Azərbaycanın Dostları Assosiasiyası BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı bəyanat yayıb

 

Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyaların Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında keçirilən VII Qlobal Forumunda iştirak edib.

Nümayəndə heyətinin üzvləri Bakıda keçirilən VII Qlobal Forumla bağlı bəyanat yayıblar.

Bəyanatda nümayəndə heyətinin üzvləri Azərbaycanda hər bir etiqada nümunəvi hörməti və ölkədə müsəlman, xristian və yəhudilərin mehriban birgəyaşama təcrübəsini nəzərə alaraq VII Qlobal Forumun Bakıda keçirilməsi seçimini alqışlayırlar. 147 ölkədən 4000–dən çox nümayəndənin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etdiyi vurğulanaraq BMT-nin Forumla bağlı bəyanatı nümayəndə heyətinin bəyanatına əlavə edilib.

Bildirilir ki, Fransa nümayəndə heyəti üzvlərinin Forum çərçivəsində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də parlamentarilər ilə görüşləri keçirilib. Görüşlərdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 854, 874 və 884) baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuonun ətrafındakı 7 rayonunun işğalına son qoyulması üçün Fransanın rolu haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Fransaya olan böyükdost maraqlarına cavab olaraq nümayəndə heyətinin üzvü JanLuk Reitzer Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhəri ilə bir hissəsi hələ də Ermənistanın işğalı altında olan Füzuli rayonunun cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən Horadiz şəhəri arasında qardaşlaşmadostluq xartiyasının imzalanması mərasimi ilə səfəri yekunlaşdırdığı qeyd olunur.

Nümayəndə heyətinin üzvləri bu səfər çərçivəsində neftin qiyməti düşəndən sonra əhalinin həyat səviyyəsinin və Fransada yayılan şablon ideyaların əksinə olaraq demokratiyanın daim təkmilləşməsi istiqamətində Azərbaycan hökumətinin reaktivliyinin şahidi olduqlarını diqqətə çatdırırlar.

Bəyanatı keçmiş deputat, Yvelines Departamenti Şurasının sədr müavini Cesil Dümulen, Tyr–ın qorunub saxlanması Fondunun sədri, UNESCO-nun xoşməramlı səfiri Maha Şalabi, Kadourra Filantrop Fondunun sədri və HARVARD Şurasının üzvü Maha Kaddura, yazıçı, Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun üzvü Jan Pyer Allali, Paprec-in sədr müavini Klod Solarz, Parisin 6-cı rayonunun meri, İle de France-ın regional müşaviri Jan-Pyer Lökok, Altkirch şəhərinin deputatı və meri Jen-Luk Reitzer, deputat, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel imzalayıblar.

 

İki sahil.- 2016.- 12 may.- S.10.