Səsin də su kimi
lətafəti var...
Müsahibimiz
Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü
Səkinə İsmayılovadır
- Son illər muğamın qorunması, təbliği və öyrənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bir muğam ifaçısı olaraq, illərini bu sənətə həsr edən bir sənətkar kimi muğamımızın bugünkü inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Sonsuz minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu gün ölkəmiz Şərq musiqisi ilə Qərb musiqisinin həmahənglik təşkil etdiyi mədəniyyət mərkəzinə çevrilməkdədir. Heydər Əliyev Fondunun hər zaman Azərbaycanda zəngin milli irsimizin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirdiyi artıq danılmaz, inkarolunmaz faktdır. Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar buna əyani misaldır. Bu musiqi bayramları arasında özünün möhtəşəmliyi ilə seçilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən atılan növbəti uğurlu addımdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu tədbirlərin təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirlər nəticəsində böyük səhnələrdə muğam səslənir ölkəmiz dünyada daha çox tanınır. Məhz ona görə muğam sənətinə gənclərimizin böyük bir axını var. Hətta 9-10 yaşlarında istedadlı uşaqlarımız var ki, onlar oxuyanda insan fikiriləşir ki, bu uşaqlar elə doğulanda muğamla doğulublar.
- Yüzlərlə tələbə yetişdirmisiniz. Onların arasında fəxrlə “bu mənim davamçımdır” deyəcəyiniz tələbəniz yəqin ki, var...
- Düzdür tələbələrim çoxdur. Davamçı demək bir az çətindir. Mən fərqləndirsəm bir az yaxşı çıxmaz. Tələbələrimin əksəriyyəti yaxşı xanəndə olmaq istəyirlər və olacaqlar da. Bilirsiniz, muğam elə bir sənətdir ki, onun haqqında bir günlə, bir ayla qərar verib, nəticə çıxarmaq çətindir. Ən azından sənətkarın yetişməsi üçün 25-30 il vaxt sərf olunduğu kimi, tələbənin özünü təsdiq etməsi üçün də müəyyən bir dövr var. Bu gün fəxrlə söylədiyin bir tələbə bir il sonra ortada olmaya bilər. İlk növbədə tələbənin sevgisi, məsuliyyəti olmalıdır. Çünki səsin də su kimi lətafəti var. Xanəndə daim öz səsi üzərində işləməlidir. Bu günkü günü ilə rahatlaşıb, qane olmamalıdır. Bu sənət arxayınlaşmağı sevmir. Uğuru qazanmaq çətindir, amma onu əldə saxlamaq daha çətindir. Gənclər gərək bunu dərk edərək çalışsınlar.
- Adətən deyirlər ki, istedad irsi keçir. Sənətdə yüzlərlə tələbəniz olduğu halda ailənizdə bunu görə bilmirik...
- Məncə, ailədə mütləq davamçının olması çox da vacib deyil. Məsələn, bizim karifeylərimizin adını çəkəndə deyirik ki, Rəşid Behbudov kimi sənətkarlar 100 ildən bir yetişər. Məhz bu nöqteyi-nəzərdən fikirləşsək, ailədə də gərək elə bir qeyri-adi istedad olsun ki, ailə başçıları da o istedada münasibət bildirib, onu öz məcrasına salsınlar. Bizim dünya şöhrətli nə qədər sənətkarlarımız var, amma onların hamısının ailələrində davamçıları yoxdur. Amma deyə bilərəm ki, bu səs mənə irsən ötürülüb. Atamın, bibimin, anamın çox gözəl səsi olub. Anamın ev şəraitində oxuduğu “Kəsmə şikəstə””ni inanın ki, bu gün mənəm-mənəm deyən sənətkarlar oxuya bilməzdilər. Amma dövr elə olub ki, onlar xənəndəliyi özlərinə sənət seçmiyiblər. Allahın bir lütfüdür ki, bu sənət məhz mənim payıma düşdü.
- Səkinə xanım, muğam ifaçılarının yaradıcılıqlarında opera sənətinin özünəməxsus bir yeri var. Elə sizin Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında ifa etdiyiniz rolları sadalamaqla bitmir: “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Gəlin qayası”-da Gülbahar, “Aşıq Qərib”də Şahsənəm və s operalarda aparıcı partiyalarda olmusunuz. İstərdik ki, bir neçə kəlmə də operaya gəlişinizdən danışardınız?
