Tarix heç nəyi unutmur

 

1993-cü ilin iyun hadisələrindən bizi ayıran 23 illik zaman fasiləsi ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını daha dərindən dərk etmək üçün hakim rolundadır

 

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. İllər bir-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, düzgün dəyərləndirilir. Bu il müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyini qeyd edəcək Azərbaycanın bu gününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə düşünürük ki, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı bu həqiqəti etiraf etmiş olar ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə ölkəmizi böyük bəlalardan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, bugünkü uğurlarımızın bünövrəsini qoydu.

 

Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Bir-birindən mürəkkəb hadisələr burulğanında  çapalayan xalqın sabaha inamı itmişdi, vəziyyətdən çıxmaq üçün yollar axtarırdı.  Nüfuzuna,  siyasi hazırlığına görə xalq tərəfindən  qəbul olunmayan şəxslər ölkəyə rəhbərlik iddialarını önə çəkərək Azərbaycanın suverenliyini təhlükə altına salmışdılar. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət əməli, bir qığılcım idi.  Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Əslində o dövr Azərbaycanda  hakimiyyətsizlik illəri kimi xatırlanır. Sürət Hüseynov kimi  cinayətkarmilli qəhrəman  adına layiq görülmüş, elmi işçi baş nazir təyin edilmiş,  texniki-peşə məktəbində komsomol təşkilat katibi  cəbhəçilərin  bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olmuş, institut müəllimi xarici siyasət idarəsinə başçılıq etmiş, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi  Rəhim Qazıyev kimilərə  tapşırılmışdı. Bir sözlə,  yerləri səhv düşənlərin cılız iddiaları  Azərbaycanı parçalanmaq, məhv olmaq  təhlükəsi qarşısında qoymuşdu. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin biri qrupu ilə  görüşündə müstəqillik tariximizdə keçilən yolun geniş təhlilini verərəkMən bu tarixə nəyə görə qayıdıramsualı ətrafında fikrini belə açıqlamışdı: “Çünki birincisi, bu həqiqətdir. Dediyim sözlər xüsusilə verdiyim qiymətlər ən diplomatik yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.” Ölkə Prezidenti müstəqilliyimizin ilk illərinin problemlərindən bəhs edərkən hakimiyyətdə olanların təcrübəsizliyini, xəyanətini xüsusi qeyd etmişdir: “Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdü. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdü buna görə heç bir məsuliyyət daşımamışdı. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz- əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi. Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər onların dırnaqarası cəsarəti artıq aradan getmişdir.”

 

Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri  AXC-Müsavat hakimiyyətinin bir illik dövrünün aydın mənzərəsini yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, tarix heç nəyi silmir. Tarixi təhrif etmək, ictimai fikri yayındırmaq cəhdləri əbəsdir. Həmin dövrdə hakimiyyətdə olanların bu gün özlərini “xalqa yaxın” obrazda təqdim etmələri gülüncdür  ikrah doğurur.  Azərbaycanın 1993-cü ildən bu yana keçdiyi inkişaf yolu, yeni-yeni hədəflərə istiqamətlənməsi bu ünsürlərin bir illik hakimiyyətlərinin fəsadlarını daha qabarıq şəkildə nümayiş etdirir. Bunları ört-basdır etmək onların siyasi savadsızlıqlarından, cılızlıqlarından qaynaqlanır.  Sirr deyil ki, həmin dövrdə hakimiyyətdə yüksək mövqe tutan İsa Qəmbər, Əli Kərimli, Surət Hüseynov arasında yaranan qarşıdurmalar, daha yüksək pilləli kresloda mövqe tutmaq hərisliyi 4 iyun  Gəncə hadisələrini yetişdirdi.  İyunun 4-də  Gəncədə baş verən qiyam,  silahlı dəstələrlə dinc əhali arasında yaranan  qarşıdurma bütövlükdə  Azərbaycanın varlığını təhlükə altına aldı. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi, xilaskarını Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Bakıya gəlidi.  İyunun 13-də mövcud vəziyyəti öyrənmək üçün bir qrup jurnalistin müşayiəti ilə  Gəncəyə yola düşdü. Ölkədə  yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran  ulu öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbrli olmağa çağırdı: “Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşmasülh yolu ilə həll ediləcək.” Ümummilli lider Heydər Əliyev   təmkinlilik göstərərək qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi   biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Yenə də  Vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı. 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur.  Bildiyimiz kimi,  15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə  Naxçıvan Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyev parlamentin sədri seçildi.  Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilib. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət  nəticəsində Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünü yaşadı. Ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin nəticəsi, məntiqi ifadəsidir. Cənab  İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən söylədiyi   “Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır” fikri bugünkü reallıqlarımızda öz əksini tapıb.

 

Yeganə Əliyeva,

İki sahil.-2016.-3 iyun.-S.5.