Neft Daşları XX əsrdən

XXI əsrə atılmış körpüdür

ümummilli lider Heydər Əliyev

 

Əziz neftçilər, əziz dostlar!

 

Neft Daşları dünyada nadir tarixi hadisələrdən biridir. Dünya miqyasında dənizdə ilk dəfə neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən gerçəkləşdirilib.

 

Neft ölkəsi olan Azərbaycanda 67 il bundan əvvəl 1949-cu ildə Bakı şəhərindən 110 km şimal-şərqdə, Xəzər dənizində qazılmış ilk neft quyusu gündəlik hasilatı 100 tondan artıq olmaqla fontan vurdu. Bu yer tarixə Neft Daşları kimi daxil oldu. Neft Daşları akvatoriyasında neftin varlığına dair ilk mənbələr hələ XVIII əsrin sonlarına təsadüf edir. XIX əsrdə XX əsrin birinci yarısında da bu tədqiqatlar davam etmişdir. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ EA-nın xüsusi ekspedisiyası tərəfindən başlanmışdır. 3 il Xəzərin fırtınaları sərt təbiəti şəraitində davam edən çətin gərgin axtarışlar nəticəsində rayonun geoloji xəritəsi hazırlanmış, rayonun sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılmışdır. 1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri kollektivi ilk quyunun kəşfiyyatına başladılar. Böyük neft təşkilatçısı S.Orucovun, geoloq A.Əliyevin məşhur qazmaçı Y.Cəfərovun təklifi ilə əlavə xərclərə işçi qüvvəsinə ehtiyac olmadan Bakı Gəmi Təmiri zavodlarından istifadədən silinmiş 7 iri tonnajlı gəmi gətirilərək Qara Daşların yanında batırılmış, süni buxta yaradılmış, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi “7 gəmi adasıXəzər fədailərinin isti ocağına dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilmişdi. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün qorunub saxlanılır.

1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma tikinti ilə məşğul olacaqAzərdənizneftİstehsalat Birliyi yarandı. Həmin qərarlaDənizneftqazlayihə” DETLİ yaradıldı. Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyi nəzdindəBaşdənizneftÜmumittifaq İstehsalat Birliyi yaradıldı ki, görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi eyni zamanda SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.

Neft Daşlarında kəşfiyyat-qazma tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında Neftçi Qurbanın M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft Daşlarından yola salınması neft rayonunun böyük perspektivlərindən xəbər verirdi. 1951-ci ildən başlayaraq estakada meydançaların tikilməsi, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, yığım sistemi, istehsal yaşayış təyinatlı obyektlərin tikintisi başlandı. Qəhrəman neftçilərimiz Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz kompleksi yaşayış şəhəri yaratmışlar.

Bu gün Neft DaşlarındakıƏks Osmosqurğularında istehsal olunan təmizlənmiş su plasmas borularla İES-ə vurulur, orada qızdırılaraq bütün sutka ərzində yataqxana korpuslarına verilir. Özül meydançaların, iaşə obyektlərinin ərzaqla, bütün obyektlərin su ilə təchizatı, əməkçilərin sahildən yerlərinə sahilə nəqliyyat  vasitəsilə (gəmi vertolyot) daşınmaları daim  nəzarətdə  saxlanılır. Neft Daşlarında fəaliyyət göstərən sosial təyinatlı obyektlər təmir edilir ya yenidən qurulur, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunur, yataqxana  korpuslarında cari  təmir yenidənqurma işləri aparılır.

Son illərdə Neft Daşlarında yeni park salınmış, parkda ulu öndər Heydər Əliyevin  heykəli  ucaldılmışdır. Heydər Əliyev Muzeyi yaradılmış, Ulu Öndərin neft strategiyasını əks etdirən foto stendlərlə bəzədilmişdir. Neft Daşlarında işləmiş şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilmişdir. 1958-ci ildə həlak olmuş  neftçilərin  xatirə abidəsi  qurulmuşdur. Gözəl və yaraşıqlı Çay evi, idman zalı və meydançası, tibb məntəqəsi və klub  müasir  avadanlıqlarla təchiz edilmiş, neftçilərin istifadəsinə  verilmişdir. Müasir tipli çörək sexi, yeməkxanalar neftçilərə yüksək xidmət göstərilməsini təmin edirlər.

Son illər ərzində burada həm neftçilərin məişət şəraitinin yaxşılaşdırılması, həm də Neft Daşlarının abadlaşdırılması, gözəlləşdirilməsi sahəsində əhatəli işlər görülüb. Eyni zamanda, Neft Daşlarında Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılıb. Bu günNeft Daşlarında genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir.

Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacağına əminəm.

Əziz neftçilər!

Bu əziz gündə, sizi, neft sənayesinin bütün işçilərini Azərbaycan dəniz neft sənayesinin 67 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, çətin və məsuliyyətli işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Daşqın İskəndərov,

SOCAR-ın “Azneftİstehsalat

Birliyinin baş direktoru

 

İki sahil.- 2016.- 8 noyabr.- S.12-13.