-Belə deyək, mənim yaradıcılığım elə operadan başlayıb. Mən, Asəf Zeynallı adına muğam məktəbini bitirdim. Mənim bu sənətdə ilk addımlarım opera səhnəsi ilə başladı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyə-işləyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini də bitirdim. Mən həqiqətən fəxr edirəm ki, gənc yaşlarımdan 30 il müddətinə bu səhnədə çalışmışam. Teatr səhnələrində oynanılan bütün muğam tamaşalarının biri-birindən dəyərli rollarının aparıcı ifaçısı olmuşam. Mənim üzümə bütün qapılar məhz opera səhnəsindən açılıb. Təsadüfi deyil ki, opera sənəti ilə dünyanın 40-dan çox ölkəsinə səfər etmişəm. Bu səhnə mənə çox şey qazandırıb.
- Siz eyni zamanda muğamı ilk dəfə qavalla ifa edən qadın ifaçısınız, həm də ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaratmısınız. Bu kiçik kollektiv bir sıra xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edir. Haradan gəldi bu ideya?
- 1990-cı illər idi.
Parisdə bizim muğam
sənətimizlə maraqlanan mütəxəssislərlər
ölkəmizə gəlmişdi. Onlar bir çox triolara qulaq asdılar. Eyni zamanda o triolarda
mən də var idim. İfamı bəyəndikdən sonra bildirdilər ki, çox istəyərdik muğamı bu qədər zəngin olan ölkənin ifaçılarını Fransaya
dəvət edək.
Paris şəhərində
sizin konsertiniz təşkil olunsun. Amma bir istəyimiz var ki, tar və
kaman ifaçıları
da xanımlardan ibarət olsun. Təbii ki, razılaşdım.
Bildirdim ki, ölkəmizdə hələ
sovetlər dönəmindən
Səid Rüstəmov
adına xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir.
Orada onlarla tar, kaman qadın ifaçıları
var. Amma muğam üçlüyü yox idi. Mən ilk dəfə bu
təklifi qəbul etdim və gənc
ifaçıladan Arzu
Qurbani və Fəridə Məlikova ilə birlikdə trionu yaratdım. Qızlardan ibarət bu ilk üçlük Parisdə
çıxış etdi.
Daha sonra Almaniya, İsveç, Hindistan və s. ölkələrdə qadınlardan
ibarət trio ilə konsertlərimiz baş tutdu. İnanın ki, biz Avropa
ölkələrində trio şəklində səhnəyə
çıxanda ifa etməmiş salonda bir canlanma yaranırdı.
Bizim milli geyimlərimiz, Azərbaycan
xanımlarna məxsus
mədəniyyətimiz, artıq
öz sözünü
deyirdi...
- Geyimdən söz düşmüşkən, deyirlər
sənətkar üçün
ifa qədər, geyim, davranış, sima da çox
önəmlidir. Bildiyimizə
görə, dünya şöhrətli müğənnimiz
Rəşid Behbudov sizin səsinizə, ifaçılıq qabiliyyətinizə
dəyər verərkən
demişdir ki, tamaşaçı öncə
ifaçının simasına,
geyiminə, sonra isə sənətinə qiymət verib alqışlayır. Bunların hamısını
bütöv bir şəkildə qorumaq, “Səkinə İsmayılova”
olmaq üçün
nələr etdiniz?
- Mən tələbələrimlə
söhbət edərkən
onları xanəndə
kimi yetişdirməklə
bərabər, həm
də dərk etdirməyə çalışıram
ki, onlar Azərbaycan xanımıdırlar.
Biz harada olsaq,
hansı səhnəyə
çıxsaq Azərbaycanı
təmsil edirik. Ola bilər ki,
bizim getdiyimiz ölkələrdəki insanlar
heç vaxt Azərbaycanda olmayıblar.
Biz ilk növbədə öz görünüşümüzlə,
simamızla göstəririk
ki, Azərbaycan qadını məhz belədir.
- Siz ictimai işlərdə
də fəallığınızla
seçilirsiniz. Bunların ən
yadda qalanlarında biri də ölkəmizdə
keçirilən möhtəşəm
“Bakı- 2015” ilk Avropa
Oyunlarının məşəldaşlarından
biri olmağınız
idi. Belə tədbirlərin ardı-arası kəsilmir.
