Ədalət gözləyən tariximiz
Heydər Əliyevin 1960-1970-ci illərdə
erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə
yönəlmiş məkrli planlarına qarşı qətiyyətli
mübarizəsi
1813-cü ildə Gülüstan, 1828-ci ildə isə
Türkmənçay müqavilələrinin imzalanması ilə
Azərbaycanın tarixi və əzəli torpaqlarının
bölünməsi başa çatmadı, əksinə ərazilərimizin
zorən qoparılması prosesi düşmən qüvvələrin
himayəsi, təhriki və bilavasitə iştirakı ilə
ardıcıl xarakter aldı və davam etdi. Bir çox
qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli
şəkildə Azərbaycan torpaqlarına
köçürülməsinə başlandı və azərbaycanlıların
dədə-baba yurdlarında "erməni vilayəti"
adlandırılan qondarma inzibati ərazi bölgüsü
yaradıldı. Daha sonra isə "böyük Ermənistan"
xülyası təbliğ olunmağa başlanıldı və
bu məqsədlə kökündə vəhşət və
terrorun dayandığı müxtəlif erməni təşkilatları
meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin
Azərbaycan xalqının məhv edilməsi və onun
torpaqlarının qəsb olunması istiqamətində daha məkrli
və məqsədyönlü siyasətinin bünövrəsi
qoyuldu.
XIX əsrin əvvəllərindən
başlayaraq işğalçı müharibələr nəticəsində
Azərbaycan iki hissəyə bölündükdən sonra
çar Rusiyasının tərkibinə daxil edilən
Şimali Azərbaycana, tarixi etnik türk və müsəlman
torpaqlarına, xüsusən Naxçıvana, İrəvana və
Yelizavetpol quberniyalarının dağlıq ərazilərinə,
indiki Dağlıq Qarabağa əsrlər boyu
formalaşmış demoqrafik vəziyyəti pozan, əlverişli
iqtisadi imkanlar qazanaraq milli münasibətləri kəskinləşdirən,
Cənubi Qafqazda imperiya-müstəmləkəçilik siyasətinin
aləti olan və "qoy özümə yer edim, gör sənə
nə edərəm" prinsipini bayraq edən ermənilər
tərəfindən az keçməmiş azərbaycanlılara,
eləcə də burada yaşayan digər xalqlara, o cümlədən
kürdlərə, ləzgilərə, avarlara, ruslara, yəhudilərə,
talışlara və digərlərinə qarşı
amansız qətliamlar törədilmişdir.
Sonrakı dövrlərdə, xüsusilə 1905-1907 və
1917-1918-ci illərdə xarici qüvvələrin və siyasi
dairələrin köməyi ilə erməni-daşnak
silahlı birləşmələri tərəfindən Azərbaycan
torpaqlarının demək olar ki, hər tərəfində
soydaşlarımıza qarşı açıq şəkildə
genişmiqyaslı qanlı aksiyalar, soyqırımları həyata
keçirildi. Bu qırğınlara bir çox xarici ölkələrlə
yanaşı, Rusiya imperiyası tərəfindən göz
yumulur, hətta rəvac verilirdi. Qısa müddət ərzində
erməni-daşnak qaniçənlərinin hərbi təcavüzləri
və terrorları nəticəsində yüz minlərlə
azərbaycanlı əhalisi kütləvi qırğına məruz
qaldı, zorla öz torpaqlarından didərgin salındı, əmlakları
talan olundu.
Çar Rusiyasında sosial-siyasi proseslər gərginləşdiyi
bir zamanda, xüsusən 1905-1907-ci illərdə, Birinci
Dünya müharibəsi dövründə erməni-daşnak
silahlı dəstələri əvvəlcə imperiyanın
müxtəlif yerlərində hərbi əməliyyatların
gedişində, daha sonra isə 1918-1920-ci illərdə qədim
Azərbaycan torpağı olan indiki Ermənistanın ərazisində,
Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Borçalıda
türklərə, azərbaycanlılara, müsəlmanlara
qarşı soyqırımları törətdilər. Birinci
Dünya müharibəsi illərində Bakı,
Naxçıvan, Gəncə, İrəvan və digər
şəhərlərə rus-türk cəbhəsindən
qaçqın adı ilə gələn və yerləşdirilən
silahlı ermənilər sonrakı illərdə həmin
soyqırımlarda xüsusi rol oynadılar.
