Tarixi dönüş

Azərbaycan tarixində  müqəddəratını həll edən bir neçə böyük hadisə baş vermişdir. 1993-cü il iyun ayının 9-da ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi belə tarixi hadisələrdən biridir. Bu o zaman idi ki, ölkənin yenicə əldə etdiyi  müstəqillik itirilmək təhlükəsi qarşısında idi. Dağlıq Qarabağ ona bitişik rayonlar bir-birinin ardınca işğal olunur, hərc-mərclik anarxiya baş alıb gedir, iqtisadiyyat dağılır, qonşu dövlətlərlə münasibətlər düşmənçilik həddinə çatdırılırdı. Bütün bunların günahkarı hakimiyyəti qeyri-demokratik yolla - silah gücünə ələ keçirən AXC-Müsavat cütlüyü idi. Hakimiyyətə yiyələndikləri günə qədər siyasətdən, dövlət idarəçiliyindən, diplomatiyadan, iqtisadiyyatdan baş çıxarmayan naşı adamlar çətin şəraitdə çaş- baş qalıb vəziyyətdən çıxış  yolu tapa bilmirdilər. Müxtəlif iddialarla silahlanan qruplar meydan sulayır, Azərbaycanın ərazi bütövlüyünü təhdid edirdilər.Əslində xalq hakimiyyətin varlığını hiss etmirdi. Müxtəlif məqsədli şəxslərə məxsus taborların əsgər zabitləri  Bakının küçələrində, rayon kəndlərdə qumbara, avtomat pulemyotlarla silahlanmış vəziyyətdə gəzir, bəzən xoşlarına gələn avtomobilləri sahiblərinin əlindən zorla alıb aparır, gecələr imkanlı adamların evlərinə soxularaq qorxudub onlardan külli miqdarda pul tələb edirdilər. Tələblərinə əməl etməyənləri isə döyüb təhqir etməkdən, hətta öldürməkdən belə çəkinmirdilər.Bu zaman AXC-Müsavat  hakimiyyətinə qarşı hərbi müxalifətə başçılıq edən Surət Hüseynov keçmiş sovet ordusunun 709 130 saylı hərbi hissələrinin arsenalını ələ keçirərək real hərbi gücə sahib olmuşdu.  Onun silahlılarının törətdikləri cinayətlərin qarşısını kimsə almağa cəsarət edə bilməzdi.1992- ci ildə mənXocalının səsiqəzetində işləyirdim. Qəzet Gəncədə çap olunurdu. Əli Qəmbərov ad-familiyalı kapitan tanışımla görüşərkən o söylədi ki, Gəncədə xidməti silahını Surətin adamları əlindən alıblar, indi pis vəziyyətdə qalıb. Qeyd etmək lazımdır ki, 1992-ci ilin sonlarından 1993-cü ilin iyununa qədər bu bundan da ağır saysız- hesabsız  cinayət hadisələri törədilmiş günahkarlar tutulub cəzalandırılmamışdılar.Ölkə artıq vətəndaş müharibəsinin bir addımlığında idi. Xalqın səbri tükənmişdi, hamı ayağa qalxıb ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsini  təkidlə qətiyyətlə tələb edirdi. Azərbaycan xalqı yaranmış təhlükəli vəziyyətdən yeganə çıxış yolunu dünya şöhrətli siyasətçi, diplomat müdrik dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görürdü.1993-cü il iyunun 9-da dahi rəhbərin  Bakıya gəlişi   tarixi dönüş idi. İyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən zəngin dövlət idarəçiliyinə malik böyük şəxsiyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər nəticəsində ölkə dərin böhrandan çıxdı, cəmiyyət həyatının bütün sahələrində vəziyyət stabilləşdi. Qanunsuz hərbi birləşmələr ləğv edildi, ictimai asayiş bərqərar olundu, Qarabağda döyüşlər dayandırıldı, atəşkəs razılığı əldə edildi, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında islahatlara başlanıldı.Zaman göstərdi ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyevin Bakıya dönüşü xalqın öz şərəfli tarixinə, milli müstəqilliyinə, azadlığına xoşbəxt gələcəyinə dönüşünün başlanğıcı oldu.

 

Vəli İlyasov

 İki sahil.- 2016.- 10 iyun.- S.7