Qurtuluşa
gedən yol
4 iyun Cəncə
hadisələri AXC-Müsavat iqtidarının xalqa xəyanəti
idi
Müstəqilliyə gedən yolların çətinliyindən
söz düşəndə ilk növbədə müxtəlif
illərdə dövlət çevrilişlərinə cəhdlərin
törədə biləcəyi təhlükələr
xatırlanır. Onların arasında 1993-cü ilin 4 iyun
hadisələri mürəkkəbliyi və çətinliyi
ilə fərqlənir. Bu tarix eyni zamanda
qurtuluşa gedən yolun başlanğıcı
adlandırılır.
Məhz o illərdə Azərbaycan parçalanma təhlükəsi
ilə qarşılaşmışdı, dövlətçiliyimizin
varlığı şübhə altında idi. Başqa
sözlə, Azərbaycanın gələcək taleyi
naşı adamlara tapşırılmışdı. O
dövrdə yaranan təhlükələrdən
danışan Prezident İlham Əliyev haqlı olaraq bildirir
ki, rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi
maraqları haqqında düşünürdülər:
“Ölkənin, xalqın maraqları onları heç
düşündürmürdü. Bunun nəticəsi
olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş
müharibəsi başlayanda xalq yenə də öz
xilaskarına - Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə
dəvət etdi.
Antimilli
qüvvələr öz çirkin niyyətlərindən əl
çəkmək istəmirdilər... Bu cəhdlərin
arxasında xarici qüvvələr dayanmışdır.
Bu da heç kəs üçün sirr deyil.
Ancaq yenə də Azərbaycan xalqı Heydər
Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son
qoydu və bu cəhdləri törətmək istəyən
ünsürlər öz layiqli cəzasını aldılar.”
... Bu
gün 4 iyun hadisələri ilə bağlı müxtəlif
fikirlər səslənsə də, Azərbaycanı
uçuruma aparan xaosun “müəllifləri” günahları
bir-birinin üzərinə atsa da, tarixi əks etdirən hadisələrin
mənzərəsi dəyişmir: xalqa vurulan siyasi, iqtisadi, ən
əsası isə mənəvi zərbə, vətəndaşların
sabaha ümidini qıran mənəmlik, səriştəsizlik
ölkəni vətəndaş müharibəsinə
aparırdı.
Nikolay
Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabında o
dövr - 4 iyun 1993-cü il Gəncə
qiyamı ilə bağlı mənzərə belə təsvir
edilir: “Bakı küçələrində avtomatla
silahlanmış kamuflyaj geyimli yekəpər saqqallılardan
ibarət dəstələr gəzirdi. Yuxarıda
- Elçibəyin komandasında hər dəstənin öz
himayədarı vardı. Onlar nüfuz dairələri
üstündə bir-biri ilə rəqabət
aparırdılar. Buna görə də tez-tez
toqquşmalar, atışmalar olurdu... 1993-cü ilin yazında
ölkənin parçalanmasına real təhlükə
yarandı... Bu isə Elçibəy və onun
komandasının yol verdiyi kobud səhvlərin nəticəsi
idi. Onlar milləti birləşdirməyi,
ayrı-ayrı siyasi qüvvələr arasındakı
qarşıdurmanı dayandırmağı, bəzi cinayətkar
qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin
qarşısını almağı bacarmamışdılar.
“
O illərdə
ölkənin qarışıq olan ictimai-siyasi hadisələrini
yada salaq.
... Surət Hüseynov kimi cinayətkarı “milli qəhrəman”
elan edən AXC-Müsavat cütlüyünün yarıtmaz
hakimiyyəti, “bəylərin” səriştəsizliyi, ölkədə
yaranan hakimiyyətsizlik özlüyündə Azərbaycanın
varlığına təhlükə yaratmışdı. Vətəndaşların
şəhərdə sərbəst dolanması belə riskli
idi. Başqa sözlə, dövlətçilik
anlamı yox dərəcəsində idi. Sıravi elmi
işçi baş nazir kimi ölkəni özünə sərf
edən tərzdə idarə edir, texniki-peşə məktəbinin
komsomol təşkilat katibi Əli Kərimli cəbhəçilərin
bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti
ilə məşğul olur, institut müəllimi, sonradan “vəzifəmi
dondururam” deyə biləcək qədər savadsız kadr
xarici siyasət idarəsinin rəhbəridir, müharibə
şəraitində yaşayan Azərbaycanın müdafiəsi
Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyən
nazirə, riyaziyyat müəlliminə
tapşırılır, sürücülərə general
rutbələri verilir, orta təhsili olanlara rayonlara rəhbərlik
səlahiyyətləri tapşırılır... Bir sözlə,
iddiaları başlarından böyük olan, hakimiyyəti
zorla ələ keçirən sıravi cəbhəçilər,
meydanlarda fit çalanlar, “xalq hərəkatının
öncülləri” kimi mükafatlandırılır,
törətdikləri cinayətlərə görə uzun
müddət həbsdə yatan cinayətkarlara hüquq
mühafizə orqanlarında yüksək vəzifələr
həvalə olunur...
