Heydər Əliyevin dövlət quruculuğu

siyasətində multikulturalizm amili

 

Bütün fəaliyyəti dövrlərində Azərbaycan xalqına sədaqət və ləyaqətlə xidmət etmiş Heydər Əliyevin yalnız bir məqsədi – amalı olmuşdur: Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının sosial-rifah halını yüksəltmək, ölkəmizi irəliyə, xoşbəxt gələcəyə aparmaq. Bu yolda ulu öndərimizin  Azərbaycan xalqı qarşısında xidmətləri misilsiz və əvəzolunmazdır.

 

Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında zəngin idarəçilik təcrübəsi, dahiyanə uzaqgörənlik, tükənməz enerji, misilsiz təşəbbüskarlıq Heydər Əliyevi başqalarından fərqləndirən əsas cəhətlər idi. Doğma xalqının böyük təəssübkeşi olan ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə xalqın intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Ölkəmizə otuz ildən çox rəhbərlik etmiş  Heydər Əliyevin fəaliyyət dövrü xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu dövr Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın özünün təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması ilə əlamətdardır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan bu kəşməkəşli və şərəfli yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlamışdır.

Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü – 1969-1982-ci illəri əhatə etmişdir və həmin illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.

Baş verən dəyişikliklərin miqyasına, iqtisadisosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə bu dövr Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmışdır. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin səyi nəticəsində SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Xalqımızı Azərbaycan üçün mühüm tarixi əhəmiyyət daşıyan həmin qərarların icrasına səfərbər edən Heydər Əliyev  doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparmışdı.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunmasının təməli məhz həmin  illərə söykənir.

Qarşıya konkret məqsədlər qoyaraq insanları bu məqsədlər naminə səfərbər edən və qüvvələri səmərəli şəkildə istiqamətləndirən  Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhətlərindən biri də, bu böyük şəxsiyyətin məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilməsi idi.  Məhz Heydər Əliyevin müdrikliyi və əzmkar fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərdən birini tuturdu. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri də Azərbaycan idi. Bu gün ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri də məhz o illərdə — 1970-ci illərdə yaradılmışdı.  Həmin illərdə bütün səylər Azərbaycanda yeni müəssisələrin, fabrik  və zavodların yaradılmasına, yolların, həmçinin dəmir yollarının salınmasına istiqamətlənmişdi.

Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının bu dahi insana bəslədiyi inamı və məhəbbəti ilə dəyərləndirildi.  Bu məhəbbət, bu günmilyonlarla azərbaycanlının qəlbində yaşayır və yaşayacaqdır.

1982-ci ilin sonlarında  isə Heydər Əliyev Moskvaya dəvət olunduSovet İttifaqının Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi. Təbii ki, Heydər Əliyev o zaman  Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi və Sovet İttifaqı tarixində ilk dəfə olaraq azərbaycanlı ən məsul, ən vacib vəzifələrdən birinə təyin edilirdi. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox işlər görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Heydər Əliyevin 1982-1987-ci illərdə fəaliyyəti zamanı  Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar və qətnamələr qəbul edilmiş, respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdı.

Lakin buna baxmayaraq, Heydər Əliyevin o vaxt Azərbaycanda yoxluğu, respublikanı çox böyük problemlərlə qarşı-qarşıya qoydu. 1987-ci ildə Mixail Qorbaçovun avantürist siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev Moskvada tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın yeni faciələri başlandı. Yenidənqurma pərdəsi altında respublika iqtisadiyyatı məhv edildi. Fərsiz rəhbərlərin bir-birini əvəzlədiyi Azərbaycanda xaos, hərc-mərclik, anarxiya geniş vüsət aldı.

Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. Bir yandan Dağlıq Qarabağ hadisələri, digər yandan da ölkədə sonu görünməyən hakimiyyət uğrunda mübarizə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirmişdi.

1987-1993-cü illər ərzində Azərbaycanın demək olar ki, bütün rayon və şəhərlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, kütləvi itaətsizlik hökm sürürdü. Azərbaycanın xilasını Heydər Əliyevdə görən xalq seçimini edərək, özünün həlledici sözünü dedi: “Azərbaycanı ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər”.

