Musa Quliyev: 2017-ci ildə ölkə
səhiyyəsini böyük uğurlar gözləyir -
Artıq 2016-cı ilin son
günlərini yaşayırıq. Maraqlıdır, tarixə çevrilməkdə olan
2016-cı il ölkədə hansı hadisələrlə
yadda qaldı? Budəfəki müsahibəmizdə cari ildə
ölkə səhiyyəsində yaddaqalan məqamlardan,
baş verən yeniliklərdən, qazanılan uğurlardan
danışacağıq. Müsahibimiz isə Milli Məclisin
Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə
fəlsəfə doktoru Musa Quliyevdir.
- Musa müəllim, 2016-cı ili Azərbaycan səhiyyəsi
üçün uğurlu il kimi qiymətləndirə bilərikmi?
-
Ümumiyyətlə, 2016-cı il
dünyada gərgin, münaqişələrlə yaddaqalan bir
il kimi qiymətləndirirəm. Eyni zamanda, bu il
dünyaya sıx inteqrasiya edən Azərbaycanın maliyyə-
iqtisadi sektorunda modern dəyişikliklərlə xarakterizə
olundu. Bilirsiniz ki, 2016-cı il Azərbaycanda
postneft erasının başlandığı il kimi də
yadda qaldı. Dünyada baş verən iqtisadi
böhrana, hərbi-siyasi gərginliyə baxmayaraq, Azərbaycanda
ictimai-siyasi sabitlik tam təmin olundu, iqtisadi inkişaf davam
etdi. Sosial proqramlarla qarşıya qoyulan məqsədlərin
demək olar ki, hamısına nail olundu. İstər
mədəniyyət, təhsil, istərsə də səhiyyə
sahəsində ölkəmiz bütün hədəflərinə
çatdı. Xüsusilə son 13-15 ildə
səhiyyədə başlanılmış inqilabi xarakterli dəyişikliklər,
islahatlar 2016-cı ildə də davam etdi. Bu
ildə bir sıra yeni səhiyyə obyektləri tikildi. Poliklinikalar, xəstəxanalar, o cümlədən
regionlarımızda yeni tibb mərkəzləri
açıldı. Onların böyük əksəriyyətinin
açılışında cənab Prezident İlham
Əliyev şəxsən özü iştirak edib. Eyni zamanda ölkənin birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da ölkə
səhiyyəsinin inkişafında müstəsna xidmətlərinin
şahidi olduq. Əhalinin sağlamlığının
qorunması, uşaqların dispanserizasiyası, əhalinin tibb
xidmətlərinin təmini, dərman preparatlarının qiymətlərinin
dövlət tərəfindən tənzimlənməsi, icbari
tibbi sığortanın pilot şəkildə həyata
keçirilməsinə başlanılması 2016-cı ildə
ölkə səhiyyəsini xarakterizə edən əsas cəhətlərdir.
Bütövlükdə, Azərbaycanda səhiyyə
sisteminin inkişafı müsbət tendesiya ilə davam edir.
Bu gün Azərbaycanda ən müasir əməliyyatların
aparılması, müasir tibbi texnologiyanın tətbiqi,
dünyanın bir çox ölkələrində həlli
çətin hesab olunan əməliyyatların ölkədə
icrası Azərbaycanda tibbi xidmətin kifayət qədər
yüksək səviyyədə olmasından xəbər
verir. Həqiqətən də 10 il
öncə biz Azərbaycan səhiyyəsi haqqında bədbin
fikirdə idik. Həm texnoloji, həm maddi-texniki
bazanın zəif olması, idarəetmə sisteminin köhnəlməsi,
həm də kadrların müasir texnologiyanı kifayət qədər
mənimsəməməsi baxımından geri
qalırdıqsa, artıq bu problemlərin hamısı aradan
qaldırılıb. 2003-cü ildən keçən 13 il ərzində Azərbaycanda 600-ə qədər
səhiyyə müəssisəsi tikilib, əsaslı təmir
olunub və hamısı müasir tələblərə cavab
verən tibb texnologiyası ilə təchiz edilib. Həmin illər ərzində Azərabycanda yüzlərlə
yeni tibb müxtəxəssisi yetişdirilib. Həm xarici ölkələrdə, xüsusiləTürkiyə,
Almaniya, Avropanın başqa aparıcı universitetlərini
bitirib, uzman kimi gələn həkimlərimiz, həm də Azərbaycan
Tibb Unuiversitetinin yetişdirdiyi savadlı mütəxəssislərin
varlığı bunu deməyə əsas verir. Bilirsiniz ki, Azərbaycanda artıq rezidentura pilləsi
fəaliyyyətə başlayıb. Bu il
onun ikinci buraxılışı oldu. Rezidentura tibb təhsilinin ən ali pilləsi sayılır. Ölkəmizdə
uzman səviyyəsində mütəxəssislər
hazırlanır. Bu mənada ölkə səhiyyəsinin
2016-cı ildəki ümumi fəaliyyətini uğurlu hesab
edir, yüksək qiymətləndirirəm.
