İtaliyalı tədqiqatçı: Multikulturalizm

Azərbaycanın timsalında hələ də yaşayır

 

Beynəlxalq Multikulturalizm Şəbəkəsinin İtaliyadakı nümayəndəsi, Padova Universitetinin tədqiqatçısı doktor Asessio Stilonun http://foreignpolicynews.org/  saytında “Multikulturalizm hələ də yaşayır” sərlövhəli məqaləsi dərc edilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan tarixən tolerantlığı, eləcə də etnik və mədəni rəngarəngliyi ilə seçilən bir ölkə, atəşpərəstliyin vətəni, Qafqazda xristianlığın ilk məskəni, İslam dininin yayıldığı və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadıqları məkan kimi təqdim olunur.

Müəllif yazır: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və Azərbaycan xalqının həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan edilib. Bu siyasətin həyata keçirilməsi ilə bağlı Sərəncamın imzalanması bir daha göstərir ki, Azərbaycan tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verir.

Multikulturalizm Şərqi Avropa və Qərbi Asiyanın qovşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı Azərbaycanda xarici siyasətin mühüm strateji amilinə çevrilib. Ölkə rəhbərliyi multikulturalizm və tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi üçün zəruri siyasisosial şərait yaradıb. Tarixən, bir çox etnikdini qrupların nümayəndələri Səfəvilər dövründən başlayaraq, XIX-XX əsrlərdə, eyni zamanda, SSRİ dövründə də birgə yaşayıblar. Müasir Azərbaycan 1918-ci ildə müsəlman ölkələri arasında ilk demokratik respublika, 1919-cu ildə isə qadınlara ilk dəfə seçki hüququ verən və müxtəlif mədəniyyətlər arasında birgəyaşayışın modeli olan dövlətdir. Dünyanın ən qədim məscidlərindən biri, 743-cü ilə aid məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Şəkidəki Qafqaz Albaniyasında ən qədim kilsə, Bakının yaxınlığında yerləşən Zərdüştlük məbədi də qeyd edilməlidir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri tarixən Azərbaycanda məskunlaşıb və Azərbaycan müxtəlif dinlər arasında birgəyaşayış modeli hesab edilir.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş müsəlman və qeyri-müsəlman icmaları fəaliyyət göstərir. 1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmiş Jen Mironosets kilsəsinin binası 1991-ci ildə Rusiya Pravoslav Kilsəsinə verilib. 2001-ci ilin mayında Azərbaycanda səfərdə olmuş bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə kilsə statusu verib. Hazırda Bakıda üç, Gəncədə və Xaçmazda bir Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş bina 2000-ci ildə kilsə kimi fəaliyyətə başlayıb. Roma katolik kilsəsi Azərbaycan hökuməti və Vatikan arasında razılaşmaya əsasən 2007-ci ildə Bakıda inşa edilib. 2500 ildən də çox müddətdə Azərbaycanda məskunlaşmış yəhudilər heç vaxt dini dözümsüzlükya ayrı-seçkiliyə məruz qalmayıblar. Hazırda altı yəhudi icması qeydiyyatdan keçib və ölkədə yeddi sinaqoq fəaliyyət göstərir.

Azərbaycan dünya mədəni irsinə töhfə verir. Roma katakombaları, Strasburq Kafedral kilsəsinin vitrajları, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Romanın Kapitolini MuzeyininFilosoflar zalı”, Parisdə Luvr Muzeyi, Bolqarıstan “Trapezitsa” Memarlıq Muzeyibir çox başqa tarixi abidələrin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş konservasiya və bərpa işlərini qeyd etmək olar.

Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixinə və ənənələrinə əsaslanır. Hazırda bu sahədə həyata keçirilən siyasət Azərbaycan Respublikasının Konstitusiyası, hüquqi aktlar, fərmanlar və sərəncamlarda öz əksini tapıb. Bu konsepsiyanın həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində qeyd edilir ki, hər kəsin hər hansı dini seçmək, etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək və dinə münasibətini bildirmək hüququ vardır. Bundan başqa, “Dini etiqad azadlığı” haqqında qanuna (1992-ci il) əsasən hər kəsin öz dini etiqadını və əqidəsini ifadə etmək hüququ var. Konstitusiyanın 18-ci maddəsinin bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldanya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Qeyd olunan qanunvericilik aktları Azərbaycanın həm de-yure, həm də de-fakto dünyəvi dövlət olduğunu göstərir”.

Dövlətin maliyyə dəstəyi nəticəsində ölkədə çox sayda milli mədəni mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edən məqalə müəllifi “Birlik cəmiyyəti”, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, kürd mədəniyyət mərkəzi - “Ronai”, “Samur” ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-Tatar icması, “Tuqan-teltatar mədəniyyət cəmiyyəti, gürcü icması, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, ingiloy icması, çeçen mədəniyyət mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, yəhudilərin qadın humanitar assosiasiyası və digər mədəniyyət mərkəzlərinin adlarını çəkir. Məqalədə bildirilir ki, milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, assosiasiyalarmaraq qrupları fəaliyyət göstərir. Eyni zamanda, dövlət milli azlıqların dilində jurnal, radioteleviziya proqramları üçünimkanlar yaradır.

Bakı Beynəlxalq Humanitar Forumundan başlayaraq son illər Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan Asessio Stilon yazır: “2011-ci ildən başlayaraq paytaxt Bakıda keçirilən forumların məqsədi aktual qlobal humanitar problemlərin elm və mədəniyyət xadimləri tərəfindən müzakirəsi üçün beynəlxalq platforma yaratmaqdır. Bu forumlarda dövlət və ictimai xadimlər, görkəmli alimlər, o cümlədən Nobel mükafatı laureatları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər fəxri qonaqlar iştirak edirlər. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO ilə əməkdaşlıq çərçivəsində 2011-ci ildən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. “Bakı prosesikimi tanınan bu təşəbbüs sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqinklüziv əlaqələr üçün şərait yaratmaq iqtidarında olduğunu təsdiqləyən ölkə kimi tanınır. Eyni zamanda, “Bakı-2015” ilk Avropa Oyunları keçirilib və 2017-ci ildə bu şəhər İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı hörmət, dini ekstremizmin aradan qaldırılması, mədəni müxtəlifliklərə dəstək və inklüziv cəmiyyətlərdə birgəyaşayış məqsədini daşıyan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu cari ilin aprelində Bakıda keçirilib”.

İtaliyalı tədqiqatçı vurğulayır ki, 2014-cü ildə ölkədə etnik, dini və mədəni müxtəlifliyin qorunmasına xidmət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanın multikulturalizm modelinin dünyaya tanıdılması, mövcud multikultural modeli təşviq etmək və bu sahədə tədqiqatlar aparmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin önəmli layihələrindən biri də “Azərbaycan Multikulturalizmi” fənninin yerlixarici universitetlərdə tədris edilməsidir. Layihə çərçivəsində bu fənn Roma Sapienza Universiteti, Praqada Çarles Universiteti, İsveçrə Friburg Universiteti, Rusiya, Gürcüstan və İndoneziyanın yüksək reytinqli universitetlərində tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən multikulturalizm ili çərçivəsində Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri və praktiki biliklərini dərinləşdirmək istəyən tələbə və tədqiqatçılar üçün hər il Yay və Qış Məktəbi təşkil olunur.

Məqalədə qeyd edilir ki, 2016-cı ilin oktyabrında Bakıda səfərdə olan Roma Papası Fransisk Prezident İlham Əliyevlə rəsmi görüşündən sonra Azərbaycanı dini tolerant ölkə kimi qiymətləndirib.

 

İki sahil.- 2016.- 17 noyabr.- S.19.