Ermənilərin
torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf
edən, məsuliyyətli bir dövrdə baş verənləri
xalqa xəyanət adlandıran Heydər Əliyevə
ümumxalq məhəbbətindən, inamından qorxan,
ehtiyatlanan AXC-Müsavat iqtidarı
bacarıqsızlıqlarını etiraf etmək əvəzinə
Heydər Əliyevin ölkəyə
rəhbərliyini tələb edən milyonların istəyini
boğaraq insanlara təzyiq göstərməkdən, Ulu
Öndərin varlığını belə özləri
üçün real təhlükə hesab edərək ona
fiziki zərər vurmaq üçün Naxçıvana
silahlı dəstələr göndərməkdən belə
çəkinmirdilər.
Prezident
İlham Əliyev o illəri Azərbaycan tarixinin ağır
dövrü kimi xatırlayır: “Əfsuslar olsun ki, müstəqilliyimizin
ilk illəri çox ağır keçmişdir, Azərbaycan
böyük fəlakətlərlə üzləşmişdir.
Demək olar ki, gənc müstəqil dövlət
uçurum kənarında idi. Heydər
Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona inamı
bu ağır vəziyyətdən xalqımızı,
dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan
inkişaf yoluna qədəm qoymuşdur.”
Qarşıdurmaların
gücləndiyi belə məqamda “polkovnik” Surət
Hüseynovun komandanlıq etdiyi hərbi hissədə vəziyyət
nəzarətdən çıxır. Sovetlərdən
qalma 130 və 709 nömrəli hərbi hissələrin ərazisində
baş verən hadisələrin əsil mahiyyətini öyrənmək
üçün təşkil olunan komissiya və ağsaqqallardan
ibarət nümayəndə heyətinin səyləri belə
fayda vermədi. AXC-Müsavat iqtidarına qarşı
mübarizə aparan S. Hüseynov ölkədə hökm
sürən hərc-mərclik, anarxiyanı yaradanları
Bakıdakı fənər dirəklərindən
asacağını, Xalq Cəbhəsinin və onun hakimiyyət
piramidasında əyləşən vəzifəlilərə
qarşı mübarizə aparmağı qarşısına
məqsəd qoyaraq bildirirdi ki, həmin adamların əlindən
heç bir iş gəlmir, yalnız ölkəni
çapıb-talayırlar, adamları aldadır, rüşvət
alır, iyrənc siyasət yeridirlər. Bakıdan
qiyam qaldırmış hərbi hissəni zərərsizləşdirmək
barədə əmr verilsə də silahlıların
qarşısını almaq o qədər də asan deyildi.
AXC-Müsavat iqtidarının nəzarətində
olan güc strukturları ilə başlanan qarşıdurmalar
zamanı günahsız insanların qanı
axıdıldı.
Səriştəsiz iqtidar vahimə içərisində
idi. Surət
Hüseynovun tanklarının qarşısını heç
nə və heç kim saxlaya bilmirdi. Gəncə və ətraf rayonlarda əhali təşviş
içərisində yaşayırdı. Qanunsuzluq
baş alıb gedirdi. Surətin silahlıları insanları döyür,
söyür, təhqir edir, dövlət strukturlarını
dağıdır, talan edirdilər.
Ölkəyə
rəhbərliyi irəli sürülərkən “çəpik
çala-çala prezidentliyə namizəd irəli
sürdüyünüz şəxsi bir ildən sonra fit
çala-çala qovacaqsınız” söyləyən
Elçibəy onu da bilirdi ki, özü demişkən,
“tankların qabağında dayansalar da, pulun qabağında
dayana bilməyən bəylərin” törətdikləri
iğtişaşların qarşısını yalnız bir nəfər ala bilər:
xalqın inamını doğruldan ulu öndər Heydər
Əliyev. Ölkədə yaranan vətəndaş
qarşıdurmasının öhdəsindən gələ
bilməyən o zamankı spiker İsa Qəmbər, baş
nazir Pənah Hüseynov artıq istefa vermiş, xalqı
başsız qoymuşdular.
