Gələcəyə nur saçan peşə

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli ən gözəl peşədir. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

Bunları yazaraq düşünürəm... Bir ana valideyn olaraq çox xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, övladımı sözün həqiqi mənasında özünü ilk növbədə səbrli, mehriban, daha sonra peşəkar müəllim kimi təsdiqləmiş bir xanıma - 23 saylı tam orta məktəbin müəllimi Sevda Əliyevaya etibar etmişəm. Düz bir il öncə, oğlum Əli Mahmudov bu təhsil ocağına qəbul olunarkən tərəddüd edirdim. Necə məktəbdir? Müəllim-şagird münasibətləri, uşaqların təhsilinin keyfiyyəti s. suallarla bir ili başa vurduq. Amma necə? İndi tam əminliklə deyə bilərəm ki, heç peşman deyiləm. Çünki Milli Qəhrəman Tahir Həsənovun adını daşıyan 23 saylı tam orta məktəbdə gələcəyin neçə igid oğul qızlarının yüksək səviyyədə təhsil almasında, şagirdlərin intellektual səviyyələrinin inkişaf etdirilməsində, peşəkar müəllim kollektivi hər cür şəraiti olan bu məktəb respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Biz valideynlər övladlarımızın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsil aldığı məktəbdə oxumalarından qürur duyuruq.

Bir valideyn kimi deyə bilərəm ki, bu məktəbin 1 “a” sinfinin rəhbəri Sevda Əliyeva şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni düşünməyi öyrədəni, onların bu günü gələcəyi üçün narahat olanı, addımları düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Sevda müəllimə təkcə özünün deyil, həm hər bir şagirdinin taleyini yaşayır - sevinci, kədəri, problemləri ilə birgə. Düşünürəm ki, o, yalnız sinifdə olduğu dəqiqələri yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Gözünün nurunu, qəlbinin hərarətini, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir Sevda müəllimə.Valideynlər iclaslarının birində Sevda müəllimənin söylədiyi bir söhbəti xatırlayıram: O qeyd etdi ki, bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, millimənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik xalqa, Vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Biz valideynləri bu işdə fəal iştirak etməyə, ona kömək etməyə çağırdı.

Bu bir ildə sinif rəhbəri Sevda xanım əlindən gələni əsirgəmədi. Onlara həm ana oldu, həm dost. Yorulmadı, usanmadı, məhəbbətini, qayğısını, fədakarlığını əsirgəmədi. Əvəzində həm uşaqların, həm valideynlərin, həm çalışdığı pedaqoji kollektivin qarşısında öz peşəkarlığını təsdiq edərək, hamının rəğbətini qazandı. Bu onun 20 illik zəhmətinin bəhrəsi idi. Sevda müəllimə ilə çiyin-çiyinə çalışan fənn müəllimlərindən Mehriban Abdullayeva, Sədaqət Əliyeva, İlahə Cəfərova, Arzu Behbudova Raida Aslanovanın da uşaqlarımıza göstərdikləri diqqət qayğılarını  qeyd etməliyik.Sevda müəllimə bizim övladlarımızın dərin hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik bacarıqlarını sərf edir. Mütəmadi olaraq Azərbaycanımızın tarixi abidələrinə şagirdlərin ekskursiyası təşkil edilir. Bu da tarixi həqiqətlərin şagirdlərin yaddaşında silinməz bir iz qoyur. Sevda müəllimə bizim balalarımızı, biz isə şagirdləri ilə birgə onu çox sevirik. O, övladlarımızın mənəvi anası, bizimsə hamımızın sevimlisidir. Ümumilli liderimiz Heydər Əliyevin ifadəsi ilə desək, hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, yaşamağı müdrikliklə səbrlə bizə öyrətmiş öyrədir.

 

Sevinz Bəşəri

İki sahil.- 2016.- 10 iyun.- S.14