Pirallahıda Beynəlxalq
Tolerantlıq Günü qeyd edildi
Məqsədi dünyada hamını
bir-birinə dözümlülük
nümayiş etdirərək
mehriban qonşular kimi yaşamağa çağırış olan,
1995-ci ildə YUNESKO-nun 50 illiyi
münasibətilə təsis
edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar Pirallahı
rayonunda geniş tədbir keçirildi. Tədbirdə Pirallahı
Rayon İcra Hakimiyyəti
başçısının müavini Vəzir Səfixanov, YAP Siyasi Şurasının və Mətbuat Şurasının
üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və
RİH-nin əməkdaşları,
Pirallahının dini
və milli icmalarının nümayəndələri,
rayon ərazisində fəaliyyət
göstərən idarə,
müəssisə və
təşkilatların kollektivlərinin
üzvləri, rayon ictimaiyyətinin
nümayəndələri iştirak
etdilər.
Tədbiri giriş sözü
ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı
Aparatının İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Hikmət Şikarov Prezident İlham Əliyevin 2016-cı ilin 11
yanvar tarixli 1673 nömrəli Sərəncamı
ilə 2016-cı ilin Azərbaycan Respublikasında
"Multikulturalizm ili” elan olunduğunu
qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin
və dinlərin nümayəndələrinin Azərbaycanda
sülh şəraitində
layiqli həyat sürmələrini, onların
azadlıq, dostluq mühitində yaşadığını
vurğuladı. Diqqətə çatdırıldı ki,
Azərbaycanda hökm
sürən etnik və dini tolerantlıq
dünyaya nümunədir.
Ölkəmizdə istər dini,
istərsə də milli və irqi
zəmində ayrı-seçkilik
yoxdur. Azərbaycan indi bütün
dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər
Heydər Əliyevin ölkəmizdə tolerantlığın
qorunub saxlanılması
istiqamətində həyata
keçirdiyi tədbirlər
Azərbaycanı müxtəlif
milli və mədəni dəyərlərin
qovuşma müstəvisinə
çevirib. Azərbaycan indi
dünyanın nadir ölkələrindəndir
ki, burada bütün millətlər,
bütün xalqlar, bütün dinlərin nümayəndələri bir
ailə kimi yaşayır. Ölkəmizdə dini və milli
dözümlülük, tolerantlıq
yüksək səviyyədədir.
Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan
bayramlarında ənənəvi
olaraq din xadimləri ilə iftar süfrələrində birgə
iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin
də qatılması
ölkədə tolerant düşüncənin
artıq tam bərqərar
olduğunu göstərir.
Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və
fəlsəfəsinin öyrənilməsini
mühüm şərt
kimi səciyyələndirir.
Dövlətin gücünü əhalinin çoxmillətli
olmasında, müxtəlif
dinlərin, mədəniyyətlərin
və sivilizasiyaların
birgə yaşayışında
görən Azərbaycan
Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının
ruhundadır.
Bildirildi ki, Azərbaycan dövləti artıq dünya xəritəsində
tolerantlıq mərkəzinə
çevrilib. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı:
Azərbaycan” layihəsi
çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı
sevindirir. Biz əminik
ki, ölkəmizdə
nə dini, nə milli zəmində
heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq
olmayıb və olmayacaq. Bu baxımdan
tolerantlıq və dözümlülük ənənələri
ilə tarixən zəngin olan Azərbaycan bütün dünyada bir çox millətlərin və dini konfessiyaların
yanaşı yaşamasını
təmin edən ölkə kimi nümunə göstərilir.
Azərbaycanda tolerantlıq dövlət
siyasətinin tərkib
hissəsidir. Bu səbəbdən
də Azərbaycan bu istiqamətdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal olaraq,
2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının
Bakıda keçirilən
Qlobal Forumu, oktyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə
keçrilən “XXI əsr:
ümidlər və çağırışlar” devizli
Beynəlxalq Humanitar Forumu, Qəbələdə
keçirilən Beynəlxalq
Musiqi Festifalını
və s. göstərmək
olar. Keçirilən bu tədbirlərin
hər birinin açılışında Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev şəxsən iştirak
etmişdir.
YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı
qəsəbə məscidində
dini ayinlərin icraçısı Elçin
Baxşıyev, Azərbaycan
Rus İcmasının
Pirallahı rayon Təşkilatının
sədri Yelena Aşurova
öz çıxışlarında
bildirdilər ki, ölkəmizdəki tolerantlıq
mühitinin hazırkı
səviyyəyə gəlib
çatması ölkə
başçısının bu istiqamətdə apardığı dövlət
siyasətinin nəticəsidir.
Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən
asılı olmayaraq hər bir vətəndaşımıza
bərabər münasibətlər
bəslənilir. Azərbaycanda dini və milli
mənsubiyyətindən asılı
olmayaraq hər bir vətəndaşımız
bərabərhüquqlu və
öz inancına görə azaddır.
Azərbaycan öz multikultural
və tolerant yaşam
tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir.
Multikulturalizmin və tolerantlığın
nə dünyada, nə də ölkəmizdə alternativi
yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.
Dinindən, dilindən və irqi mənsubiyyətindən
asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda
və "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Qanunda təsbit edilmiş
müddəalar, həmçinin
tolerantlığın inkişafı
üçün möhkəm
hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına
keçirilməsi ulu
öndər Heydər
Əliyevin tarix qarşısında ən
böyük xidmətlərindən
biri kimi dəyərləndirilməlidir. Bu günədək Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində 336 islam, 31 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb. Bunlardan 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi,
1-i krişnaidliyi təmsil
edir. Bu gün respublikamızda 40-a yaxın
rus pravoslav, alban-udin kilsələrinin,
yəhudi sinaqoqlarının,
xristian-malakan və xristian-babtist icmalarının
və onlara aid bir çox dini tədris müəssisələrinin maneəsiz
fəaliyyəti dünyəvi
dövlət olan Azərbaycanda tolerantlıq
mühitinin günbəgün
möhkəmlənməsinə, dinlərarası dialoqun genişlənməsinə əyani
sübutdur.
Prezident İlham Əliyev vurğulayır ki, "Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir
və onun nuru dünyanın hər bir tərəfinə
yayılır, insanlığa
yol göstərir." Cəmiyyətin inkişafı üçün
başlıca şərt
sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə
nail olmaq qeyri-mümkündür.
Pirallahı rayonunda dini
və milli dəyərlərə dərin
ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması
və zənginləşdirilməsi
istiqamətində rayonumuzda
çoxlu işlər
görülmüş, müxtəlif
tədbirlər keçirilmişdir.
Bu gün Pirallahı rayonunda mövcud olan ictimai-siyasi sabitlik, milli mənəvi həmrəylik,
etnik-dini tolerantlıq
Azərbaycanda mütərəqqi
tarixi ənənələrdən
qaynaqlanan uğurlu siyasətin nəticəsidir.
İki sahil.- 2016.- 3 noyabr.- S.5.