Yalnız 1918-ci ilin may ayında Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması və sonrakı fəaliyyəti
nəticəsində bu amansız qırğınların, qətliamların
qarşısını az da olsa almaq mümkün oldu. Qeyd etmək
yerinə düşərdi ki, həmin illərdə ermənilərin
bir hissəsi bolşeviklərlə əməkdaşlığa
girərək bu qırğınları törətdiyi bir
vaxtda, digər bir hissəsi də ehtiyat variant kimi, yəni
bolşeviklərin hakimiyyəti uzunmüddətli
olmayacağı təqdirdə hər ehtimala qarşı digər
xarici qüvvələrlə danışıqlar aparır və
hər iki qrup öz hərəkətlərini bir-biriləri
ilə əlaqəli şəkildə qururdular.
Zaqafqaziyada bolşevik hakimiyyəti bərqərar olduqdan
sonra da ermənilər öz çirkin ambisiyalarından və
niyyətlərindən əl çəkməyərək
yaranmış şəraitdən məharətlə istifadə
etməyə nail oldular. Belə ki, daşnakların fəaliyyəti
və bolşevik diktaturasının təzyiqləri nəticəsində
1920-ci ildə Azərbaycanın bütövlükdə Zəngəzur
vilayəti və ayrı-ayrı bölgələrindən
qoparılmış ərazilər onsuz da əzəli Azərbaycan
torpaqlarında süni yaradılmış qondarma Ermənistan
SSR-yə "hədiyyə" edildi. Bu, Azərbaycan
üçün İrəvan şəhərinin Ermənistana
verilməsindən sonra ən böyük torpaq itkilərindən
biri idi.
Arayış: "1918-ci il mayın 29-da Həsənbəy
Ağayevin sədrliyi ilə Müsəlman Milli
Şurasının ikinci iclası keçirildi. İclasda
xalqımız üçün taleyüklü bir məsələ
olan və bu gün də müxtəlif fikirlər doğuran
İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt
edilməsi məsələsi müzakirə olundu.
Şuranın üzvü Fətəlixan Xoyski Ermənistanla
Azərbaycan arasında sərhəd məsələləri
barədə Şuranın üzvləri ilə Ermənistan
Milli Şurasının üzvləri arasında
aparılmış danışıqlar haqqında məlumat
verdi. F.Xoyski qırğınların dayandırılması məqsədilə,
məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini
yaratmaq üçün İrəvanın Ermənistana
güzəştə gedilməsinin qaçılmaz
olduğunu bəyan etdi. Bu məsələ ilə
bağlı X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov
və M.Məhərrəmov çıxış edərək
İrəvanın Ermənistana güzəştə gedilməsinin
tarixi zərurət, lakin bizim üçün
qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər.
28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin
lehinə, bir nəfər əleyhinə səs verdi, 3 nəfər
isə bitərəf qaldı (Azərbaycan
Respublikasının Dövlət Arxivi (ARDA) - s. 1, iş 1, vərəq
51-52., Paşayev A.Ə. "XIX-XX əsrlərdə ermənilərin
azərbaycanlılara qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar", Bakı:
Çaşıoğlu, 2011, səh.104).
Maraqlıdır ki, 1918-ci ilin mayına olan məlumatlara əsasən
qədim, tarixi-etnik Azərbaycan torpaqlarında qurulmuş Ermənistan
400 min əhalisi olan iki qəzadan - İrəvan və
Üç kilsə qəzalarından ibarət idi ki, onun da əhalisinin
yarıdan çoxu müsəlman idi (Bolğşaə
Sovetskaə Gnüiklopediə - t.I, t III, M. 1926, c. 437).
Azərbaycan sovetləşdikdən sonra bolşevik cildində
respublikaya qayıdan erməni daşnakları müxtəlif
partiya və hakimiyyət orqanlarında məsul vəzifələr
tutaraq antiAzərbaycan fəaliyyətlərini yeni siyasi
quruluşun şüarları ilə pərdələnmiş
halda gizli və qəddarlıqla davam etdirirdilər.