- İnkişafın fonunda yəqin
ki, hansısa problemlər, çatışmayan cəhətlər
də nəzərə çarpır...
- Əlbəttə. Müəyyən qrup vətəndaşların
səhiyyə xidmətinə əlçatanlığı
tam təmin olunmayıb. Bəzi bahalı əməliyyatlar var ki,
bütün vətəndaşların o əməliyyatları
etdirməyəimkanı çatmır. Bütün
problemlər icbari sığorta işə düşəndən
sonra yavaş-yavaş aradan qalxacaq. Onu da
qeyd edim ki, 2017-ci ilin dövlət büdcəsində əvvəlki
illərlə müqayisədə müəyyən azalma
olmuşdur. Amma bu azalma səhiyyə,
sosial müdafiə, təhsil, mədəniyyət sahəsinə
o qədər də təsir etməyəcək. Əksinə, səhiyyə sahəsində
artımların şahidi olacağıq. Bu,
onu göstərir ki, cənab Prezidentin daxili siyasətində əhalinin
sağlamlığının qorunması, sağlam həyat tərzinin
həm təbliği, həm də həyata keçirilməsi
prioritet istiqamətdir.
- 2016-cı ilin ölkə səhiyyəsində
yaddaqalan məqamlardan biri də Tarif Şurasının qərarı
ilə dərman preparatlarının qiymətlərinin
dövlət tərəfindən tənzimlənməsi prosesi
oldu. Bu addım vətəndaşların dərmanla
təchizatında nə kimin problemlərin həllinə gətirib
çıxardı?
-
Bilirsiniz ki, Azərbaycanda bütün sahələrdə bazar
iqtisadiyyatı inkişaf edir. O cümlədən səhiyyə
və dərman preparatları ilə təchizat istiqamətində
də bazar iqtisadiyyatı əlaqələri qurulmuşdur. Amma bazar iqtisadiyyatı o demək deyil ki, hər
şeyi sahibkar özü həll etməldir. Xüsusilə sosial əhəmiyyətli məsələlər
var ki, onlarda dövlət tənzimlənməsi siyasəti
lazımdır. Tarif Şurasının qərarı
ondan ötrüdür ki, əhalinin ən çox ehtiyacı
olan dərmanlara əlçatanlığı təmin olunsun,
eyni zamanda, qiymətlərin həddindən artıq
şişirdilməsinə yol verilməsin. Dərman bazarında son illərdə zərərli
bir ənənə formalaşmışdı. Bir mərkəz
hər bir dərman preparatının qiyməti
baxımından digər mərkəzlərlə rəqabətə
girirdi ki, görək kim daha baha satacaq. Nəticədə bunun əziyyətini Azərbaycan
vətəndaşları, xüsusilə də aztəminatlı
ailələrçəkirdi. Məsələn, bir il öncə Milli Məclisdə dərman vasitələrinin
qiymətinin tənzimlənməsi haqqında qanun layihəsi
təqdim olundu. Tarif Şurası uzun müddət
dərman preparatlarının qiymətini araşdırdı,
bir çox ölkələrin təcrübəsi öyrənildi,
o ölkələrdə dərmanların qiymətləri
götürüldü və ortaq bir qiymət
çıxarıldı. Yaxşı ki,
biz bu prosesi vaxtında həyata keçirdik. Çünki manatın qiymətinin dəyərdən
düşməsi, dolların bahalaşması dərman
bazarında təsəvvür edə bilməyəcəyimiz
şəkildə gərginlik yarada bilərdi. Ona görə də hazırda dərman bazarında
dərmanların 90 faizinin qiyməti tənzimlənir. Onların qiyməti kifayət qədər əlçatandır.
