Mixək əkdim ləyəndə...
Şifahi xalq ədəbiyyatında
da insan sağlamlığına faydaları haqqında
yazılan mixəyin ədviyyatlar arasında ilk sıralarda
dayanması təsadüfi deyil
Mixəkdən
çay kimi istifadə ilə yanaşı həm də yeməklərə
xüsusi bir dad vermək üçün istifadə edilir..
Çox güclü bir aromaya sahib olan mıxəkdən tibbdə
də istifadə olunur. Mixəyin qoxusu kimi onun fayda və zərəri
də kəskindir. Bir çox qorxulu xəstəlikdən
qorunmaq üçün mıixəkdən kömək istəmək
olar. Düzgün və mütəmadi istifadə edildikdə
çox faydalıdır. Mixək
çox qədim zamanlardan bəri insanlar tərəfindən
qəbul edilən və xəstəliklərin müalicəsində
stifadə olunan bir bitkidir. B6, omeqa 3, omeqa 6 vitaminləri ilə
zəngin olmaqla yanaşı, yaxşı kalsium, magnezium kimi
maddələri özündə toplayır.
Mixəyin sağlamlığa
faydaları
Bildiyimiz
kimi, mixəyin ağrıkəsici xüsusiyyəti var.
Çox kəskin diş ağrıları zamanı tez bir
zamanda ağrını aradan qaldırır. Buna görə məhz
diş məcunlarının tərkibində mixək olur.
Bununla yanaşı, antioksid maddəsinin bolluğuna görə
xərçəngin müalicəsində, nəfəs yolu xəstəliklərində
istifadə edilir, saçların və dırnaqların
möhkəmlənməsinə kömək edir.
Mixək sinuzitə (haymorit) müalicə
edir
Xüsusilə
haymorit problemi olan insanlar qış aylarında kəskin
baş ağrıları ilə qarşılaşırlar.
Mütəxəssislər mixəyin haymoriti təmizləmək
qabiliyyətinə sahib olduğunu qeyd edirlər. Belə ki,
haymoritə qarşı mixək tozunu burnunuza çəkməyi
məsləhət görürlər. Lakin bunu edərkən
diqqətli olmalısınız. Çünki mixəyin tozu
da özü qədər güclüdür.
Mixəyin köpə faydası
Mixək
su ilə qarışdırılaraq və ya çay kimi
hazırlanıb istifadə edilir. Bu şəkildə istifadə
olunduqda qarın bölgəsindəki
köpü aradan qaldırır.
Mixəyin soyuqdəyməyə
faydası
Soyuqdəymə zamanı mixək yağını balla qarışdırıb içsəniz tez bir zamanda şəfa taparsınız. Bunu hazırlamaq üçün ilıq suya bir qədər mixək yağı əlavə edilib qarışdırılır və bir miqdar da bal əlavə olunaraq istifadə edilir. Gündə 2-3 dəfə istifadə edildikdə öskürəyi azaldır.
Yorğunluğu
aradan qaldırır
Mixəyin yorğunluğu aradan qaldırmaq kimi bir xüsusiyyəti də mövcuddur. Xüsusilə də sinir sisteminə çox faydası vardır. Yorğunluğun əmələ gətirdiyi neqativ düşüncələrdən sizi uzaqlaşdırır və rahatlıq hissi bəxş edir. Mixəyin rahatladıcı xüsusiyyəti sizi stresdən uzaq tutacaq. İçdiyiniz çaya bir az nanə və mixək əlavə etsəniz stresə qarşı güclü bir qalxan əmələ gətirərsiniz.
Mixəyin dəriyə
faydası
Mixək tozunun dəriyə çox faydası vardır. Bu məqsədlə əsasən mixək yağından daha çox istifadə olunur. Lakin dəriyə şox miqdarda mixək yağı əlavə etmək zərərli ola bilər. Mixək yağı dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Mixək yağının sızanaqların müalicəsindəki faydası elmi yolla isbat olunub. Əsasən əl və üz üçün istifadə edilir. Dəriyə vurduqda xəfif uyuşma hissi verir. Tərkibindəki antibiotik sayəsində sızanaqları yox edir. Sızanaqlarla yanaşı, həm də dəridə əmələ gələn qara nöqtələri də aradan qaldırır. Eyni zamanda intihablı yaralarada güclü təsiri vardır. Mixək yağını birbaşa dəriyə vurmaq olmaz. Kreminizə qarışdıraraq istifadə etsəniz daha gözəl nəticə əldə edərsiniz.
Mixəyin
saça faydaları
Sağlam saçlara sahib olmaq hər kəsin arzusudur. Elə isə mixəkdən istifadə etməyiniz məsləhətdir. Mixək saç köklərini qidalandırır, möhkəmləndirir və tökülməsinin qarşısını alır. Bununla yanaşı, saç rəngini tündləşdirir, təbii və onun sağlam görünməsinə kömək edir.
Röya
Şahbazi
İki sahil.- 2016.- 2 noyabr.- S.16.