“Xalq
yaradıcılığında multikulturalizm”
2016-cı
il üçün
“Azərbaycanın folklor
paytaxtı” seçilən
Qusar şəhəri
“Xalq yaradıcılığında
multikulturalizm” mövzusunda
elmi-praktik konfransa ev sahibliyi edib.
Konfrans Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor
İnstitutu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək
xatirəsinə ehtiramlarını
bildirib, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Qusar Mədəniyyət
Sarayının qarşısında
təşkil edilən
xalq yaradıcılığı
nümunələrinin sərgisi
və folklor kollektivlərinin çıxışı
konfrans iştirakçıları
tərəfindən maraqla
qarşılanıb.
Rayon icra hakimiyyətinin başçısı Şair
Alxasov konfransdakı çıxışında Prezident
İlham Əliyevin imzaladığı müvafiq
Sərəncamla 2016-cı ilin
Azərbaycanda “Multikulturalizm
ili”, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
isə Qusarın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini
diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycanda,
eləcə də Qusar rayonunda müxtəlif xalqların
nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları
mehriban şəraitdə
yaşayır, birgə
fəaliyyət göstərirlər.
Multikultural dəyərlərin, ənənələrin qorunub
saxlandığı Qusarda
azərbaycanlılar, ləzgilər
və digər azsaylı xalqların nümayəndələri əmin-amanlıq
şəraitində yaşayırlar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Azərbaycanın
multikulturalizm ənənələri
öz zənginliyi ilə bu gün
bütün dünya ölkələrinin, beynəlxalq
qurumların, ictimaiyyətin
diqqətini özünə
cəlb edir. Ümummilli lider
Heydər Əliyevin rəhbərliyi altında
ölkəmizdə Azərbaycan
xalqının multikultural
ənənələrinin qorunması
və inkişaf etdirilməsi sahəsində
həyata keçirilən
siyasi istiqamət yeni mərhələdə
onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
AMEA Folklor İnstitutunun
direktoru Muxtar İmanov bildirib ki, multikulturalizm ölkəmizdə alternativi
olmayan həyat tərzidir. Multikulturalizm Azərbaycanda əsrlərdən
bəri formalaşan, eyni zamanda, bədii,
psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər toplusu
kimi mövcud olub.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov
və digər çıxış edənlər
multikulturalizmin çoxmədəniyyətlilik,
insanların bir-birilərinə
hörmət və məhəbbətlə yanaşması
olduğunu qeyd ediblər.
İki sahil.- 2016.- 22 noyabr.- S.20.