Cənnətin açarı təhsildədir  

 

 

Azərbaycanın ən tanınmış alimlərindən biri, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun 75 yaşı tamam olur. Həm alim, müəllim, həm də ictimai xadim kimi daim səmərəli fəaliyyət göstərən professor Şahlar Əsgərov bütün həyatını fizika elminə həsr edib, müəllifi olduğu bir neçə istiqamət üzrə elmi məktəblər yaradıb. Şahlar Əsgərov 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir.

 

Beləliklə, “Şöhrət” ordenli professorun - “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Təhsilimiz dünən, bu günsabah” (2003), “Düşüncə tərzi” (2008), “Kamilləşən düşüncə” (2013) kimi onlarla kitabın müəllifi olan Şahlar Əsgərovun  İki sahil” qəzetinə müsahibəsini  təqdim edirik:

 

- Şahlar müəllim, yaşınızın bu vədəsində geridə qalan illəri xatırladıqca nələri görürsünüz? Həyatınızın hansı mərhələsinə aid xatirələr daha çox yadınıza düşür?

- Ən çox Kəlbəcəri, kəndimizi, valideynlərimi və müəllimlərimi xatırlayıram. Uşaqlıq illərim, orta məktəb dövrüm Kəlbəcərdə keçib. Orta məktəblə bağlı xatirələr məni daha çox keçmişə qaytarır. Çünki həyatımın ən böyük uğurlarının bünövrəsini məktəbdə qazanmışam. Mən Böyük Vətən Müharibəsinin ilk ilində dünyaya gəlmişəm, məktəb illərim isə müharibənin yenicə başa çatdığı illərə təsadüf edir. Baxmayaraq ki, o dövrdə yaşamaq da, təhsil almaq da çox çətin idi, insanların həyat şəraiti minimumdan da aşağı səviyyədə idi. Amma mən yaxşı oxuyan şagird olmuşam. Hətta fizika müəllimimlə aramızda  bir konflikt olduğuna görə mən müəllimimi dəyişmişəm. Orta məktəbi bitirib ali məktəbə daxil olandan sonrakı dövr də universitetlə, təhsillə, elmlə bağlı olub. Yaşadığım ömrün çox böyük hissəsini elmə həsr etmişəm. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdim, ardınca aspirantura oxudum, universitetdə müxtəlif vəzifələrdə çalışdım. Universitetin aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda fiziki elektronika sahəsində tədqiqatlar apardım. Bu istiqamətdə aldığım elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində, ion mühərriklərində termonüvə reaktorlarında geniş tətbiq olunur.

 

- Sovet təhsili sizə istədiklərinizi verdimi?

- Bəzi qüsurlarına baxmayaraq, sovet təhsil sistemi çox mükəmməl idi. Çünki sovet təhsil sistemində təhsillə tərbiyə paralel aparılırdı. Sovetlər dövründə fizika aparıcı elm sahəsi olduğu üçün bu fənni daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha çox vacibdir. Fikrimcə, fizikanın, kimyanın, riyaziyyatın, biologiyanın tədrisinin metodikası Azərbaycan xalqı üçün daha önəmlidir, nəinki hansısa göy cismində gedən prosesləri öyrənmək və ya  əlamət tapmaq. Göy cisimlərində tapılan hansısa əlamət ola bilsin ki, dünya elminə bir damcı töhfə olar, lakin bunun Azərbaycan xalqına elə də böyük dəxli yoxdur. Dəqiq elmlərin tədrisinin metodikasını öyrənsək Azərbaycan əhalisinin təqribən yarısı bundan faydalana bilər. Mən SSRİ dövründə bir il DanimarkadaFinlandiyada yaşamışam, bu iki kiçik dövlətin hansı səviyyədə inkişaf etdiyinin, insanların necə xoşbəxt yaşadığının şahidi olmuşam. Mən finlandiyalıların, danimarkalıların öz ölkələrində cənnəti qurmalarının şahidi olmuşam. Bunları görəndən sonra DanimarkaFinlandiya ilə Azərbaycan arasında paralellər aparmışam. Bunların hər 3-ü kiçik dövlətlərdir. Həmişə o arzu ilə yaşmışam ki, Azərbaycanda da bu kiçik Danimarkada olduğu kimi bir cənnət qurulsun, cəmiyyətimiz o cür inkişaf edə bilsin. Arzulayırdım ki, Azərbaycan da müstəqil dövlət olsun və inanırdım ki, Azərbaycan xalqı bu fürsəti qazansa biz öz ölkəmizi cənnətə çevirə biləcəyik. Çünki Azərbaycan xalqının öz ölkəsini cənnətə çevirə bilməsi üçün böyük potensialı var. Bu potensialı reallığa çevirmək üçün isə təhsilin səviyyəsi yüksəldilməlidir. Çünki hər bir dövlətin gücü, inkişaf səviyyəsi, insanların xoşbəxtliyi, hətta idarəetmə orqanlarının fəaliyyəti, demokratik və ədalətli cəmiyyət quruculuğu təhsildən birbaşa asılıdır. Təhsil zəifdirsə, avtomatik olaraq, elmin də səviyyəsi aşağı olur. Baxmayaraq ki, elm ən böyük gücdür. Elm olmayanda dövlət də zəif olur, elmsiz qüdrətli dövlət qurmaq çox çətin və bir çox hallarda mümkünsüzdür. Yəni, cənnətin açarı təhsildədir, hansı ölkədə təhsilin səviyyəsi yüksəkdirsə, o ölkə xoşbəxtdir, insanları rahatfiravan yaşayır. Təhsillə bağlı çox böyük düşüncələrim var idi. Bu yaxınlarda Amerika Prezidenti Barak Obama da çıxışlarının birində qeyd etdi ki, təhsilin açarı 40-cı otaqdadır. Bu açarı götürmək çətin işdir. Mən də çalışdım ki, bizim dövlətimiz Danimarka, Finlandiya kimi inkişaf etmiş olsun.

