramla
yanaşılır, deputatların
əksəriyyəti ölkəmizə
qarşı qarşı
ədalətsizlikləri, ikili
standartları etiraf edirlər. Belə dairələrə ən tutarlı cavab, Azərbaycan demokratiyasının təntənəsidir.
“Biz digər təşkilatlarda
da bu gözəl
meyilləri görürük...
Avropa Parlamenti tərəfindən
səslənən rəsmi
bəyanat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı çox ədalətli mövqe nümayiş etdirdi.
Azərbaycan ictimaiyyəti
yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri
kəsmişdir, Avronest
qurumundan çıxmışdır...
Bizə qarşı ədalətsizlik nümayiş
etdirildi... Nəticədə nə oldu?
Münasibətləri bərpa etmək
üçün özləri
gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək...”
söyləyən Prezident
İlham Əliyevin belə ədalətsiz mövqe tutan tərəflərə cavabı
birmənalıdır.
Prezident İlham Əliyevin səsləndirdiyi “Əgər
kimsə hesab edir ki, Azərbaycanı
nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv
edir və bu səhv siyasətindən
əl çəkməlidir. Biz öz yolumuzla gedirik. Bu yol
tərəqqi, inkişaf
yoludur. Bu yol azadlıq, müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik” sözləri lider qətiyyətinin məntiqi nəticəsidir.
Qeyd olunduğu kimi, heç bir kənar qüvvə, heç vaxt Azərbaycanın müstəqilliyinin
qarantı kimi çıxış etməmişdir,
etmir və edə bilməz. Azərbaycanın indiki inkişaf səviyyəsi,
iqtisadiyyatın artımı
və dövlətçilik
təsisatlarının təkmilləşməsi xalq- iqtidar birliyini möhkəmləndirir. Azərbaycanın
siyasi, iqtisadi , diplomatik uğurları
artdıqca müstəqil,
müasir, dünyəvi,
dinamik inkişaf edən respublika olduğunu təsdiqləyən
reallıqlar daha cəlbedici görünür.
Hazırda Azərbaycanın
xarici ölkələrdə
57 səfirliyi, 5 beynəlxalq
təşkilat yanında
daimi nümayəndəliyi,
9 baş konsulluğu,
7 təmsilçilik ofisi
və 7 fəxri konsulluğu fəaliyyət
göstərir. “Evrovision-2012” mahnı müsabiqəsində,
XXX London Yay Olimpiya Oyunlarında, birinci Avropa Oyunlarında, Rio-de Janeyroda qazandığımız
qələbələr düşünülmüş
siyasətin təntənəsi
kimi dünya birliyində nüfuzumuzu artırır.
Xarici siyasətimizin
prioritetlərini təşkil
edən Azərbaycan diplomatiyası müxtəlif
istiqamətlər üzrə
də inkişafdadır. Azərbaycanın enerji diplomatiyası bölgədə sülhün
təminatına yönəldilib.
Coğrafi vəziyyətimiz elədir ki, Azərbaycanın razılığı
olmadan bu bölgədə heç
bir qlobal layihə reallaşa bilməz. Azərbaycan qazının Yunanstan
sərhədlərindən kənara çıxarılmasını
təmin edəcək
TANAP, TAP, “Cənub Qaz
Dəhlizi” kimi layihələr xarici siyasətimizə əlavə
uğurlar qazandırır. Azərbaycanın Latın Amerikası
kimi ölkələrilə
əməkdaşlığı xarici siyasətdə qazanılan uğurların
coğrafiyasını genişləndirir.
Xarici siyasətimizlə
bağlı istiqamətlərdən
olan erməni vəhşiliklərinin nümunəsi
Xocalı soyqırımının
dünyada tanınması
istiqamətində aparılan
işlər davam etdirilir. Belə ki, bu günə qədər ABŞ-ın
15 ştatında, Kolumbiya,
Çexiya, Rumıniya,
Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində
Xocalı soyqırımı
rəsmən tanınmış,
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə dəstək
ifadə edilmiş, o cümlədən ölkəmiz
bu dövlətlər
tərəfindən etibarlı
strateji tərəfdaş
kimi qiymətləndirilmişdir.
Reallıq budur ki, qarşılıqlı hörmət,
bərabərhüquqlu münasibətlərə
xoş niyyətlərə
əsaslanan Azərbaycanın
xarici siyasəti açıq, balanslaşdırılmış
və ədalətlidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2016.- 24 dekabr.- S.18.