Sovet-bolşevik hakimiyyəti qurulduqdan
sonra xaricə qaçmış yüzlərlə
daşnakın nəinki Ermənistana, hətta Azərbaycana
qayıtmasına 1920-1930-cu illərdə icazə verilsə də,
mühacir azərbaycanlıların müvafiq istəkləri
yerinə yetirilmədi. Məsələn, hələ RK(b)P MK
siyasi bürosunun 1923-cü il 22 noyabr tarixli iclasında
(protokol ¹47) SSRİ xalq xarici işlər
komissarının müavini M.Litvinovun təqdimatı əsasında
Türkiyədən olan qaçqın ermənilər
haqqında məsələ müzakirə edildi. Qərarda 10
min nəfər erməninin Türkiyədən SSRİ
hüdudlarında qəbul olunmasına etiraz edilmir, eyni zamanda
bu işin dövlət büdcəsi tərəfindən
maliyyələşdirilməməsi qeyd olunurdu. Nəticədə
gələn ermənilərin bir hissəsi Azərbaycana yerləşdirildi
(Rossiyskiy qosudarstvennıy arxiv soüialğno-politiçeskoy
istorii (RQASPİ), f 17, op.3, d.395, l.1).
1920-ci ilin aprel işğalına qədər Azərbaycan ərazisi,
əhalisi, hətta dünyanın söz sahibi olan aktorları
səviyyəsində tanınan sərhədlərə malik
idi, milli hökumətini də qura bilmişdi. Sovet
dövründə isə Azərbaycan əslində
SSRİ-nin tərkibində müstəqilliyi və müttəfiqliyi
formal olan on beş sovet respublikalarından biri idi.
Sözsüz ki, belə bir şəraitdə Azərbaycanın
dövlət suverenliyindən söhbət gedə bilməzdi.
Çünki hətta bəzən məhəlli səviyyədə
həll oluna biləcək məsələlər
üçün də göstərişlər Moskvadan
verilirdi.
SSRİ-nin tərkibinə qatıldıqdan sonra Azərbaycanda
aparılan məqsədyönlü siyasi-ideoloji fəaliyyət
və təbliğat nəticəsində ermənilər tərəfindən
on illərlə xalqımıza qarşı törədilmiş
amansız qətliamların və soyqırımların azərbaycanlıların
yaddaşından silinməsi, dövlət arxivlərdən isə
bunu sübut edən tarixi-faktoloji sənədlərin məhv
edilməsi siyasəti həyata keçirilirdi. Digər tərəfdən,
erməni-daşnak qüvvələri hiyləgərliklə
öz havadarlarının bilavasitə köməyi ilə mənfur
ilhaqçılıq siyasətlərinin gələcəkdə
davam etdirilməsi üçün zəmin yaradırdılar.
Azərbaycanın Qarabağ və ətraf ərazilərinə
ermənilərin köçürülməsi də
planlı şəkildə davam etdirilirdi. Nəhayət,
1923-cü ildə Azərbaycanın tərkibində əndrabazi
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı ərazi
vahidi yaradıldı.
Ermənilər bundan sonra da tədbirli şəkildə fəaliyyətlərini
davam etdirərək, istər keçmiş ittifaq rəhbərliyi
yanında, istərsə də bəzi xarici ölkələrdəki
siyasi dairələrdə cidd-cəhdlə özlərinin
mifik yazıq və məzlum obrazlarını yaradır,
çirkin niyyətlərini həyata keçirmək məqsədilə
münbit şəraitin yetişməsini gözləyirdilər.
Belə bir böyük imkanı erməni-daşnak qüvvələri
İkinci Dünya müharibəsi qurtardıqdan sonra əldə
etməyə nail oldular. Azərbaycan xalqı əsassız erməni
iddiaları ilə üz-üzə qaldı. Erməni-daşnak
başbilənləri Azərbaycana qarşı əsassız ərazi
iddiaları irəli sürməyə başladılar. Ermənistan
KP MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Moskvaya məktub
yazaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
məsələsini qaldırdı. (Azərbaycan
Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar
Dövlət Arxivi (ARSPİHDA), - f.1, siy.169, iş 249, v.5-14.
