“Formula-1” avto idman yarışlarının
kralı hesab olunur
“Formula-1” bütün avto yarışlar arasında tamaşaçı
kütləsinə görə
liderdir. Bəs dünyanın
ən varlı çempionlarını üzə
çıxaran bu yarışın məşhurluğunun
sirri nədədir?
Tarixə nəzər salaq.
“Formula-1”-in tarixi
Qeyd etmək
lazımdır ki,
“Formula-1” yarışlarının yaranmasına qədər də Avropada avtomobil yarışları
mövcud idi. İkinci Dünya
müharibəsinə qədər
və ondan sonra orada müxtəlif
“Qran-pri” yarışları
və hətta dünya çempionatı
keçirilirdi. “Formula-1”
yarışları 1950-ci illərdə
yarandı. Məhz “Formula-1” tipli xüsusi yarışın keçirilməsi
qərarı 1949-cu ildə
Beynəlxalq Avtomobil Federasiyasının konqresində
İtaliya milli avto klubunun təklifinə
əsasən qəbul
olundu. Yarışın dünya çempionatı
adı alması üçün Avropanın
“Qran-pri” və
ABŞ-ın “İndi-500” oyunları
da bura daxil
edildi.
“Formula-1” avtomobil yarışının
əvvəlki yarışlardan
fərqli cəhəti
açıq təkər
tipli avtomobillərin dövrəvi yarışı
olmasındadır.
1950-ci ildə keçirilmiş
ilk “Formula-1” yarışının çempionu İtaliyanın
“Alfa Romeo” komandasından olan
Nino Farina olmuşdu. Daha sonra isə dörd müxtəlif komandada-”Mercedes”, “Alfa Romeo”, “Maserati”
və “Ferrari” komandalarında
iştirak etməklə
Xuan Manuel Fanxio düz beş dəfə dünya çempionu adına layiq görülmüşdü.
“Formula-1” həvəskarları onu daim özlərinə
kumir seçirlər və indiyə qədər ən yaxşı pilot hesab edirlər.
İlk “Formula-1” yarışı
Böyük Britaniyada,
Silverstoun küçələrində
keçirilmişdi. Kral VI Georq, kraliça Yelizaveta, şahzadə Marqaret də yarışı seyr edən 120 min insanın arasında idilər.
“Formula-1”-in idman və
texniki reqlamentlərini
Beynəlxalq Avtomobil Federasiyası təyin edir.
Çempionatda həm sürücülər,
həm də komandalar yarışırlar. “Formula-1”-də yarış maşınlarını bolidlər,
sürücüləri isə
pilotlar adlandırırlar.
“Formula-1”-in
bütün tarixi boyu yarışlarda cəmi beş
qadın sürücü
iştirak edib və onlardan yalnız biri xal qazana bilmişdi.
Lella
Lombardi 1975-ci ildə İspaniya
“Qran-pri”sində 6-cı yeri
tutmaqla xal qazanmış yeganə qadındır.
Yarışın keçirildiyi ilk illərdə
maşınlar baş
üçün dəbilqə,
eynək, əlcəklər
və heç bir təhlükəsizlik kəməri ilə təchiz edilmirdilər. Təhlükəli olması səbəbindən
yarışdan imtina edilməsi isə əsl qorxaqlıq hesab olunurdu. 1950-60-cı illərin yarışçılarının sanki qanlarında benzin axırdı və özlərini bu yarışa qurban verməyə hazır idilər. Məhz buna görə də onların pərəstişkarlarının sayı-hesabı olmurdu.
1960-cı illərdən bəri yarış maşınlarının üzərinə
sponsorların reklam kağızları yapışdırılmağa
başlanıldı və
yarış böyük
gəlir mənbəyinə
çevrildi.
Yarışla bağlı bəzi təhlükəsizlik tədbirlərinin
labüd olması qərarına 1970-ci illərdə
gəlindi. Elə həmin illərdə
yollarda dairəvi maneələr yaradıldı,
yanğınsöndürənlər və təcili tibbi yardım mütəxəssisləri yarışa
cəlb edildilər.
1990-cı illərdə isə yarış Mixayil Şumaxer kimi ulduzu yetişdirdi. M.Şumaxerin rekordunu hələlik təzələyən olmayıb. Belə ki, o düz yeddi dəfə çempion titulu qazanaraq tarixə düşüb.
Bu gün də “Formula-1” avto yarışlar içərisində öz populyarlığını qoruyub saxlamaqdadır. Yarışın televiziyadan birbaşa yayımını bütün dünyadan yüz milyonlarla insan seyr edir, tribunalar yarışı canlı izləməyə gələnlərlə dolu olur.
Nubar Süleymanova,
“İki
sahil” .-2016.-3 iyun.-S.16.