...Bəsləsən
atlas olar tut yarpağından
Ölkəmizdə qədim və zəngin
ənənələri
olan ipəkçilik öz
şöhrətini bərpa edir
İpəkçilik lap qədim dövrlərdən Azərbaycanda
mühüm təsərrüfat sahələrindən biri
olmuşdur. Təxminən 1500 illik
yaşı olan maddi mədəniyyət nümunələri
sübut edir ki, bu qədim təsərrüfat sahəsi ulu
babalarımızın əsas məşğuliyyətlərindən
biri olmuşdur. İlkin orta əsrlər
tarixçi və səyyahlarının
əsərlərində dünyanın müxtəlif ölkələrinə tuluqlarla daşınan Azərbaycan neftindən bəhs
olunduğu kimi, məşhur ipəyimiz barədə də
geniş məlumatlar verilirdi.
Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə respublikamızda aqrar sahədə əldə
edilən böyük nailiyyətlərdən ipəkçilik
sahəsinə də böyük pay düşürdü. Məhz
o illərdə ölkəmizdə, eləcə də ipəkçiliyin
qədim mərkəzlərindən olan Şəkidə bu sahənin
inkişafına xüsusilə diqqət
artırılmışdı. Qeyd etdiyimiz dövrdə
respublikamızda ildə 5-6 min ton yaş barama və ondan
350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif
çeşidli ipək parça toxunurdu. İpək qurdunun bəslənməsi
və barama istehsalı ilə 150 mindən artıq kəndli
ailəsi məşğul olurdu. O illərdə ölkəmizin
ipək sənayesində 14 min nəfərdən çox, o
cümlədən Şəki İpək Kombinatında 7 min nəfərə
yaxın daimi işçi çalışırdı. Azərbaycan
barama istehsalına görə keçmiş sovetlər
birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin
keyfiyyətinə görə isə birinci yeri tuturdu. Şəki
İpək Kombinatı SSRİ-nin 75 müəssisəsinə
ipək parça, 84 müəssisəsinə isə ipək
sap göndərirdi. Şəki ipəyindən hazırlanan
parçalar Yaponiya, İsveçrə, İtaliya və digər
xarici ölkələrə ixrac olunurdu. Balakən, Göyçay, Zaqatala, Qəbələ
və Bərdə rayonları baramaçılıq sahəsində
böyük uğurlar əldə edirdilər.
Ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra 90-cı illərdən tənəzzül
edən bu sahəyə xüsusi diqqət göstərmiş,
2001-ci ildə imzaladığı müvafiq sərəncamla
Şəki İpək
Kombinatının fəaliyyətinin bərpasına
kömək məqsədilə dövlət büdcəsindən
xeyli miqdarda vəsait ayrılmış, vaxtilə şöhrəti
keçmiş Sovet İttifaqının hər tərəfinə
yayılmış bu müəssisənin işi yenidən bərpa
olunmuşdur. 2008-ci ildə müəssisənin baramaaçan
istehsalatında yenidənqurma işləri
aparılmış, sexdə Çin Xalq Respublikasında
istehsal olunmuş 4 ədəd baramaaçan, 4 ədəd
barama sarıyan, barama buğa verən yeni dəzgahlar, vakuum
aparatı quraşdırılmışdır.
Məlumdur
ki, ipəkçiliyin inkişafında yem mənbəyi kimi
isitfadə olunan tut ağacı mühüm rol oynayır.
Çünki barama qurdu tut ağacının yarpağı ilə
qidalanır. Ona görə də tutçuluğun inkişaf
etdirilməsi, yeni tut bağlarının salınması
baramaçılıqda yeni nailiyyətlər əldə etmək
üçün əsas şərtlərdən biridir.
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarımilinin
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan
iclasındakı nitqində ölkə
başçısı
respublikamızda ipəkçiliyin dirçəldilməsinin
prioritet olduğunu bildirərək onun əsas yem bazası
olan tut bağlarının dirçəldilməsini də
vurğulamışdır: “Biz artıq bir kiloqram baramaya verilən
məbləği də, demək olar ki, üç dəfə
artırmışıq. Əgər əvvəllər bir
kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi
prosesi sürətlə aparılmalıdır. Mən
maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda
354 min tut ağacı var. Amma bizim planlarımıza görə
payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir.
Bu, nəticə etibarilə, barama istehsalını keçən
ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə
insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat
pul alacaqlar. Dövlət, bax, bu işləri görür və
görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara
da müraciət edirəm ki, siz də bu işlərə
qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar
üçün çox yaxşı qazanc mənbəyi
olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə
daha geniş şəkildə çıxacağıq. Bu, həm
Azərbaycanın tanıdılması, həm ipək
kombinatının tam gücü ilə işləməsi, məşğulluğun
artırılması üçün lazımdır. Eyni
zamanda, insanlar pul qazanacaq, dövlət valyuta qazanacaq. Xarici
valyuta Azərbaycana gələcək”.
Göründüyü
kimi, postneft dövründə ölkəmizdə qədim zəngin ənənələri
olan ipəkçiliyin inkişaf etdirilməsi
üçün bundan sonra da bu sahəyə dövlət dəstəyi
artırılacaq, bunun sayəsində də respublikamıza
valyuta axını güclənəcək, yeni iş yerləri
açılacaq, əhalinin məşğulluq səviyyəsi
yüksələcəkdir.
Zahid Rza
İki sahil.- 2016.- 19
iyul.- S.10.