Azərbaycan jurnalistikasında

cəsurluq nümunəsi

 

Bəlkə də yeni nəsil jurnalistlərin bir çoxu bilmir ki, indiki “Azərbaycan” nəşriyyatının yerləşdiyi Mətbuat prospekti sovet dönəmində uzun müddət 26 Bakı komissarlarının rəhbəri Stepan Şaumyanın əlaltısı və yaxın silahdaşı hesab olunan erməni inqilabçı Avakyanın adını daşıyıb və elə həmin dövrdə, yəni ötən əsrin 80-ci illərində Azərbaycan jurnalistlərinin qurultayında o vaxt Azərbaycan və rus dillərində nəşr olunan  “Bakı” və “Bakuaxşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev Avakyan adının Mətbuat prospekti adı ilə əvəzlənməsi barədə cəsarətli təklif irəli sürüb. Həmin dövrdə belə təşəbbüslə çıxış etmək karyerasını və nüfuzunu təhlükəyə atmaq demək idiheç şübhəsiz ki, təşəbbüskarın nə qədər  cəsarətli olduğundan xəbər verirdi. İndiki “Bakı”-“Baku” elektron qəzetinin baş redaktoru Rauf Ağayev bir zaman diplom rəhbəri olmuş Nəsir İmanquliyevin həmin tarixi çıxışını belə xatırlayır:

- Universitetin jurnalistika fakültəsini bitirib “Bakı” və “Baku” qəzetləri  ailəsinə yenicə üzv olmuşdum. Həmin ərəfədə  Azərbaycan Jurnalistlər İttifaqının növbəti qurultayı keçirilirdi. Müəllimimiz və baş redaktorumuz Nəsir İmanquliyev həmin qurultayda çıxış etdi. Biz heyranlıq və əndişə içində onun çıxışını dinlədik. Doğrusu, onun cəsarətinə heyran qalsaq da, heç kimin sovet dönəmində deməyə cürət etmədiyi fikirləri səsləndirdiyi üçün çox narahat idik. Amma indi fikirləşirəm ki, SSRİ Jurnalistlər İttifaqının tabeçiliyində olan respublika Jurnalistlər İttifaqı kimi bir hakimiyyət  orqanının tribunasından 80-ci illərin əvvəlində belə bir fikir səsləndirməyə ancaq Nəsir müəllim kimi şəxsiyyətin cürəti çatardı.

Nəsir İmanquliyevin həmin qurultaydakı çıxışından:

- Əziz yoldaşlar, diqqətinizi çox mühüm olan bir məsələyə yönəltmək istəyirəm. Hamıya məlumdur ki, respublikanın bütün mərkəzi qəzet və jurnalları “Azərbaycan” nəşriyyatının binasında, Avakyan küçəsində yerləşir. Ona görə də hər bir qəzet və jurnal öz səhifələrində ünvan olaraqAvakyan küçəsi, 529-cu məhəllə” göstərmək məcburiyyətindədir.       Bütün mətbu orqanlarımızın xarici ölkələrin rəsmi dairələri, qəzet və jurnalları, ayrı-ayrı ölkələrin vətəndaşları arasında abunəçiləri vardır. Yəqin ki, onlar da düşünürlər ki, Azərbaycanda bir azərbaycanlı mütəfəkkir yoxdur ki, Bakının ən böyük küçəsinə, həm də “Azərbaycan” nəşriyyatı kimi mətbuat evinin yerləşdiyi küçəyə erməninin adı verilmişdir? Ona görə də mütləq həmin küçənin adı dəyişdirilib, Mətbuat küçəsi qoyulmalıdır!