Amma bu da son hədd deyil. Həm
Tarif Şurası, həm də Nazirlər Kabineti səviyyəsində
bu problem düşünülür və müəyyən
addımlar atılır ki, daha nə etmək lazımdır
ki, əhalinin dərman vasitələrinə əlçatanlığı
daha da yüksəlsin. Bunun
üçün Azərbaycanın daxili bazarında dərman
istehsalı üçün müəyyən tədbirlər
görülür. Bilirsiniz ki,
Pirallahıda artıq böyük bir dərman zavodunun
bünövrəsi qoyulub. Yaxın
zamanlarda o zavodun inşasına başlanılacaq. Ondan sonra Azərbaycan öz daxili tələbatını
ödəcəyək, eyni zamanda, digər ölkələrə
dərman ixrac edəcək. Bu da dərman
qiymətlərinin daha da aşağı düşməsinə
gətrib çıxaracaq. İkinci bir məsələ
vergidir. Milli Məclisdə əlavə dəyər
vergisinin aşağı salınması müzakirə olunur.
Üçüncü bir məsələ isə
icbari tibbi sığortanın tətbiq olunmasıdır.
Biz dərmanların alınmasını da icbari
tibbi sığorta paketinə daxil edəcəyik. Artıq vətəndaş həkimin ona
yazdığı resept əsasında pul vermədən,
sığorta paketi hesabınaaptekdən dərman götürəcək.
Bu da vətəndaşlarımızın dərmanla
təchizatında mühüm addım olacaq. Vətəndaşlarımız düşünməsinlər
ki, manatın dəyəri düşdü, dollar
bahalaşdı, ona görə də hökumət dərmanların
qiyməti barədə düşünmür. Düşünülür. Amma hər
şey balanslaşdırılmış şəkildə
baş verir. Biz bu gün populist vədlər
verək, çıxış edək ki, dərman
preparatları, əhalinin tibbi xidmətləri pulsuz olacaq.
Amma bu fikirlər real deyil və dünyanın
heç bir yerindəbelə bir şey yoxdur. Bu prosesi davam etdirsək, addım-addım dərmanların
qiymətini tənzimləsək, yavaş-yavaş qiymətləri
aşağı salsaq vəziyyət düzələcək.
- Bəs özəl klinikalarda qiymətlərin
tənzimlənməsində dövlət nəzarəti
varmı? Ümumiyyətlə, həmin
klinikalarda qiymətlər hansı standartlara əsasən tənzimlənir?
-
Heç şübhəsiz ki, özəl klinikalarda da dövlət
nəzarətinin tətbiqi işi aparılmalıdır. Amma
bu proses sırf dövlət tərəfindən qiymətlərin
müəyyənləşdirilməsi məsələsi
deyil. Hər bir özəl klinikanın müəyyən
xərcləri, özünün hesablamaları, müəyyən
gəliri var. Əgər biz özəl klinikalara dövlət
tərəfindən qiymət qoymuş olsaq, bu, artıq bazar
iqtisadiyyatı prinsiplərinə ziddir. Dövlət
hər hansı tənzimləyici işləri görə bilər.
Səhiyyənin dövlət sektorunu inkişaf
etdirməklə, burada pulsuz xidmətləri genişləndirməklə
qiymət baxımından özəl sektorda rəqabət
yarada bilər. Başqa bir yol özəl klinikaların
da icbari tibbi sığortaya geniş şəkildə cəlb
edilməsi ola bilər. Digər
bir yol isə ondan ibarətdir ki, özəl klinikaların, hər
bir tibb mərkəzinin sosial məsuliyyəti olmalıdır.
