Azərbaycan yeni hədəflərə

doğru inamla addımlayır

 

Yeni Azərbaycan Partiyasının V qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin böyük inam və qətiyyətlə səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdim: “Çalışmışam ki, öz işimlə, öz fəaliyyətimlə  ulu öndər Heydər Əliyevin qoyduğu siyasətə öz töhfəmi verim. Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü  Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir.”

 

25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü müstəqilliyinin ilk illəri ilə müqayisə etdikdə böyük inkişaf yolu keçdiyinin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurların əsasını qoydu. Uğurlu daxilixarici siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyini, əbədiliyini təmin edən Ümummilli Lider bildirmişdir ki,  dövlət müstəqilliyimiz bizim üçün ən əziz,  qiymətli nailiyyətdir və bu nailiyyəti daim qoruyub saxlayacağıq. Dahi şəxsiyyət Heydər Əliyevin bu fikirlərinin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edir ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər.”

On üç  il bundan əvvəl Azərbaycan xalqının yüksək etimadını qazanaraq  Prezident seçilən cənab İlham Əliyev   ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi kimi onun ideyalarına sadiq qalacağını bəyan etdi,  hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını bildirdi. 9 oktyabr 2013-cü ildə  üçüncü dəfə bu etimada layiq görülən Prezident İlham Əliyevə xalqın inamı o demək idi ki,  dövlət başçısı kimi verdiyi vədləri əməli işi ilə doğrultdu. Andiçmə mərasimində  ona  yenidən etimad göstərən  xalqına minnətdarlıq edərək, bundan sonra da  ölkəmizin hərtərəfli inkişafı, insanların rifahı üçün əlindən gələni əsirgəməyəcəyini bildirən  Prezident İlham Əliyev daha qüdrətli Azərbaycan  naminə sınaqlardan çıxmış bu siyasətə daim  sadiq qalacağını bəyan etdi: “ Hesab edirəm ki,  prezident seçkilərində  Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra olundu. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, səsini verdi. Eyni zamanda  bu səsvermədə  gələcəklə bağlı  öz fikirlərini, arzularını  ifadə etdi.”  

Azərbaycan həqiqətən də dünya iqtisadiyyatında  önəmli yer tutan ölkə olduğunu son illərdə qazandığı uğurlarla  təsdiqləyib. “Azərbaycan Respublikasında  sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzalamaqla  inkişaf  dinamikasının əsas istiqamətlərini müəyyənləşdirən Prezident İlham Əliyev  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulu ilə tikinti, abadlıq-quruculuq işlərinin, infrastruktur layihələrinin coğrafiyasını genişləndirdi. Başlıca tələb və tövsiyə  bölgələrin, hər bir kəndin, şəhərin, qəsəbənin sosial-iqtisadi inkişafını sürətləndirməklə bütünlükdə Azərbaycanı qüdrətli dövlətlər səviyyəsinə qaldırmaqdır. Qısa müddətdə düzgün idarəetmə mexanizminə əsaslanan siyasət nəticəsində qarşıya qoyulan prioritetlər vaxtında, yüksək keyfiyyətlə, insanların rahatlığı təmin olunmaqla yerinə yetirildi. Paytaxtın və regionların abadlığı, yenidən qurulması naminə qəbul olunmuş  60-a yaxın Dövlət Proqramının həyata keçirilməsi ilə bütün sahələrdə  titanik  inkişafa nail olundu. Nəticə isə göz qabağındadır.  Cənubi Qafqaz iqtisadiyyatının təxminən 85 faizinin Azərbaycanın payına düşməsi ən böyük uğurumuzdur. İqtisadi sahədə ən mötəbər “beyin mərkəzi” olan Dünya İqtisadi Forumunun hesabatında ölkələrin rəqabət qabiliyyətinə görə Azərbaycan 39, MDB məkanında isə birinci yerdədir. Özəl sahənin inkişafı üçün başlıca mərhələ olanbazar iqtisadiyyatı prinsiplərinə uyğun təkmilləşdirilən sahibkarlığın genişləndirilməsi, bu sektora maddi, hüquqi dəstəyin artırılması ilə  1 milyondan artıq yeri yarandı, insanların məşğulluqla təminatına dövlət siyasətinin əsas amili kimi diqqət yetirildi.

Uğurların gələcəkdə daha önəmli göstəricilərlə davam etdirilməsi isə başlıca hədəflərdəndir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu ilə  qarşıdakı 10 ildə ÜDM-i daha iki dəfə artırmağı qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd Azərbaycanı daha da  gücləndirməkdir: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır.”

