Xalqın məhəbbətini qazanmaq
hər kəsə nəsib olmur
Müsahibimiz Xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur
- Kamil müəllim, ilk sualımız
bəlkə bir qədər qeyri-adi görünəcək. Amma
bizim üçün
dəyərli sənətkarlarımızın
səhhəti, əhvalı
önəmlidir. Necəsiniz? Bu isti yay günlərində
özünüzü necə
hiss edirsiniz?
- Dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Şükür Allaha, yaxşıyam.
Dəvət olunan yerə
getmək lazımdır.
İsti də olsa xalqın
artisti kimi çağırılan yerə
getmək mənim borcumdur. Bu mənə
böyük zövq verir.
- Qarmon bizim qədim musiqi alətlərimizdəndir. Düşünürük
ki, bu sənətin
tarixi haqqında bizə ən dəqiq məlumatı siz verərsiniz..
-Bu alətə qarmon da demək olar,
mix də. Yəni burada akkardion, bayan, qarmon və
s. alətlər də
var. Bizim birinci qarmon ifaçımız Əhəd olub. Ona Kor Əhəd deyərdilər. Camaatı
qarmonla o tanış
edib. Amma qarmonu xalq içində tanıdan, məşhur edən Seyid Əli olub. Qarmon həqiqətən də bizim qədim musiqi alətlərimizdəndir.
Heç
bir yerdə bu alətdə azərbaycanlılar kimi ifa edə bilmirlər.
Sırf qarmon sənətinin isə 400 ildən çox tarixi var.
- Xalq artistisiniz. Fikrimcə bu, dövlətimiz və xalqımız tərəfindən sizə
verilən ən yüksək qiymətdir. Bu sevgini, dəyəri
qazanmaq hansı çətinliklər bahasına
başa gəldi?
-Əslində, mən
musiqiçi ailəsində
anadan olmuşam. Atam məni tar öyrənmək
üçün müəllim
yanına göndərdi.
Asəf Zeynallı adına musiqi
məktəbinə qəbul
olundum. Maraqlısı o idi ki, mən tar çala-çala
qarmonda da ifa etməyə başladım. Qardaşlarım da qarmon və
tarda çalırdılar.
Hamımız musiqiçi olmuşuq.
Bilin ki, xalqın məhəbbətini qazanmaq
hər kəsə nəsib olmur. Mənim ən yaxşı müəllimlərimdən biri
Rəşid Behbudov olub. O, mənə musiqi, mədəniyyət
sahəsində zəhmət
çəkməyin, işləməyin
yollarını göstərirdi.
Xalqın məhəbbətini qazanmaq üçün böyük iradə lazımdır. Xalqın şən
günündə də,
ağır günündə
də gərək mütləq iştirak edəsən. Şad günlərdə
sevinclə çıxış
etmişəm, ağır
günlərdə də
çalışmışam ki, xalqın qəminə şərik olum. Xalqın məhəbbətini zəhmətlə qazanmışam.
Xaricdə milli musiqimizi,
mədəniyyətimizi xalqın
adından təbliğ
etmək çox böyük və çətin bir işdir.
- Bilirik ki, siz çox
sayda ifaçılara
dəstək olmusunuz,
gənclərin səhnəyə
çıxmasında, məşhurlaşmasında
xüsusilə əməyiniz
böyükdür...
-Bəli. Bilirsiniz, mən həmişə
seçdiyim sənətə
sadiq olmuşam. Bir işi gərək axıra qədər görəsən. Zəhmətim hər zaman dövlətimiz tərəfindən
qiymətləndirilib.Yadıma gəlir, rəhmətlik Elçin Cəlilovla işləyirdim. Ulu öndərimiz Heydər Əliyev mənə dedi ki, mən
onda Rəşid Behbudov səviyyəsinə
qalxa biləcək potensial görürəm.
Amma Elçin cavan rəhmətə getdi.
Çox
ifaçılarla işləmişəm.
Bilal Əliyev, Gülyanaq və Gülyaz Məmmədovalar,
Teymur Əmrah, Vaqif Şıxəliyev, Dağıstanın
Xalq artisti Əbülfət Oğuz və s. Bu mənim üçün qürurdur,
fəxrdir.
- Sizin üçün ifaçını müşayiət
etmək çətindir,
yoxsa solo ifa?
- Bilirsiniz, solo ifa çətindir. Sanki özün-özünlə rəqabətə
girirsən. Amma kimisə
müşayiət etmək
daha çətindir.
Sən qarşında olan solisti qaldırmalısan.
Bu, böyük məsuliyyətdir. İmkan verməməlisən
ki, solist səndən aşağı
düşsün, ona kömək etməlisən.
Solo ifada səhvin
də, düzün də sənindir. Amma müşayiət edərkən
tək özünü
yox, həm də solisti fikirləşməlisən. Rəşid Behbudov hər zaman deyərdi ki, məni yüksəklərə
qaldıran mənim ansamblımdır.
- Bəs qadın həmkarlarınıza
münasibətiniz necədir?
Ümumiyyətlə, qadının bu
sənətdə olmağına
necə baxırsınız?
-Çox gözəl. İndi elə bir zəmanə
gəlib ki, qadınlar hər bir işdə kişilərlə çiyin-çiyinə
dayanırlar. Qədimdə kişi və
qadın toyları ayrı olardı. Qadın məclisinin də özünəməxsus xanəndələri,
tar, kaman, qarmon ifa edənləri olurdu. Qadınların qarmon ifalarından
çox razıyam.
Çünki bəzi
kişi sənətçiləri getdikcə
keyfiyyəti itirirlər.
Onlar çox gözəl ifa edirlər, amma millilikdən kənara çıxırlar.
Fikir verirəm ki, qadın sənətçilərimiz
o koloriti daha yaxşı qoruyub saxlayırlar.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova
İki sahil.- 2016.- 14 iyul.- S.21.