Salondakılar Nəsir müəllimin cəsarətlı çıxışını  sürəkli alqışlarla qarşıladılar. Amma onun bu təşəbbüsü Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra həyata keçdi. Diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, “İki sahil” qəzetinin redaksiyası Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adını daşıyan prospektdə yerləşır, qəzet isə Mətbuat prospektindəki “Azərbaycan” nəşriyyatında çap olunur.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli deyir ki, mən o zaman jurnalistika fakültəsində dekan müavini işləyirdim. Nəsir İmanquliyevın həmin qurultaydakı çıxışı bütövlükdə respublikada, xüsusən də  yuxarı dairələrdə böyük səs-küyə səbəb olmuşdu. Təbii ki, bu cəsarətli çıxışdan sonra fakültədə bir nigarançılıq da hökm sürürdü... Xoşbəxtlikdən hər şey ötüşdü. Buna isə Nəsir müəllim öz nüfuzu və hörməti sayəsində nail olmuşdu.

- Bəs Nəsir müəllimlə birgə işlədiyiniz vaxtları necə xatırlayırsınız?

- O, bir qayda olaraq, jurnalistika fakültəsinin I kursunun I semestrindəJurnalistikaya girişfənnini tədris edirdi. Dərsləri həmişə birinci saat olardı. Yəni jurnalistika aləminə yenicə qədəm qoyan gənclər birinci onun üzünü görərdilər Nəsir müəllim onlar üçün jurnalistikanın simvoluna çevrilərdi. Təsəvvür edin ki, o, əvvəllər üç (“Bakı”, “Baku” Vətənin səsi”), sonralar isə iki (“Bakı “Baku”) qəzetə rəhbərlik edirdi. Yeri gəlmişkən, 1960-cı ildə nəşrə başlamışVətənin səsiqəzeti barədə az adamın məlumatı vardı. O, Xarici Ölkələrlə Dostluq Əməkdaşlıq Cəmiyyətinin orqanı idi, xaricdə yaşayan soydaşlarımız üçün məxfi qaydada çap olunur, müxtəlif yollarla sərhədin o tayına göndərilirdi. SonralarOdlar yurduadlandırılmışdı. Bundan əlavə, Nəsir müəllim bir neçə məsuliyyətli ictimai vəzifə daşıyırdı (Bakı Şəhər Partiya Komitəsi Bürosunun üzvü s.). Günün 18-20 saatını başında olurdu, amma tələbələr bunu heç vaxt hiss etməzdilər. vaxtsa dərsə gəlməsin, vaxtsa dərsə geciksin, vaxtsa işinin çoxluğundan gileylənsin, belə şey ola bilməzdi.

- Üstəlik Nəsir müəllimin baş redaktor olduğuBakı “Baku” qəzetləri fakültə tələbələrinin müəyyən mənada təcrübə bazasına çevrilmişdi.

- Doğrudur, indi yaradıcılıq aləmində yetkin qələm sahibləri kimi tanıdığımız şəxslərin çoxunun ilk yazısı məhz bu qəzetlərdə dərc olunub. Nəsir müəllim dərs deyə-deyə qabiliyyətli tələbələri gözaltı edir, istehsalat təcrübəsi zamanı onları sınaqdan keçirir, vaxtı çatanda onları öz yanına işə götürürdü. Famil Mehdi, Şamil Qurbanov, Nüsrət Kəsəmənli, Aqil Dadaşov kimi neçə-neçə məşhur şair, alim, jurnalist Nəsir İmanquliyevin, onun rəhbərlik etdiyiBakıqəzetininşinel”indən çıxmışdı. Sözün əsl mənasında Nəsir müəllimin adı ilə (“Nəsirərəbcədən tərcümədəkömək edəndeməkdir) xeyirxah əməlləri arasında qəribə bir uyğunluq vardı. O, tələbələrinə tabeliyində olan əməkdaşlara təkcə müəllimlik, redaktorluq yox, həm atalıq, ağsaqqallıq, hamilik edirdi. Onların mənzillə təmin edilməsinə yardımçı olmaqdan, onlar üçün elçi getməkdən, toylarında qol qaldırıb oynamaqdan xoşu gəlir, öz xeyirxahlığından zövq alırdı. Nəsir müəllimi ömrünün sonuna qədər cavan, şux saxlayan da elə bu idi. Mülayim, qayğıkeş, xeyirxah olduğu qədər tələbkar idi. Həm özünə, həm başqalarına qarşı. Ətrafındakıları öz şəxsi nümunəsi ilə tərbiyə edirdi.

