Bizim Elmira xanım

 

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elmira Bağır qızı Vəliyevanın 80 yaşı tamam olur

 

Elmira xanımın adı Azərbaycan neftçilərinə elmi ictimaiyyətimizin nümayəndələrinə yaxşı tanışdır. O, uzun şərəfli bir həyat yolu keçmiş, yorulmaz tədqiqatçı-alim kimi neft sənayesinin inkişafı işinə diqqətəlayiq töhfələr vermişdir.

E.Vəliyeva 1936-cı ildə çoxuşaqlı neftçi ailəsində dünyaya göz açmışdır. O vaxt belə bir fikir hələ tez-tez səslənirdi ki, “Neft işi ağır işdir, kişi işidir bəlkə elə buna görə neftçi peşələrinə yiyələnmiş ixtisaslı qızların, qadınların sayı çox deyildi. Neftçi ataların işini əsasən oğullar davam etdirirdilər. Lakin Böyük Vətən müharibəsi illərində vəziyyət müəyyən qədər dəyişdi. Neft mədənləri qadınlar üçün geniş əmək meydanına çevrildi. Müharibədən sonra isə oğlanlarla birlikdə qızların da neft mədənlərinə axını başlandı. Orta məktəbi 1954-cü ildə bitirmiş E.Vəliyeva da həyatını neft sənayesinə başlamağı qərara almış bu məqsədlə qəbul imtahanlarını verib, M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

O, institutun əlaçı tələbələrindən biri olmuş, eyni zamanda respublikanın idman aləmində ulduztək parlamışdır. İdman gimnastikası üzrə respublika birinciliyində qalib gəlmiş, “Neftçiidman klubunun yeniyetmələrdən ibarət voleybol komandasının kapitanı kimi böyük şöhrət qazanmışdır. Tələbə idmançıların Ümumittifaq birinciliyində Azərbaycan Neft Kimya İnstitutu komandasının qələbəsini məhz kapitanın güclü dəqiq zərbələri təmin etmişdir.

İnstitutu 1959-cu ildə bitirib, “dağ mühəndisi-geoloqixtisasına yiyələnmiş Elmira xanım əmək fəaliyyətinəOrconikidzeneftneft mədənləri idarəsində (indikiSuraxanı OylƏməliyyat Şirkəti) operator kimi başlamış, sonra elmi-tədqiqat istehsalat işləri sexində neft-mədən laboratoriyasının texniki təyin edilmişdir. 1962-ci ildə “Qum adasıneft - mədən idarəsi yaradılanda orada əvvəlcə mühəndis, daha sonra elmi-tədqiqat istehsalat işləri sexinin geologiya işlənmə laboratoriyasının böyük geoloqu vəzifələrində çalışmış, “Qum-dənizneft-qaz yatağının işlənmə layihəsinin tərtib olunmasında neft-qazlılığının qiymətləndirilməsində fəal iştirak etmişdir. Düşünürəm ki, Elmira xanımda elmi araşdırmalara böyük həvəs elə o illərdə yaranmışdır.

1967-ci ildə E.VəliyevaXəzərdənizneftqazİstehsalat Birliyinin neft-qaz yataqlarının işlənmə texnologiyası şöbəsinin geoloqu vəzifəsinə təyin edilmiş, 1973-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının Dərin Neft Qaz Yataqlarının Problemləri İnstitutuna göndərilmişdir. Burada o, 1982-ci ilədək çalışmış, institutun neft qaz ehtiyatının hesablanması laboratoriyasının böyük elmi işçisi kimi Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Lökbatan-Puta-Quşxana, Bibiheybət yataqlarının bir sıra digər yataqların neft-qaz ehtiyatlarının hesablanmasının bir sıra elmi-tematik işlərin məsul icraçısı olmuş, neft-mədən geologiyası yataqların işlənməsi sahəsində kompleks məsələlərin həllində, neft-qaz yataqlarının ehtiyatlarının hesablanması yenidən qiymətləndirilməsi üçün hesablama parametrlərinin əsaslandırılması prinsiplərinin inkişaf etdirilməsi metodikasının hazırlanmasında bilavasitə iştirak etmişdir.

E.Vəliyeva 1974-cü ildəBakı arxipelaqı neft-qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatlarımövzusunda dissertasiya müdafiə etmiş o, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1981-ci ildə isə onaböyük elmi işçidərəcəsi verilmişdir.

