“Müasir
fotoqrafiyanın əsasları”
Heydər Əliyev Mərkəzi
və “Regional İnkişaf”
İctimai Birliyinin
(RİİB) təşkilatçılığı
ilə Masallı rayonu “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət
Məktəbində “Müasir
fotoqrafiyanın əsasları”
mövzusunda treninq keçirilib.
SİA-nın məlumatına görə, region gəncləri
və ali
məktəb tələbələri
üçün təşkil
olunan treninqdə tanınmış rejissor-operator,
ssenarist, prodüser İsrafil Ağazadə fotoçəkilişin sirləri
barədə danışıb.
Treninqin
əsas məqsədi
gəncləri fotoqrafiya
sənətinin əsasları
ilə yaxından tanış etmək, onların gələcəkdə peşəkar
fotoqraf olmaq arzularının reallaşmasına
dəstək göstərməkdir.
Təlim zamanı fotoqrafiya
sənətinin əsasını
təşkil edən amillər - fotokompozisiya, işıqlandırma, rakurs,
ekspozisiya və digər məqamlar, eləcə də yeni rəqəmsal texnologiyaların imkanları
barədə ətraflı
məlumat verilib.
Bildirilib ki, bu gün müasir fotoqrafiya həm də geniş dünyagörüşü tələb
edir. Bunun üçün fotoqraf müxtəlif elmlərdən, cəmiyyətdə
baş verən hadisələrdən xəbərdar,
cəsarətli, vətənpərvər
olmalı, müasir texnologiyalardan məlumatlı,
yüksək zövqlü
olmalıdır.
Mühazirədən sonra gəncləri maraqlandıran suallar ətrafında diskussiya olub.
Qeyd edək
ki, İsrafil Ağazadə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda
A.V.Qalperinin emalatxanasında
təhsil alıb. Hazırda Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin müəllimidir.
İsrafil Ağazadə müxtəlif
janrlarda, xüsusən
də portret, şəhər həyatı,
idman janrlarında fotoların müəllifidir.
Məlumat üçün bildirək
ki, Masallıda açılan “ASAN həyat”
kompleksindəki Heydər
Əliyev İncəsənət
Məktəbi regionlarda
istedadlı, xüsusi
qabiliyyətli gənclərin
aşkara çıxarılması,
onların milli-mənəvi
dəyərlərə, tarixə
bağlı ruhda böyüməsi istiqamətində
fəaliyyət göstərir.
İncəsənət Məktəbində eyni zamanda müxtəlif
sərgi, tədbir, təqdimat və təlimlər keçirilir.
İki sahil.- 2016.- 4 noyabr.- S.14.