 

- 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra sizin arzuladığınız dövlətin qurulması üçün yaxşı imkan yarandı...

- Əlbəttə, bu tarixi bir fürsət idi. Təəssüf ki, Azərbaycan dövlət müstəqilliyini qazandığı ilk günlərdən o qədər problemlər yarandı ki, biz arzuladığımız dövləti qurmaqda bir çox çətinliklərlə üzləşdik. Ən ciddi problemlərdən biri kimi Qarabağ münaqişəsi ortaya çıxdı, torpaqlarımızın 20 faizi işğal olundu. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişiklikləri yenicə müstəqillik əldə etmiş Azərbaycan dövlətini gücdən saldı, biz uzun illər arzuladığımız azaddemokratik cəmiyyəti qura bilmədik. Əksinə, hər hakimiyyət dəyişikliyi Azərbaycan xalqının potensialını bir qədər də azaldırdı, demokratik dəyərlərin daşıyıcıları olan siyasi komandalar birgə fəaliyyət göstərmək əvəzinə müxtəlif qruplara parçalanaraq cəmiyyəti gücsüzləşdirirdi və bunun nəticəsində Azərbaycanı inkşaf etdirmək, cənnətə  çevirmək imkanları məhdudlaşdırılırdı. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Mahmudov, İsa Qəmbər, Əbülfəz Elçibəy hakimiyyətdə bir-birini əvəzlədikcə xalqın və dövlətin resursları tükənirdi. Məhz belə bir vəziyyətdə biz Azərbaycanın ziyalıları yığışıb Yeni Azərbaycan Partiyasını yaratdıq. O vaxt çox çətinliklərlə Bakıdan Naxçıvana gedib ümummilli lider Heydər Əliyevlə görüşlər keçirirdik ki, ölkəni bu xaosdan xilas etməyin yollarını tapaq.

 

- Sizin həyatınızın bir hissəsi həm də Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Bioqrafiyanızda siyasi fəaliyyət nə dərəcədə önəmli yer tutur?

- Mən elm adamıyam, ömrümü elmə, təhsilin inkişafına həsr etmişəm və özümü heç bir halda elmdən və təhsildən kənarda təsəvvür etmirəm. Amma həyatımın son 25 ili həm də Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Onda mənim heç bağ evimyox idi, amma bağ sahəm vardı, içərisində də kiçik və köhnə bir daxma. Biz bir qrup ziyalı orada oturub ümummilli lider Heydər Əliyevə məktəb hazırladıq. Düz bir gün səhərdən axşamadək o məktubu müzakirə etdik, məsləhətləşdik ki, Heydər Əliyevlə görüşüb Azərbaycanı bu fəlakətlərdən qurtarmaq üçün onu Bakıya dəvət edək. Rəhmətlik Sirus Təbrizli mənə dedi ki, məktubun mətninə təklif olunan  düzəlişləri də edəndən sonra təcili şəkildə Naxçıvana getmək və məktubu Heydər Əliyevə çatdırmaq lazımdır. Məktub tam hazır olandan sonra Naxçıvana getdim, ulu öndər Heydər Əliyevlə görüşdümbundan sonra mənim YAP-dakı siyasi fəaliyyətim artıq bir məsuliyyətə çevrildi. Bununla da həyatımın müəyyən bir hissəsi YAP-ın quruculuğunda iştirak etməkdən ibarət oldu. Tale elə gətirdi ki, Azərbaycanın xaosdan qurtulması missiyası ulu öndər Heydər Əliyevin üzərinə düşdü. Böyük təcrübəyə, geniş dünyagörüşünə malik Heydər Əliyev özü bir fenomen, dahi şəxsiyyət idi. Biz anlayırdıq ki, Azərbaycanı bu çətinlikdən yalnız onun parlaq zəkası ilə verilmiş qərarlar xilas edə bilər. Ona görə də həyatımın son 25 ilini elmi fəaliyyətimlə yanaşı, Heydər Əliyevin parlaq ideyalarının təşəkkül tapmasına, Ümummilli Liderin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik cəmiyyətin qurulması sahəsindəki ideyalarının gerçəkləşməsinə sərf etdim. Eyni zamanda elmlə, təhsillə məşğul oldum, aspirantlar yetişdirdim, təhsil qanunvericiliyinin hazırlanmasına böyük əmək sərf etdimindi sevinirəm ki, əməyim hədər getməyib. Son illər təhsil sistemində aparılan islahatlara, Təhsil Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə baxanda görürəm ki, uzun illər bu sahədə üzt-üstə yığılıb qalmış problemlər tədricən öz həllini tapır. İnanıram ki, yaxın gələcəkdə bu sahədə daha böyük irəliləyişlər olacaq. Amma bir şərtlə ki, proses dayanmasın, dövlət də, cəmiyyət də təhsilin səviyyəsinin yüksəldilməsi üçün dəstəyini davam etdirsin.

 

Elxan Salahov, “İki sahil

İki Sahil.- 2016.- 30 iyun.- S.6.