Bu məqamı da xüsusi qeyd edək ki, iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən islahatlar uğurla nəticələnir. Yaranan maliyyə imkanları nəticəsində ölkə üzrə davamlı olaraq həyata keçirilən əmək haqqı siyasətində də uğurlu göstəricilər qazanılıb. Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirir. Azərbaycanın bu gün özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Qarşıdakı illər üçün əsas hədəflərdən biri də Azərbaycanı yüksək gəlirli ölkəyə çevirməkdir.

Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi siyasi mövqeyinin möhkəmlənməsinə də öz müsbət təsirini göstərir.  155 ölkənin dəstəyini qazanaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi artan nüfuzunun, siyasi çəkisinin göstəricisi idi.  Dünya birliyinin bir üzvü kimi təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda sülhün, sabitliyin qorunması, tərəfdarı kimi tanınan ölkəmiz beynəlxalq terrorizmlə mübarizə koalisiyasına qoşulmaqla  mövqeyinə sadiqliyini təsdiqlədi. Demokratiyanı özünün inkişaf yolu kimi müəyyənləşdirən, insan hüquq və azadlıqlarının qorunması, seçki sisteminin təkmilləşdirilməsi, müstəqil mətbuatın inkişafı istiqamətində önəmli islahatlara imza atan Azərbaycan  müxtəlif xalqların, din və konfessiyaların sərbəst  fəaliyyət göstərdiyi tolerant ölkə kimi də tanınır və dəstəklənir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına verdiyi töhfələrdən irəli gəlir. Sərəncamda da qeyd edildiyi kimi, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu günsadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi də   dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi  uğurlarının davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün buya digər ölkəyə səfər etməyə ehtiyac yaranırdısa, bu gün artıq hər gün, hər ay ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər bu missiyanı yüksək səviyyədə yerinə yetirir. Bu kimi tədbirlər ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Müxtəlif sahələri əhatə edən tədbirlər üçün ideal məkan seçilən  Azərbaycan  bir daha təsdiqləyir  ki,  Cənubi Qafqazda bütün sahələr üzrə  müasir dövrün aktual məslələrinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir. 

Azərbaycanın uğur salnaməsinə yazılan göstəricilərin, hadisələrin kiçik bir qismini təhlil etməklə bir daha təsdiqləmiş oluruq ki,  dünyanın heç bir ölkəsində respublikamızın qazandığı uğurlarla müqayisə olunacaq inkişaf  qeydə alınmayıb. Prezident İlham Əliyev qarşıdakı hədəfləri düzgün müəyyənləşdirərək bildirir ki, Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və  aparacağıq.

XXI əsrin “Qlobal xəritədə  ölkələrin oynadığı rol insanların intellekttual potensialından daha çox asılı olacaqdır” çağırışını əsas amil kimi daim diqqətdə saxlayan ölkəmizdə  insan kapitalına  böyük sərmayələr yatırılır. Bu gün Azərbaycan  güclü maliyyə potensialına, müasir  infrastruktura  malik, tam özünə güvənən ölkədir.  Dünyada baş verən maliyyə böhranına baxmayaraq Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması istiqamətində böyük işlər görülür. Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, ölkə vətəndaşlarının  yüksələn sosial rifahı  dövlət başçısına inamı daha da artırır.  Qərblə Şərq arasında  körpü olan,  ən mötəbər  beynəlxalq  tədbirlərə ev sahibliyi edən, bütün istiqamətlər üzrə   konkret proqram və planları, icra mexanizmi, maliyyə resursları olan Azərbaycan  öz taleyinin sahibi olduğu üçün gələcək yolunu da  sərbəst müəyyənləşdirmək hüququndan istifadə edir.

Təcrübə göstərir ki, Azərbaycana artan  marağın başlıca səbəbi   dövlət başçımızın beynəlxalq  aləmdə güclənən nüfuzu, sabit daxilixarici siyasəti, qarşılıqlı əməkdaşlığa,  beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə  hörmətlə yanaşmasıdır. Dünyada sosial, siyasiiqtisadi tədqiqatlar üzrə  zəngin təcrübə toplayan ABŞ-ın nufuzlu  Gallup İnternational” təşkilatı  müxtəlif ölkələrdə  sorğular aparmaqla  əhalinin dövlət başçısına inamını,  respublikaların  inkişaf səviyyəsini öyrənmək sahəsində zəngin təcrübəyə malikdir. Növbəti sorğusunuQlobal  Ümid  Ümidsizlik Barometri” üzrə hesabatı üzrə  müəyyənləşdirən  Callup İnternational”ın dünyanın müxtəlif ölkələrində   eyni mövzu üzrə apardığı sorğunun nəticələrinə görə, Azərbaycan ilk onluqda  yer almışdır. Ölkələr üzrə inkişafın dinamikasını əks etdirən statistikada  deyildiyi kimi, ilk onluqda təmsil olunmaq o deməkdir ki, mövcud siyasətə, tərəqqiyə böyük nikbinliklə baxan ölkə əhalisi gələcəyə böyük ümid bəsləyir,  qarşıdakı illərdə xalqın rifah səviyyəsinin daha da yüksələcəyinə  inamında qətiyyətlidir. Etibarlı  və yüksək peşəkarlıqla hazırlanan və  obyektivliyi əks etdirən  sənəddə ölkəmizin fərəhləndirici reytinqə yüksəlməsi inkişafın Azərbaycan modelinin dünya birliyində təsdiqi,  islahatlarbiznes mühitinin təşkili üçün qazandığı birincilik imicinin təkrarı olmaqla  respublikamızın daxilixarici siyasətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi və nəticə etibarilə  gələcəyə inamının təzahürüdür.

