Tarixi qayıdış
və xalqın qurtuluşu
Kürdəmir şəhərindəki Heydər
Əliyev Mərkəzində
15 İyun - Milli Qurtuluş Gününə
həsr olunmuş “dəyirmi masa” keçirildi.
Tədbir iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə
tər gül-çiçək
dəstələri düzdülər. Heydər Əliyev
Mərkəzinin foyesində
15 İyun - Milli Qurtuluş Günü münasibətilə təşkil
olunmuş kitab və rəsm sərgisi ilə tanışlıq oldu.
Daha sonra tədbirdə “15 iyun - Tarixin şanlı səhifələri” adlı
sənədli film nümayiş
etdirildi.Atakişili kənd
tam orta məktəbinin tarix müəllimi Sevinc Əzimova “Tarixi qayıdış və xalqın qurtuluşu”, Mürtülü kənd
tam orta məktəbinin
tarix müəllimi Şəbnəm
Məmmədəliyeva “Heydər
Əliyev müstəqilliyimizin
təminatçısıdır” və Sor-sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov “Heydər Əliyev siyasətinin uğurlu davamı” mövzularında
məruzə edərək
Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən
sonra fəaliyyətindən,
Azərbaycan dövlətçiliyinin
inkişaf etdirilməsindən
ətraflı danışdılar.Rayon
İcra Hakimiyyətinin
başçısı Ceyhun
Cəfərov qeyd etdi ki, hər
kəs üçün
əziz olan Milli Qurtuluş Günü Azərbaycanın
tarixinə milli mentalitetimizin, özünüdərketmənin
qayıdışı günü
kimi daxil olub: “Milli Qurtuluş
Günü vətəndaş
müharibəsinin, küçə
və meydan mitinqlərinin, dövlət
çevrilişlərinə cəhdlərin, siyasi hakimiyyətdəki özbaşınalığın
birdəfəlik qarşısının
alınmasının məntiqi
nəticəsi, müstəqil
Azərbaycan dövlətinin
təməlinin qoyulması
günü idi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan
dövlətinin müstəqilliyinin
bərqərar olması,
dövlət quruculuğu
sahəsindəki islahatlar,
cəmiyyətin bütün
sahələrinin reformasiyası,
ölkəmizin sosial-iqtisadi
potensialının daha
da güclənməsi,
beynəlxalq aləmdəki
nüfuzunun artması,
ən əsası isə atəşkəsə
nail olunması idi.”Sonda Yeni Azərbaycan
Partiyasına daxil
olmuş bir qrup gəncə üzvlük vəsiqələri
təqdim edildi.
Orxan Vahidoğlu
İki
sahil.- 2016.- 14 iyun.- S.9