Saatlının bu günü

 

 

Ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Doğrudan da Azərbaycan bu gün dünyaya Günəş kimi doğmuş, inkişafda olan bir ölkəyə çevrilmişdir. Onun bütün bölgələrində olduğu kimi, Saatlıda da aparılan abadlıq, quruculuq işləri göz oxşayır.

 

Saatlının ərazisi 1180,5 kv.km-dir. Onun 1 şəhəri, 43 kəndi, 36 inzibati ərazi dairəsi, 36 bələdiyyəsi, 103212 nəfər əhalisi var. Müasir müstəqil Azərbaycanın bütün rayonları kimi, Saatlı rayonu da bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Son illər baş verən iqtisadi yüksəliş, sosial tərəqqi müasir Saatlının reallıqlarıdır. Saatlılılar bu yüksəlişə dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət qayğısı sayəsində nail olmuşlar. Son 10 il müddətində cənab İlham Əliyev Saatlıya 6 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətlənməsinə Prezident Fondundan milyonlarla manat pul vəsaiti ayrılmış, sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 10-dan artıq Sərəncam imzalanmışdır.

 

2015-ci ildə rayonda ümumi məhsul istehsalı 2,8 faiz artaraq 217839,6 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil etmişdir. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı üzrə 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,4 faiz, nəqliyyat üzrə 4,3 faiz artım olmuşdur. Ötən il rayonda 2329 kv.m-dən çox olan yaşayış evləri tikilib istifadəyə verilmişdir. Bunun 8517 kv.m-i əhalinin öz vəsaitləri hesabına olmuşdur. 2015-ci ildə Saatlı şəhərinin Nizami küçəsi boyunca 150 kv.m sahədə səkilər yüksək keyfiyyətli beton piltələrlə yenilənmiş, 100 kv.m səki daşı düzülmüşdür. Heydər Əliyev prospektində 30 000 kv.m sahədə asfaltlaşdırma işləri görülmüşdür. Şəhərin H.Aslanov küçəsində 4 ədəd müasir işıq dirəyi quraşdırılmışdır.

 

Rayonda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri tikintisi sahəsində yüksək səviyyədə keyfiyyətli işlər görülmüşdür. Olimpiya İdman Kompleksinin 800 tamaşaçı yerlik üzgüçülük hovuzunun 5 ədəd kottec binasının tikintisi başa çatmışdır. Olimpiya İdman Kompleksinin əsas korpusunun zirzəmisində mərmər tavanların döşənməsi, müxtəlif ventilyasiya avadanlıqlarının kondinsionerlərin quraşdırılması, 50 m3-lik su anbarının tikintiləri yekunlaşmışdır. Rayonda son illərdə tikilmiş mərkəzi xəstəxana müasir tələblərə cavab verir. Bu xəstəxana ölkə başçısının Sərəncamı ilə tikilmişdir. Yeni xəstəxanada 126 çarpayılıq, müasir tibbi avadanlıqlarla təchiz edilmiş cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım, uşaq böyüklər üçün infeksiya xəstəlikləri şöbəsi fəaliyyət göstərir. Xəstəxananın açılışında möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Şadam ki, az müddət ərzində yüksək səviyyəli təmir işləri aparılmışdır. Hazırda bütün lazımi tibbi avadanlıqlar var. Şərait gözəldir. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir”.

 

Son illərdə Prezident İlham Əliyevin Sərəncamı şəxsi tapşırığı ilə 2872 şagirdlik 14 məktəb, o cümlədən Heydər Əliyev FondununYeniləşən Azərbaycanın yeni məktəb layihəsiçərçivəsində 200 şagird yerlik 1 məktəb binası tikilmişdir. 7560 şagird  yerlik 11 məktəb binası əsaslı təmir edilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ayırdığı pul vəsaiti ilə Saatlı Gənclər Mərkəzi inşa edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ayırdığı pul vəsaiti hesabına Şahmat məktəbi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi istifadəyə verilmiş, evlərini sel suları basmış Novruzlu kəndində 178 evdən ibarət böyük bir qəsəbə salınmışdır. Zərər çəkmiş ailələrə 558 fərdi ev tikilmişdir. 18 evdə təmir-bərpa işləri görülmüş, 3 məktəb binası, Nərimankənd qonaq evi həkim ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir edilmişdir. Su daşqını zamanı yararsız hala düşən Saatlı-Musalı Mərkəzi avtomobil yolu Prezident İlham Əliyevin Sərəncamı ayırdığı pul vəsaiti hesabına tam təmir edilib yenidən çəkilib, 8 mindən artıq insanların istifadəsinə verilmişdir. Smadakənd-Qarayevka yolu da əhalinin istifadəsinə verilmişdir.

 

Saatlı şəhərində Bayraq meydanı Şəhidlər xiyabanı müasir inkişaf etmiş Azərbaycana uyğun olaraq yenidən qurulmuşdur.

 

Saatlı rayonunda aparılan abadlıq-quruculuq işlərinə uyğun olaraq bütün sahələrdə insanlara yüksək xidmət göstərilir. Mənim şəxsi müşahidələrim bu nəticəyə gəlməyimə əsas verir. Əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi son vaxtlar Saatlı  rayonunda kadrların düzgün seçilib yerləşdirilməsi ilə birbaşa əlaqəlidir.

 

Əlifağa Türkelli,

Qızıl qələmmükafatı laureatı

İki sahil.- 2016.- 23 iyun.- S.15.