M.Qasımlı. "Heydər Əliyev - istiqlala gedən
yol", Bakı Universiteti nəşriyyatı, 2006, səh.59).
Lakin bu plan baş tutmadı. Belə olduqda erməni
dairələri başqa
bir varianta əl atdılar.Onlar xaricdəki ermənilərin
repatriasiyasına - Ermənistana
qayıtmasına icazə
verilməsini mərkəzdən
xahiş etdilər. O vaxtlar bu məsələlərin
həllində "soyuq
müharibə"nin başlamasının və vüsət
almasının da müəyyən mənada
rol oynadığını
desək yanılmarıq. Belə ki,
daim Azərbaycana və xalqımıza dəstək olan Türkiyə Cümhuriyyətinin
ərazisi istiqamətindən
Şimali Alyansın -
NATO-nun özünün cənub
sərhədlərinə yaxınlaşdığını
görən Sovet rəhbərliyi həmin istəyi həvəslə
yerinə yetirdi. Heç şübhəsiz, SSRİ rəhbərliyində
çalışan erməni
siyasi nomenklaturası da bu işdə
mühüm rol oynayırdı. Beləliklə, erməni-daşnak dairələri
qarşılarına qoyduqları
üç vəzifədən
birini reallaşdırdılar. Bu repatriasiya oyununda
vaxtilə qaçmış
daşnakların və
digər erməni
"təşkilatlarının" üzvlərinə də Ermənistana köçməyə
icazə verildi.
Bundan sonra məkrli planın ikinci mərhələsinə rəvac
verildi. Belə ki, "köçürülən
ermənilərin yerləşdirilməsi
üçün lazımi
şərait olmadığından"
Ermənistandakı tarixi
torpaqlarında, xüsusən
Türkiyə ilə sərhəddə yaşayan
azərbaycanlıların məcburi
köçürülməsi məsələsi qaldırıldı. SSRİ rəhbərliyi bu "zərurəti"
də nəzərə
aldı.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 ¹-li və 1948-ci il 10 mart tarixli 754 ¹-li qərarlarına
uyğun olaraq azərbaycanlılar 1948-1953-cü illərdə planlı şəkildə, lakin başqa, təsərrüfat
quruculuğu adı altında Azərbaycanın
iqlim cəhətdən
əlverişsiz olan aran rayonlarına köçürüldülər. 1948-ci ildə 24 min 631 nəfər,
1949-cu ildə 54 min 373 nəfər,
1950-ci ildə 65 min 650 nəfər
azərbaycanlı tarixi-etnik
torpaqlarından - Ermənistandan
deportasiya edildi (Azərbaycan Respublikası
Dövlət Arxivi
(ARDA) - f.28, siy.1, iş 185, v.1-8, M.Qasımlı."Heydər Əliyev - istiqlala
gedən yol", Bakı Universiteti nəşriyyatı, 2006, səh.59).
Beləliklə, 1917-ci ilin sonlarından
1918-ci ilin mart ayınadək
İrəvan quberniyasında
azərbaycanlılara qarşı
kütləvi soyqırımı
həyata keçirərək
198 kəndi yerlə-yeksan
edən, əhalisini qaçqına çevirən
erməni terrorçu
dəstələrinin fəaliyyətini
artıq başqa formada və üslubda davam etdirən erməni-daşnak
kommunistləri sovet hakimiyyəti illərində
istəklərinin yerinə
yetirilməsinə rəsmi
qərarlarla nail oldular. Ermənistanın əksər rayonlarında
yaşayan azərbaycanlı
əhalinin doğma torpaqlarından zorla Azərbaycanın "Kür-Araz"
ovalığına köçürülməsi
barədə qərarın
qəbul edilməsi ilə Azərbaycan xalqının faciəvi kütləvi deportasiyası
başladı. Beynəlxalq humanitar hüquq normalarına, xüsusilə Beynəlxalq
Cinayət Məhkəməsinin
Nizamnaməsinin müddəalarına
əsasən - "Forced-migration of
people" - "Əhalinin zorla köçürülməsi",
"İlleqal deportation or resettlement"
- "Qanunsuz deportasiya
və ya köçürülmə" kimi hərbi cinayətlər hesab edilən, heç bir mənəvi və bəşəri çərçivəyə sığmayan bu amansız zorakılıqlar nəticəsində
qısa müddət ərzində 150 mindən
çox azərbaycanlı
öz yurdundan didərgin salındı. Deportasiya elə vəhşiliklə həyata
keçirilirdi ki, hətta azərbaycanlılar evlərindən heç bir əşya götürməyə macal
tapmadan doğma
yurdlarını tərk
etməyə məcbur
edilirdilər.
