Qurtuluşdan başlanan yüksəliş

İyunun 13-də Pirallahı rayon Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikada yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Qeyd edib ki, Ulu Öndərin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili xarici siyasət nəticəsində müstəqilliyimiz əbədiyaşarlıq qazanıb, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin formalaşması sahəsində böyük işlər görülüb.

Milli Məclisin deputatı Rauf Əliyev isə vurğulayıb ki, Ulu Öndər sözün əsl mənasında Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, gələcəyə inamla baxan güclü bir dövlətə çevirib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan regionda irimiqyaslı layihələrə imza atır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.YAP Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən V.Rəhimzadə qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaosanarxiyadan xilas edilməsi, xaricidaxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti ilə xalqımızı, dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi.

Sonda Pirallahı rayon orta məktəb şagirdlərinin, “Çobanyastığı” körpələr evi-uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin çıxışları mərasimə xüsusi rəng qatıb. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirinə Şuşa Dövlət Musiqili Dram Teatrının mərhum xalq şairi Zəlimxan YaqubunBöyük ömrün dastanı” poeması əsasında hazırladığı eyniadlı musiqili ədəbi-bədii kompozisiya ilə yekun vurulub.

 

Zamin Məmmədov

İki sahil.- 2016.- 14 iyun.- S.18