İtaliyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək
İtaliyanın Kinetic
Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin
Azərbaycan nümayəndəliyinin
rəhbəri Heilpern Nikkolo və şirkətin sədri Cianni Bardazzi Bakı Ali Neft Məktəbində olub
(BANM) və Ali Məktəbin
rəhbərliyi ilə
görüş keçiriblər.
Ali Məktəbin İctimaiyyətlə
əlaqələr şöbəsindən
verilən məlumata görə, BANM-nin rektoru Elmar Qasımov
qonaqları Ali Məktəbin
hazırkı və gələcək fəaliyyət
istiqamətləri, yeni
kampusu və beynəlxalq əlaqələri
haqqında məlumatlandırıb. Azərbaycan və
İtaliya arasında əlaqələrinin yüksək
səviyyəndə olduğunu
bildirərək BANM-in İtaliya
universitetləri və
şirkətləri ilə
əməkdaşlıqda maraqlı
olduğunu bildirib.
Tədris prosesinin beynəlxalq
proqramlar əsasında
ingilis dilində həyata keçirildiyini qeyd edən rektor BANM-də tədrisin ən müasir texnologiyalar vasitəsi ilə istehsalatla sıx əlaqədə təşkil
olunduğunu deyib.
Elmar Qasımov Kinetic Technology International Şirkəti və BANM arasında əməkdaşlıq
potensialının yüksək
olduğunu bildirib və bu istiqamətdə
işlərin aparılmasına
hazır olduğunu deyib.
Qonaqlar təmsil
etdikləri şirkət
haqqında geniş məlumat veriblər. Kinetic Technology International şirkətinin karbohidrogenlər
sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı və istifadəsi sahəsində
ixtisaslaşdığını qeyd edən vitse-prezident Qaetano İaquaniello şirkətin,
həmçinin İtaliya
ali təhsil
müəssisələrinin inkişafına və elmi tədqiqat layihələrinin həyata
keçirilməsinə dəstək
olduğunu bildirib. Dünyanın 36 ölkəsində,
Azərbaycanda isə
SOCAR Polymer layihəsi çərçivəsində
fəaliyyət göstərdiklərini
nəzərə çatdıran
Q.İaquaniello BANM-lə
elmi tədqiqatlar, tələbə mübadiləsi
və ömürboyu təhsil proqramları, eləcə də Avropa İttifaqının
elm və təhsil proqramları çərçivəsində
əməkdaşlıq etməyi
təklif edib.
Q.İaquaniello rəhbərlik etdiyi
şirkət adından
BANM-in İtaliya universitetləri
ilə də təhsil əlaqələrinin
yaradılması, şirkət
mütəxəssislərinin BANM-də mühazirələrinin
təşkili, tələbələrin
şirkətin Milan və
Romada yerləşən
müəssisələrində praktika keçmək və orada elmi
işlərin hazırlanmasına
dəstək göstərilməsi
istiqamətində əməkdaşlıq
etməyə hazır
olduğunu bildirib.
Sonda rektor Elmar Qasımov Kinetic
Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquanielloya Ali Məktəbin
"Fəxri qonaq"
diplomunu təqdim edib.
İki
sahil - 2016.-4 iyun.- S.21