Yəni bu ölkədə iş görüb pul
qazanırsansa, bu millət gəlib sənə pul ödəyirsə,
sən də qarşılığında hər hansı
sosial aksiya keçirməlisən. Tutaq ki, bir
klinika ayda bir gün Qarabağ əlillərini pulsuz qəbul
edə bilər. Klinika böyük bir
ziyana düşməyəcək. Amma onun
reputasiyası, sosial məsuliyyəti üçün bu,
böyük aksiya olacaq. Və yaxud bir klinika ayda bir dəfə,
məsələn, uşaqlar,yaxud şəhid
ailələri üçün pulsuz aksiya həyata keçirə
bilər.Bunların hamısı cəmiyyətin tələbləridir,
eyni zamanda dövlət-sahibkar münasibətlərinin daha
sivil və hüquqi müstəvidə qurulmasını şərtləndirən
amillərdən biridir. Bizim özəl
klinkanın rəhbərləri də bu barədə
düşünməlidirlər. Bu
aksiyaları bəziləri keçirir, amma hamısı
keçirsə daha yaxşı olar. Bütün
sadalananları etməklə, heç bir özəl klinika bir
şey itirməyəcək, əksinə, özünə tərəfdaş
toplayacaq.
- 2016-cı ildə ana və
uşaq ölümlərinin statsitik göstəriciləri bizə
nə verdi? Mümkünsə
bu nəticələri dünya ölkələri ilə
müqayisə edək. Problemin həllində
nə dərəcədə qazanmışıq və ya
itirmişik?
- İtirməmişik, əksinə,
qazanmışıq. Bizim bu il istər ana, istərsə
də uşaq ölümü göstəricisi Avropanın
orta statistik göstəriciləri səviyyəsindədir.
Hesab etsək ki, dünyada 200 dövlət var və bu qədər
ölkənin statistik göstəriciləri sırasında
biz 30 dövlətin arasındayıq, bu, çox böyük
bir uğurdur. Bəzən KİV nümayəndələri,
xüsusilə elektron KİV-lər və sosial şəbəkələrdə
kütləvi ajiotajlar yaradırlar. Mən
bunun tərəfdarıyam. Tərəfdarıyam
o mənada ki, cəmiyyət bu məsələlərə
biganə deyil. Eyni zamanda, bu münasibət
həmin sahəyə cavabdeh olan məmurları daha səfərbər
və məsuliyyətli edir. Digər bir tərəfdən
məsələyə elmi və praktik yanaşsaq, etiraf etməliyik
ki, belə hallar olur. Amma hər bir ana və
ya uşaq ölümütəkcə Səhiyyə Nazirliyi səviyyəsində
deyil, hökumət, Nazirlər Kabineti səviyyəsində
diqqət mərkəzindədir. Hər bir
ölüm faktı araşdırılır. Əgər orada hərhansı həkim səhvi, səhlənkarlığı
varsa mütləq onlar cəzalanırlar və məsuliyyətə
cəlb olunurlar. İstərdim Səhiyyə
Nazirliyi vaxtında əhalini məlumatlandırsın, vətəndaşlara
məlum olsun ki, problem var, amma araşdırılır, həlli
yolları axtarılır və tapılır. Səhiyyə Nazirliyi son illərdə həqiqətən
mətbuatla fəal işləyir. Mən
bunu alqışlayıram. Araşdıranda
görünür ki, ana və uşaq ölümləri təkcə
həkim səhvindən olmur. Bir də görürsən
ki, problemlərin 50 faizi vətəndaşların səhiyyə
maarifinin az olmasından irəli gəlir. Tutaq ki, ananın elə bir xəstəliyi var ki, ona
hamilə olmaq məsləhət görülmür. Vaxtında müalicə olunmur, yoxlanılmır və
hamiləliyin elə bir mərhələsində həkimə
gedir ki, artıq heç bir şey etmək mümkün deyil.