- Bəs belə olan halda sovet dönəmində bir ara onun baş redaktor olduğuBakı”-”Baku” qəzetlərinin bağlanması təşəbbüsü hardan qaynaqlanırdı?

- Nəsir müəllim adi fəhlə-kəndli müxbirliyindən iki ən populyar qəzetin redaktorluğuna qədər ucalmışdı. Daha doğrusu, həmin qəzetlər onun peşəkarlığı, kadr seçimindəki ustalığı sayəsində belə populyar olmuşdu. Bakı “Baku” axşam qəzetləri idi, satışa günortadan xeyli sonra gəlirdi. Bu qəzetlər hələ mətbəədə çap olunarkən adamlar günün ən son məlumatlarını almaq üçün köşklərin qarşısında 50-100 metrlik növbəyə dayanardılar. Xüsusən Azərbaycan dilində olanBakıqəzetinin belə populyarlığı Bakıda Moskvada çoxlarının ürəyincə deyildi. Belələri müxtəlif vasitələrlə onun bağlanmasına çalışırdılar. Moskvaya iftira dolu məktublar, teleqramlar gedirdi. Çox sonralar məlum olacaq ki, onların arasında ermənilər az deyildi.  Vəziyyəti çətinləşdirən əsas amillərdən biri 1954-cü ildən Azərbaycana rəhbərlik etmiş, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsinə nail olmuş akademik İmam Mustafayevin bir qədər əvvəl - 1959-cu il iyunun 12-də “bacarıqsızlıqbəhanəsi ilə vəzifəsindən azad edilməsi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvlüyündən çıxarılması idi. Belə bir şəraitdə Sov.İKP MK 1959-cu il iyulun 31-də “Qəzet jurnalların zərərlə işləməsinin ləğvi haqqındaqərar qəbul etmişdi. Orada deyilirdi ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi 1958-ci ildə Bakı şəhərində zərərlə işləyəcəyi bəlli olan axşam qəzetinin nəşrinə icazə vermişdi. Bu qəzetin buraxılmasına heç bir zərurət yox idi, ona tələb çox azdır: “Bakıaxşam qəzeti 20 min nüsxə tirajla çıxır, 1959-cu ildə onun nəşrinə 104 min manat dotasiya ayırmaq planlaşdırılıb. Qərarın 1-ci maddəsində Azərbaycan KP MK-dan tələb olunurdu ki, kütləvi oxucusu olmayan, dövlətə böyük zərər gətirən şəhər axşam qəzetinin nəşrinin dayandırılması məsələsinə baxsın. O zamanlar Sov.İKP MK-nın qərarında yer almış hər hansı bir tələbə əməl etməmək könüllü olaraq ölümə getməyə bərabər idi. Buna baxmayaraq Nəsir müəllim bu son dərəcə müşkül işin öhdəsindən gəlməyi bacarmışdı. Yalnız onun şəxsi çalışmaları, çox cəsarətli riski, gördüyü müdrik tədbirlər nəticəsində qəzeti qoruyub saxlamaq ən oxunaqlı mətbuat orqanlarından birinə çevirmək mümkün olmuşdu.

- Səhv etmirəmsə, Nəsir müəllimin qayğıkeşliyini siz öz taleyinizdə hiss etmisiniz.

-Təbii ki, Nəsir müəllimin verdiyi məsləhətlər hər zaman onunla yaxın ünsiyyətdə olanların dadına çatıb. Lakin o zaman heç ağlıma gəlməzdi ki, illər keçəndən sonra İmanquliyevlər ailəsinin bir qayğıkeşliyinin şahidı olacağam. Belə ki, üstündən illər keçəndən sonra doktorluq elmi dərəcəsini müdafiə edəndə  nəvəsi Nərgiz  xanım Paşayeva mənim elmi rəhbərim olub.  Deməli, Nəsir müəllimin başladığı xeyirxahlıq estafeti layiqli əllərdədir.

 

Akif Əhmədgil

 

İki sahil.- 2016.- 21 iyul.- S.12.