Azərbaycan vətəndaş müharibəsinin
astanasında idi. Qan tökülmüşdü. Hadisə
zamanı 20 nəfərin, o cümlədən 1
uşağın qətlə yetirilməsi, 56 dinc sakinin
müxtəlif dərəcəli bədən xəsarəti
alması, o dövrün məzənnəsi ilə dövlətə
50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda
dağıntının olması kimi dəhşətli hallara
insanlar biganə qala bilmirdi. Qiyamın
yaranmasına səbəb o dövrün iqtidarına olan
inamsızlıq idi. Dövlət büdcəsini son qəpiyinə
qədər atalarının malı kimi mənimsəyən,
iqtisadiyyatı iflic vəziyyətinə salan
“cütlüyün” hakimiyyəti dövründə əhali
başqa ərzaqlara demirik, adi çörəyə belə
möhtac idi. Çörək
mağazalarının qabağında 24 saat müddətində
davam edən növbələrin ardı-arası kəsilmirdi.
Xalqı belə miskin vəziyyətə salan
İsa Qəmbər, Əli Kərimlidən və
başqalarından ibarət komanda xarici emissarların diktəsi
ilə idarə olunduqlarından xalqın taleyini
düşünmək bacarığından xeyli uzaqda idilər.
İstək və məqsədləri daha
çox varidat toplamaq, şəxsi büdcələrini
artırmaq idi. Ən böyük sənaye
müəssisələri kortəbii halda, “özəlləşdirilmə”
adı ilə dağıdılırdı. Avadanlıqları xarici dövlətlərə
“yararsız xammal” kimi satılırdı. Belə
“bölgüdən” pay umsa da kənarda qalan, vaxtilə İsa
Qəmbər və Əli Kərimliyə
yaxınlığı ilə seçilən Surət
Hüseynov kimi “silahdaşları” onları ölümlə hədələyərək,
vəzifədən istefalarını tələb
edirdi.
Belə bir ağır dövrdə xalq böyük səbirsizliklə
öz xilaskarını gözləyirdi. Həmin
xilaskar Azərbaycanın müstəqilliyinin qarantı,
xalqımızın böyük oğlu, dünya şöhrətli
siyasi xadim və dövlət adamı, o zaman Naxçıvan
MR Ali Məclisinin sədri vəzifəsində
çalışan ümummilli lider Heydər Əliyev idi.
Elçibəy ulu öndər Heydər Əliyevlə dəfələrlə
telefonla danışıb, onun Bakıya gəlməsini
xahiş etsə də, nəticə olmamış,
Ümummilli Lideri gətirmək üçün muxtar
respublikaya göndərilən təyyarə boş
qayıtmışdı.
Lakin
xalqın düşdüyü vəziyyətin çətinliyini
başa düşən ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin qorunması, varlığımızın
əbədiliyi naminə xalqın tələbinə səs
verərək Bakıya qayıtdı. “Əminik ki, Gəncə
hadisələri diqqətlə araşdırılacaq,
mübahisəli məsələlər bütün Azərbaycan
xalqının mənafeyi, milli dövlət quruculuğu naminə
danışıqlar, qarşılıqlı anlaşma və
sülh yolu ilə həll ediləcək” söyləyən
Ulu Öndər Gəncəyə
yollanmaqla əsl həqiqəti öyrənməyə
çalışdı.
Dahi Liderin səyi ilə qiyam yatırıldı,
bütün Azərbaycan xalqının istəyinə və təkidli
tələbinə uyğun olaraq Ulu Öndər Milli Məclisin
sədri, sonra Prezident seçildi. “Azərbaycan
dünyaya günəş kimi doğacaq” söyləyən
Ulu Öndərin xidmətləri sayəsində bu gün Azərbaycan
həqiqətən dünya birliyində öz nüfuzu,
mövqeyi, qazandığı uğurları ilə fərqlənir,
yüksək pillələrdə yer alır. Bu
inkişafın müəllifi
ümummilli lider Heydər Əliyev olmuşdur. Bu siyasətə
varislik missiyasını isə hazırda Prezident İlham
Əliyev eyni qətiyyətlə yerinə yetirir və daha
sürətlə davam etdirir.
İki
sahil - 2016.-4 iyun.- S.20