Bir sözlə, iyirmi beş  ildə  siyasi, iqtisadi, diplomatiya sahəsində   qazanılan uğurlar Azərbaycanı dünya birliyinin önəmli üzvünə çevirmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu, həyata keçirilən islahatları sürətləndirməklə   Azərbaycanı dünya birliyində  lider ölkə kimi tanıdan, iqtisadi  sosial uğurlardan heç də geridə qalmayan diplomatiyamızın qələbəsi də göz qabağındadır.  Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün sülhsevər prinsiplərinə sadiq  qalan Azərbaycanın xarici siyasəti dünya ictimaiyyəti tərəfindən dəstəklənir.  Ermənistanı siyasi, iqtisadi, sosial inkişaf baxımından  qat-qat üstələyən Azərbaycanın Cənubi Qafqaz respubkalarının birlikdə iqtisadiyyatının 85 faizinə sahiblik etməsi ölkəmizin liderlik statusunu artırır. Üçrəngli dövlət bayrağımızın “Eurovision-2011” müsabiqəsində, XXXI Braziliya Yay Olimpiadasında, ən möhtəşən idman yarış və müsabiqələrində  yüksək zirvədə dalğalanması da xalqımızın çoxillik dövlətçilik ənənəsinə sadiqliyimizin, müasirliyə doğru inkişafımızın, dünya birliyinə inamlı inteqrasiyamızın təcəssümüdür. 2015-ci ildə  birinci Avropa Oyunlarına ev sahibliyi şansı qazanması  Azərbaycanın dövlət siyasətinin təntənəsi olmaqla Prezident İlham Əliyevin siyasi qətiyyətinin, iradəsinin, xalqla birliyinin göstəricisi, dövlət başçısı kimi xalqına verdiyi  vədinin təsdiqidir.

Təsdiq olunmuş reallıqdır ki, Azərbaycanın çoxtərəfli formatda təkmilləşən xarici siyasəti region və MDB ölkələri üçün nümunədir. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və biri-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulub. İqtisadi əlaqələrinin coğrafiyası genişlənən Azərbaycanın diplomatik əlaqələri də  Avropanın hüdudlarını aşaraq  bütün qitələrə uzanır. Latın Amerikası, Afrika qitəsinin bir neçə  dövləti ilə diplomatik əlaqələr yaradan Azərbaycanın xarici siyasəti dünya  müstəvisində dəstəklənir. Kolumbiyada, Meksikada,  Pakistanda, Serbiyada, Kanadada, ABŞ-ın bir neçə ştatında  Xocalı soyqırımının tanınması   Azərbaycan diplomatiyasının qələbəsidir. Diplomatik mübarizədə qələbə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas amillərdən biridir.  Məsələnin həllində hərb variantı istisna olunmur. Ən yüksək tribunalardan bəyan edilir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi.

Uğurlarımızın davamlılığı  xalq-iqtidar birliyini daha da artırır, sarsılmaz edir. Bu birlik bu il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində bir daha təsdiqləndi. Yaradıcısı ulu öndər Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən, ölkəmizin qüdrətlənməsinə, möhkəmlənməsinə davamlı töhfələr verən Yeni Azərbaycan Partiyası bu siyasi kampaniyada da xüsusi fəallıq nümayiş etdirərək uğur tarixinə yeni bir səhifə əlavə etdi.  “Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir:  Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi. Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdirgörür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəmheç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.”

Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım  Əliyevanin xidmətlərinin də   miqyası geniş, ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbiliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar,  hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.

Uğurlarımızın qısa  təhlili sabaha böyük ümidlə baxmağımıza əsas verir. Xalqımız  Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək yeni hədəflərə doğru inamla irəliləyir.

 

İradə Hüseynova,

 

YAP Siyasi Şurasının üzvü, BDU-nun Qafqaz xalqları

tarixi kafedrasının müdiri, tarix elmləri

doktoru, professor, Əməkdar müəllim

 

İki sahil.- 2016.- 24 dekabr.- S.12-13.