Ölkəmiz hər il biri-birindən
fərqli, səviyyəli
tədbirlərə ev
sahibliyi edir. Azərbaycanı dünyada təmsil
edən bir sənətkar kimi ölkəmizdə gedən
inkişafı necə
qiymətləndirirsiniz? Yəqin xarici səfərlərdə Azərbaycan
adı gələndə
xoş sözləri çox eşidirsiniz....
- Təbii ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi
Azərbaycana olan marağın, sevginin təzahürüdür. Bu gün
ölkəmizin istər
musiqisi, istər idmanı, istərsə də digər sahələrdə olan uğurları əsas verir ki, Azərbaycan
məhz yüksək səviyyəli tədbirlərə
ev sahibliyi
etməyə layiqdir və buna qadirdir.
Biz illər öncə
xarici səfərlərdə
olarkən Azərbaycan
adı gələndə
tanımayanlar olurdu.
Amma bu gün Azərbaycan
inkişaf etmiş, öz sözünü deyə bilən, qüdrətli bir dövlət kimi tanınır.
- Səkinə xanım, iki dəfə Həcc ziyarətində olmusnuz. Müqəddəs torpaqlara ayaq
basmağın sehrindən
danışmağınızı istəsək, nələri
bölüşmək istərdiniz?
- Allah bu ziyarəti bütün müsəlman
bacı-qardaşlarımıza qismət eləsin. Bilirsiniz ki, orada ən
vacib əməllərdən
biri Kəbəni yeddi dəfə təvab etməkdir. Təvab zamanı yaşadığım
hissləri ifadə etməkdə çətinlik
çəkirəm. Təkcə onu
deyə bilərəm
ki, elə hisslər yaşadım ki, insanlığın zirvəsi oldu. Arzu edirəm ki, hər bir insanın
qəlbində o hiss qalsın.
İnsanlara fərq qoyulmasın
ki, bu imkanlıdır,
bu kasıb. Kaş insanlıq madiyyatla deyil, mənəviyyatla ölçülsün. Mənim üçün
ondan yüksək bir zirvə yoxdur.
- Səkinə xanım, son olaraq sizin konsertlərinizə
qayıtmaq istəyirik.
“Ey Füzuli,
mən dəxi aləmdə bir ad eylərəm” və “Muğam dünyamıza səyahət” adlı möhtəşəm solo konsertlərinizdən
xeyli vaxt ötsə də, sənət pərəstişkarlarının
o ülvi gecələrdən
aldıqları xoş
təəssürat hələ
də xatirələrdən
silinməyib. Bundan sonra
necə? Yaradıclığınızla bağlı nə
kimi yenilikləriniz var?
- Mən hər zaman fikirləşirəm
ki, hər bir insanın özünün izi olmalıdır. Dediyiniz konsertlərin hələ
ki, bənzəri olmayıb. Mən elə bir işlər ərsəyə
gətirmək istəyirəm
ki, təkrar olmasın. Məsələn,
iki il
öncə böyük
bir layihə ərsəyə gətirdim.
Hindistanın tanınmış xanəndələrindən biri
ilə “Rast”” muğamını ifa etdik. Tarqutda və Bombeydə
böyük bir festivalda bu layihə
tamaşaçıların ixtiyarına verildi. İstəyirəm ki, görmək
istədiyim işlər
məhz mənim tərəfimdən musiqi xəzinəmizə bir töhfə olsun.
- Maraqlı müsahibə üçün təşəkkür
edirik. Yəqin sizin də son olaraq, oxucularımıza demək istədikləriniz
var...
- Mən də dəvətiniz üçün
təşəkkür edirəm.
“İki sahil””
qəzeti mənə doğmadır, çünki
özüm də neftçi ailəsində
yaşayıram. Düşünürəm ki, sizin uğurlarınız
elə mənim uğurlarımdır. Gələcəkdə də sizə bol-bol uğurlar arzu edirəm. Hər zaman sevilin, seçilin. Və sevilib
seçilənləri “İki
sahil.TV”yə dəvət
edin.
Şəmsiyyə Əliqızı
İki sahil.-
2016.- 8 iyun.- S.13