Heydər Əliyev Mərkəzində
tanınmış rəssam Corc Kondonun fərdi sərgisi açılıb
İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.AZƏRTAC xəbər verir ki, “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar ƏLƏKBƏROV Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə çatdırdı. O, sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına rəhbərlik edən Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə, “Qaleri Karaç”ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının sahibi Andrea Karaça minnətdarlığını bildirdi. Mərkəzin direktoru qeyd etdi ki, bu layihənin Bakıda həyata keçirilməsi üçün onun üzərində bütün kollektiv 2 il işləyib.Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA qonaqları salamlayaraq dedi: “Biz bu gün Birləşmiş Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.
İlk dəfə olaraq Corc Kondonun işlərini
özü üçün
5 il bundan
əvvəl kəşf
etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə
vurulduğunu bildirərək
dedi: “Çünki o,
yaratdığı bütün
əsərlərində çox
müxtəlif üslubları,
insanların məhz ürəklərindən keçən
hissləri, çox böyük, canlı həyatı, emosiyaları,
müxtəlif hissləri
təcəssüm etdirib.
Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür.
Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə,
sırf bir üslubda, istiqamətdə
işləmir. Adətən onun əsərləri haqqında danışarkən
daha çox kubizm, ekspressionizm üsullarından istifadə
etdiyini söyləyirlər.
Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları
əks etdirir. Bir tərəfdən ahəngdarlıq,
digər tərəfdən
məhz məxfilik, həmçinin reallıq,
insanın xülyaları,
müxtəlif rənglər
və ümumiyyətlə,
sehrli bir aləmin məqamları onun əsərlərində
əksini tapır.Əziz
dostlar, bu gün axşam bizimlə olduğunuza görə təşəkkürümüzü
bildiririk. Ümumiyyətlə, bu sərginin təşkilində əməyi
olan hər kəsə, həmçinin
Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya minnətdarlığımızı
bildiririk. Mən fürsətdən
istifadə edərək
ən yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına
təşəkkür edirəm.
Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda
ürəyimdə tutduğum
arzulardan biri həyata keçib. Biz bu gün
Corc Kondonun əsərlərindən ibarət
sərginin açılış
mərasimində iştirak
edirik. Buna görə də mən sizin hamınıza minnətdaram.
Sizin hamınıza “çox sağ
olun” deyirəm. Sizə xoşbəxtlik, möhkəm cansağlığı
və məhəbbət
arzulayıram”.Sərginin kuratoru
Simon de PURİ il yarım əvvəl xanımı ilə Londonda səfərdə olarkən Leyla Əliyevanın təşkil
etdiyi gözəl bir sərgidə iştirak etdiyini söyləyərək deyib:
“Mövzusu ətraf mühit və ekologiya olan bu sərgidə Leyla Əliyeva ilə tanış olduq. Sərgidə nümayiş etdirilən
əsərlər sırasında
Corc Kondonun əsərləri də var idi. Söhbət
əsnasında Leyla xanım bildirdi ki, məhz Corc
Kondo bütün dünyada
ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir qərara
gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin
sərgisinin təşkili
yaxşı olardı.
Çünki bizim özümüz
də məhz Corc Kondonun pərəstişkarlarıyıq”.
Simon de Puri dedi ki, bugünkü mərasimdə iştirak etmək onlara, həmçinin digər rəssamların əsərləri
ilə tanış
olmaq imkanı yaradır. Leyla xanım özü
də rəssamdır.
O, incəsənət sahəsinə
çox bağlı bir insandır. Təsviri incəsənət sahəsinə
vurğunluğu, biliyi
ilə seçilir.
Kurator Simon de Puri
qeyd etdi ki, Andrea Karaç dünyada Corc Kondonun əsərlərindən
ibarət kolleksiyanın
sahibidir. O, uzun müddət ərzində
bu kolleksiyanı yaradıb. Həmçinin Heydər Əliyev
Mərkəzi XXI əsrdə
yaradılmış ən
gözəl binadır.
Zaha Hadid özü də qeyd edirdi
ki, onun bu layihəsi bütün karyerası boyu ən gözəl
əsəridir. Bakı elə
bir şəhərdir
ki, öz dinamik həyatı ilə hər zaman seçilir. Burada hər zaman müxtəlif tədbirlər
keçirilir. Bakı
ən böyük təəssürat bağışlayan
şəhərlərdən biridir.Qonaq qeyd etdi ki, 1960-cı illərin azərbaycanlı
rəssamları Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri
Venesiya Biennalesində
çox uğurla sərgilənib. Heydər
Əliyev Mərkəzindəki
sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının əsərləri
arasında oxşarlığı
görmək olar.Simon
de Puri sərginin təşkilinə görə
Leyla Əliyevaya minnətdarlığını bildirdi.Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi və qonaqlar sərgi ilə tanış oldular.“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr”
adlı sərgidə
müəllifin 70-dən çox
əsəri, o cümlədən
rəsmləri, heykəltəraşlıq
nümunələri yer
alıb.Corc Kondo 1957-ci ildə
ABŞ-ın Nyu-Hempşir
ştatının Konkord
şəhərində anadan
olub. 1976-1978-ci illərdə Louel şəhərindəki Massaçusets
Universitetində təhsil
alıb.Nyu-Yorkun incəsənət
aləminə 1980-ci illərdə
gələn Corc Kondo Amerika karikatura sənətindən, Avropa
portret tarixindən və yunan mifologiyasından
ilhamlanaraq portret janrının araşdırılması
ilə məşğul
olur, özünəməxsus
üslubda qara yumorlu əsərlər yaradır. Corc Kondonun işləri
ekspressionizmlə kubizmi
satirik karikatura əlamətləri ilə
birləşdirir. Onun yaradıcılığı
böyük bürünc
heykəllərdən tutmuş
xəyali portretlərədək
müxtəlif tipli əsərləri əhatə
edir. Corc Kondo öz yaradıcılığını
“süni realizm” termini
ilə ifadə edir.O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla da
məşğuldur. Corc Kondo bu
sahəyə 1999-cu ildə
yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah”
adlı əsəri ilə gəlib.Corc Kondonun hibrid xarakterli portretləri
2007-ci ildə yeni mərhələyə qədəm
qoyub. Müəllif
hər biri eyni vaxtda müxtəlif
emosiyalar, məsələn,
təəccüb, fəryad
və gülüş
ifadə edən silsilə şəkillər
yaratmağa başlayıb.Sənətkarın
ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın
Salzburq, Paris, Barselona,
Bielefeld və Londonda sərgiləri keçirilib.Heydər
Əliyev Mərkəzindəki
“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi
noyabrın 6-dək davam edəcək.
İki
sahil.- 2016.- 17 iyun.- S.7