Yeni erməni talanları ilə planın üçüncü mərhələsi
başlandı.
SSRİ-dəki
erməni-daşnak dairələri
və siyasi nomenklaturası Mərkəzi
rəhbərliyin yanında
müxtəlif təbliğat
və təşviq işləri aparmaqla yanaşı, ikili oyun oynayırdılar. Onlar SSRİ ərazisində
təxribatlar yaratmaq məqsədilə bir çox xarici ölkələrin siyasi mərkəzləri və
xüsusi xidmət orqanları ilə gizli şəkildə əməkdaşlıq edir,
onlardan maliyyə və digər yardımlar alırdılar
(AR MTN arxivi).
"Soyuq müharibənin"
qızışdığı bir dövrdə xarici ölkələrin siyasi dairələri və xüsusi xidmət orqanları üçün isə
SSRİ ərazisində bu
təxribatların əsas
hədəfinin kim olduğu və nəyə
qarşı yönəldiyinin
mahiyyətinin elə də əhəmiyyəti
yox idi. Əsas məqsəd
sovetlər ittifaqını
zəiflətmək idi. Elə bu baxımdan da ən yaxşı
alət ermənilər
hesab olunurdu.
Eyni zamanda, bəzi beynəlxalq dairələrin
dəstəyi ilə ermənilər həmişəki
kimi özləri barədə yazıq, məzlum xalq imici yaratmaq istiqamətində fasiləsiz
fəaliyyətlərini davam
etdirirdilər. Erməniçiliyin güclü təbliğatı
nəticəsində hər
bir əlverişli imkanda azərbaycanlılara
qarşı törədilən
vəhşiliklər ermənilərə
qarşı törədildiyi
kimi təqdim olunurdu. Digər tərəfdən, nəinki SSRİ-nin, hətta Azərbaycanın
bir çox dövlət orqanlarında
ermənilər vəzifələrə
irəli çəkilir,
xalqın taleyi onların ixtiyarına buraxılırdı. Həmin ermənilər
onlara həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əl altından məkrli məqsədlərini
tədricən həyata
keçirir, Azərbaycan
xalqının vətənpərvər,
ziyalı nümayəndələrini,
say-seçmə oğul
və qızlarını
müxtəlif adlarla şərləyərək məhv
edir, təcavüzkar və qəsbkar planlarının realizəsi
üçün yeni-yeni
zəmin hazırlayırdılar.
Həmin dövrdə ermənilərin
təbliğatının bir
hissəsini də tarixin saxtalaşdırılaraq
saxta erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi,
barbar bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif
səpkili əsərlərin
yazılması, bu yalanların reallıq kimi bilərəkdən orta məktəb dərsliklərinə salınmasının
təşkili, bununla da planlarının növbəti mərhələsini
həyata keçirmək
məqsədilə erməni
gəncləri arasında
ifrat millətçiliyin
və düşmənçiliyin
təbliğ edilməsi
idi. Azərbaycan isə bu xain niyyətlərdən xəbərsiz kimi bütün səviyyələrdə
erməni xalqı ilə qardaşlığı
tərənnüm edən
təbliğatın aparılmasına
məcbur edilirdi.
