Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samuxda vətəndaşları
qəbul edib.
APA-nın məlumatına görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux vəKəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib.
Sakinlər tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi, bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Nazir bildirib
ki, qəbulda 30-dək vətəndaş iştirak edib: “Tarixi abidələrimizin
qorunması, yerlərdə mədəni həyatın daha da
canlandırılması ilə bağlı qaldırılan məsələlər
insanların tariximizə, mədəniyyətimizə nə qədər
həssas yanaşdıqlarını bir daha göstərir. Tarixi
abidələr həm də bölgədə turizmin
inkişaf etdirilməsi baxımından
önəmlidir. Prezident İlham Əliyevin Mədəniyyət
və Turizm Nazirliyinin
strukturunu təkmilləşdirilməsi
haqqında sərəncamına əsasən nazirliyin
15 regional idarəsi yaradılacaq. İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha
da optimallaşdırılacaq, eyni zamanda, bu
proses bölgələrimizdə mədəniyyət
və turizminin inkişafına öz töhfəsini verəcək"
İki
sahil.- 2016.- 11 iyun.- S.19