1982-1985-ci illərdə E.Vəliyeva Sovet ittifaqı ilə Vyetnam Sosialist Respublikası arasında neft sahəsində əməkdaşlıq çərçivəsində yaradılmışVyetsov-petro” birgə müəssisəsində tematik partiyanın böyük geoloqu vəzifəsində çalışmışdır. O, Cənubi-Çin dənizindəki pələngneft-qaz yatağı ehtiyatının hesablanması Cənubi-Çin dənizinin Vyetnam hissəsinin neft-qazlılığının perspektivliyi üzrə hesabatın hazırlanmasına müvəffəqiyyətlə rəhbərlik etmiş, eyni zamanda, vyetnamlı mütəxəssislərə neft-mədən geologiyasına ehtiyatların hesablanması metodikasına dair mühazirələr oxumuş, onlara açıq dərslər keçmişdir.

Elmira xanım Vyetnamda çalışdığı illəri, xüsusilə 1983-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin həmin ölkəyə səfərini, “ pələngyatağında Azərbaycan Vyetnam neftçiləri ilə onun görüşünü bu gün həyəcanla xatırlayır. O vaxt Ümummilli Liderimizi böyük məhəbbətlə qarşılayanlar arasında olmuş E.Vəliyeva azərbaycanlı mütəxəssislər adından ona ətirli gül dəstəsi təqdim etmişdir.

1993-cü ildə E.VəliyevaNeft-qaz yataqlarının təbii ehtiyatlarının kompleks qiymətləndirilməsinin geoloji əsaslarımövzusunda dissertasiya müdafiə etmiş ona geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Bu hadisədən təxminən iki il əvvəl isə o, Dənizdə Neft Qazçıxarma İB-nin neft qaz yataqlarının işlənməsi şöbəsinin aparıcı mühəndisi təyin olunmuşdur. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində baş mütəxəssis, neft qaz yataqlarının işlənməsi ehtiyatların uçotu şöbəsi rəisinin müavini, 1995-ci ildən isə şöbə rəisi vəzifələrində çalışmışdır.

2003-cü ildə Elmira xanım SOCAR-ın Baş ofisində neft qaz yataqlarının işlənməsi şöbəsinin rəisi təyin olunmuşdur. 2009-cu ilədək həmin şöbəyə rəhbərlik etmiş E.Vəliyeva neft qaz yataqlarının işlənməsi sahəsində dərin bilikli nüfuzlu mütəxəssis kimi SOCAR-ın xarici tərəfdaşlarının - Qərb ölkələrinin məşhur neft şirkətləri mütəxəssislərinin böyük hörmətini qazanmışdır. Bu fədakar neftçi-alimin çoxillik səmərəli fəaliyyətiTərəqqimedalı, SOCAR-ın Fəxri Fərmanı ilə qeyd olunmuş, 2009-cu ildə isə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Elmira Vəliyeva SOCAR-ın neft qaz ehtiyatları üzrə Mərkəzi Komissiyasının, Avropa Geoloqları Assosiasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının, Azərbaycan Milli Elmlər Akademiyası neft qaz yataqlarının işlənməsi neft-qaz problemləri üzrə Elmi Şurasının, Amerika Neftçi-Geoloqları Assosiasiyası Azərbaycan bölməsinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. O, bir çox beynəlxalq simpoziumlarda Azərbaycanın neft elmini ləyaqətlə təmsil etmişdir.

E.Vəliyeva neft-mədən geologiyasına, neft qaz yataqlarının işlənməsinə ehtiyatlarının hesablanmasına dair 3 monoqrafiyanın 100-dən çox elmi məqalənin müəllifidir. O, dəyərli elmi əsərlərindən birini - “Neft qaz yataqları ehtiyatlarının kompleks qiymətləndirilməsinin geoloji əsaslarıadlı monoqrafiyasını mərhum həyat yoldaşının - Azərbaycanın tanınmış geoloqu Əməkdar mühəndisi, mənim isə unudulmaz tələbə dostum Müslüm Vəliyevin xatirəsinə həsr etmişdir. Elmira xanım özünün yüksək insani keyfiyyətləri, ziyalılığı xanımlığı ilə onu tanıyanların nəzərində bu gün uca yerdədir.

Elmira Vəliyeva hazırda AMEA-nın Geologiya Geofizika İnstitutunun neft - qaz -mədən geologiya geofizikası şöbəsinin müdiri vəzifəsində çalışır. Qarşıda hələ görüləcək çox işlər-yeni-yeni araşdırmalar, yazılacaq elmi əsərlər var.

80 illik yubileyi münasibətilə peşə dostları adından Elmira xanımı səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər arzulayıram.

 

Xoşbəxt Yusifzadə,

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər

Akademiyasının həqiqi üzvü

 

İki sahil.- 2016.- 28 iyul.- S.5.