Erməni-daşnak qüvvələri öz təbliğatlarının müəyyən
nəticələr verməsindən
və SSRİ rəhbərliyi
tərəfindən onların
işlərinə heç
bir maneçiliyin olmamasından, eyni zamanda müəyyən xarici dairələrin yardımından ruhlanaraq,
1950-ci ilin sonlarından
etibarən azərbaycanlılara
qarşı yeni təxribatlar dalğasına
başlamaq qərarı
verdilər. Əsas məqsəd isə
qısa müddət ərzində azərbaycanlılarla
ermənilər arasında
milli zəmində nifaq salmaqla, havadarlarının dəstəyi
ilə soydaşlarımızın
yenidən zorla doğma torpaqlarından qovulmasını təşkil
etmək, Naxçıvan,
Qarabağ və ətraf əraziləri Ermənistana birləşdirmək
kimi geniş bir plan dayanırdı. Ən acınacaqlısı
isə bu idi ki, təxribatlara
nəinki Ermənistanda,
hətta Azərbaycanın
müxtəlif bölgələrində
də start verilmiş,
bunun üçün
ən ağla-gəlməz
forma, metodlardan və şəxslərdən istifadə
edilmişdir (AR MTN arxivi).
1959-cu il oktyabrın 12-də Gəncə şəhərində
naməlum şəxslər
tərəfindən erməni
dilində anonim vərəqələr yayılmağa
başladı. Vərəqələrdə erməni milliyyətindən
olan şəxsləri
işə çıxmamağa
çağırmaqla yanaşı,
azərbaycanlılara qarşı
nifrət, kin və böhtan xarakterli çağırışlar səslənirdi.
Aparılmış yoxlama tədbirləri
zamanı məlum olur ki, həmin
vərəqələr 1927-ci ildə Xocavənd (keçmiş Martuni) rayonunda anadan olan, cəmi 8 sinif bitirən, Gəncə şəhərində
tikinti avadanlıqları
zavodunda fəhlə işləyən, milliyyətcə
erməni Arakelyan Arutyun Ervandoviç tərəfindən hazırlanaraq
yayılması təşkil
edilib. A.Arakelyan dövlət təhlükəsizlik
orqanlarının əməkdaşları
tərəfindən saxlanılır. O, dindirilərkən vərəqələri öz
təşəbbüsü ilə hazırladığını
və yaydığını
bildirir. Həmin vaxt mərkəzi
hakimiyyət "bütün
xalqların doğma vətəni olan - sovetlər ölkəsi"ndə
milli zəmində hər hansı məsələnin səs-küyə
səbəb olmasında
maraqlı deyildi. Buna görə A.Arakelyan
profilaktik söhbət
edildikdən sonra sərbəst buraxılır.
1962-ci ilin
əvvəllərində Xankəndidə
ermənilərlə azərbaycanlılar
arasında milli zəmində qarşıdurma
yaratmaq məqsədilə
naməlum şəxslər
tərəfindən şayiələr
yayılır ki, Xankəndidə yerləşən
tikiş fabriki Şəki İpək Kombinatının, avtobaza isə Ağdam şəhər avtobazasının
tabeliyinə verilir. Guya bu məsələlər erməni
əhaliyə qarşı
yönəlib. Buna görə qeyd edilən müəssisələrdə
işləyən ermənilər
kütləvi iğtişaşlara
və azərbaycanlılardan
qisas almağa çağırılır.Həmin ildə baş verən digər təxribatda isə Qarabağın erməni əhalisi arasında sorğu keçirilir ki, guya əhalinin
böyük əksəriyyəti
Qarabağın Ermənistana
birləşdirilməsini tələb
edir və bu barədə imza toplanılır.
Azərbaycan dövlət təhlükəsizlik
orqanları tərəfindən keçirilmiş yoxlama tədbirləri
zamanı qeyd olunan şayiələrin 1924-cü ildə
Ağdərə (keçmiş Mardakert) rayonunun Qarakənd kəndində
anadan olan, həmin vaxt Xankəndi (keçmiş Stepanakert)
avtobazasında fəhlə işləyən Asriyan Sergey
Saqomonoviç tərəfindən yayıldığı məlum
olur. Bununla belə müəyyən edilir ki, o, həqiqətən
də Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə
imza toplamaqla məşğul olub. Saxlanılarkən ondan 43 nəfərin,
o cümlədən Asriyanın qohumları və bir neçə
iş yoldaşının adının olduğu siyahı da
götürülür.
A.
VAQİFLİ,
Milli Təhlükəsizilk Nazirliyinin
əməkdaşı
İki sahil.- 2016.- 4, 5, 6 may.- S.6; 7; 4.