Belə hallar da ola bilir. 2016-cı
ilidə ölkəmizdə tibb sahəsində qazanılan
uğurlardan biri nikaha girən şəxslərin nikahdan
öncəki tibbi müayinəsi məsələsi oldu.
Proflaktik baxımdan çox mühüm
addmdır. Genetik, irsi qan xəstəlikləri, eləcə
də infeksion yolla keçən xəstəliklər var ki,
nikahdan öncə hər kəs bunun
daşıyıcısı olduğunu bilsə,proflaktik
addımlar atsa, müalicə aparılsa gələcəkdə
də ölüm riskləri azalar və sağlam uşaqlar
dünyaya gələr.
- Müsahibənin əvvəlində
vətəndaşların dərman preparatları ilə təchizatında
dövlətin gördüyü işlərdən
danışdınız. Maraqlıdır, regionlarda, xüsusilə
ucqar kəndlərdə bu problem necə həll olunur?
- O istiqamətdə
bizdə heç bir problem yoxdur. Apteki səhiyyə
müəssisəsi və yaxud dövlət açmır.
Apteki sahibkar açır. Bilirsiniz
ki, biril öncəyə qədər hər hansı bir aptekin
açılması üçün dövlət rüsumu 5
min 500 manat müəyyənləşdirilmişdi. Təbii ki, bu qiymət xüsusilə kənd yerində
kiçik sahibkara sərf etmirdi. Amma
artıq bir ildir ki, bu problem aradan qaldırılıb. Həmin
rüsum 1000 manata endirilib, yəni beş dəfədən
çox azaldılıb və hər bir rayonda, kənddə
yaşayan sahibkar aptek aça bilər. Amma
dövlət məsələyə hər hansı şəkildə
müdaxilə edə bilməz ki, mütləq hər
hansı bir sahibkar filan kənddə aptek
açmalıdır. Bu, bazar münasibətlərinə
ziddir. Amma vətəndaşın səhiyyə
xidmətlərinə, o cümlədən dərmanlara əlçatanlığını
təmin etmək üçün başqa bir yol var. Tutaq ki,
rayon mərkəzində iri bir aptek var. O aptekə səyyar fəaliyyət
göstərmə lisenziyası verilib. Məsələn,
həftədə bir dəfə kəndləri
maşınlarla gəzib, çox tələb olunan dərman
vasitələrini sata bilərlər. Amma kənd
yerində kimsə getsin aptek açsın və buna dövlət
hər hansı bir kömək göstərsin, bu, artıq
bazar münasibətlərinə ziddir.
- Musa müəllim, son olaraq bilmək
istərdik ki, 2017-ci ildə ölkə səhiyyəmizin
inkişafı baxımından gözləntiləriniz nələrdir
və Milli Məclisdə bununla bağlı hər hansı
qanun layihələri müzakirəyə
çıxarılıbmı?
- Bəli. 2017-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait artırılıb. Bu, o deməkdir ki, ən azı 2016-cı ildəki kimi dərman vasitələri, tibbi xidmətlər ala biləcəyik. Ən böyük gözləntimiz icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bilirsiniz ki, 2016-cı ildə İcbari Tibbi Sığorta Agentliyi çox ciddi fəaliyyət göstərdi. Müəyyənləşib ki, 2017-ci il 1 yanvardan Yevlax və Mingəçevir şəhərlərində artıq icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Cənab Prezidentin Fərmanı ilə həmin rayonların səhiyyə xidmətlərinin icbari tibbi sığortası olacaq. Əhalinin, xüsusilə uşaqların kütləvi dispanserizasiyası, analığın mühafizəsi, ankoloji və qan xəstəliklərinin, şəkərli diabet və s. kimi xəstəliklərin müalicəsi üçün dövlət büdcəsindən əhaliyə yardımlar olunacaq. Xəstəxanalar yeni texnoloji avadnlıqlarla təchiz ediləcək. Bütövlükdə, 2017-ci ildə Azərbaycanın səhiyyə sistemində böyük uğurların şahidi olacağıq.
Şəmsiyyə
Əliqızı,
Şəfiqə Dadaşova
İki sahil.- 2016.- 30 dekabr.- S.13.