O vaxt xalqımızın, müstəqilliyimizin, suverenliyimizin  taleyi həll olunurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Bu vəziyyəti dərk edən  Azərbaycan xalqı öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə, vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərk-silah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başladı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik və s. ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsası qoyuldu.

Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olmaqla  yanaşı, həm də müasir Azərbaycan parlamentinin banisidir. 1993-cü il iyun ayında  xalqın təkidi və tələbi ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev  ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq, aşkarlıq prinsipinə üstünlük verdi. Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğunda, yeni hüquq sistemində, insan hüquq və azadlığı sahəsində mühüm qərarlar qəbul edildi.

Burada Heydər Əliyev – parlament işbirliyinin ən uğurlu layihəsi kimi, ölkə Konstitusiyasının qəbulunu  qeyd etmək lazımdır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. Ümummilli liderimizin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni 1995-ci ilin 12 noyabr tarixində keçirilən referendumdaümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik olan sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.

Onu da qeyd etmək lazımdır ki, 1993-cü ildən 2002-ci ilədək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-nin təşəbbüskarı Heydər Əliyev olmuşdur.

Heydər Əliyevin ölkəyə rəhbərliyi zamanı Azərbaycan Respublikasının iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri də müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. “Əsrin müqaviləsi” adı ilə bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun reallaşması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Qürur hissi ilə qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”  layihəsi üzrə işlərin həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri də əvəzsizdir və bu gün də işlər onun rəhbərliyi ilə böyük uğurla davam etdirilir.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin zəngin əmək fəaliyyətinə nəzər salarkən, görə bilərik  ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə etmiş, birmənalı olaraq ölkənin bütün sahələrinin inkişafının təməlini qoymuşdur. Heydər Əliyevin müdrik  siyasəti cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə etməklə vətəndaşların dinindən, dilindən, irqindən asılı olmayaraq hüquq və azadlıqlarını, onların çoxmədəniyyətlilik ənənələrini müdafiə edir, ölkəmizdə multikultural dəyərlərə son dərəcə əhəmiyyətli yer verir.

Dünya təcrübəsi göstərir ki, multikulturalizmi qəbul etməyən ölkələr üçün yaxşı heç nə gözlənilmir. Bu gün dünyanın müxtəlif, hətta inkişaf etmiş ölkələrində belə, baş verən münaqişələrin böyük əksəriyyətinin kökündə milli, dini qarşıdurmalar ilk sırada gəlir. Bunun əsas səbəbi isə həmin ölkələrin multikulturalizmi lazımi səviyyədə qəbul etməmələri və ya başqa xalqlara məxsus dini, milli, mədəni dəyərlərə dözümsüzlük nümayiş etdirmələridir.

Bu, bir faktdır ki, Azərbaycan gerçəkliyinə tamamilə yad olan  ayrı-seçkilik, islamofobiya, ksenofobiya kimi təhlükəli amillər bəşəriyyət tarixində hər zaman sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmuşdur. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin etmiş, dini mədəniyyətin və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoymuşdur. Multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etmiş Heydər Əliyev Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirmişdir.

Azərbaycanda dinindən, dilindən, irqindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin  bərpası və təmiri, bütün bunlar Azərbaycan reallıqlarının bariz nümunəsidir. Məscid, kilsə və sinaqoqların böyük diqqət və qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arasında dərin hörmətehtirama söykənən münasibət hökm sürür.

Təməli ulu öndərimiz tərəfindən qoyulmuş multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün  uğurla davam etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışları zamanı, multikulturalizm məsələsinə mütləq olaraq yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin  müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili ölkəmizdə “Multikulturalizm ilielan etmişdir. Ölkə başçısı Azərbaycanda “Multikulturalizm ilielan edərkən  xalqımızın tarixi kökündə formalaşanyaşayan mənəvi, elmi, siyasi mənbələrə söykənmiş və bu ili, insanların bir-birinə mərhəmət, şəfqət göstərməsi, bir-birinə münasibətinin xoş olması ili kimi qeyd etmişdir.

Müstəqil dövlətçiliyimizin banisimüasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmlə bağlı fikirlərini bu cür ifadə etmişdir:  “...Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət, başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir”.

 

Əli HÜSEYNLİ,

Milli Məclisin komitə sədri

 

Xalq qəzet.- 2016.-8 may.-S.6., İki sahil.- 6 may.- S.21.