Badamın insan orqanizminə faydası

 

Zülal, dəmir kalsium cəhətdən zəngin olan badamın faydalarını saymaqla bitməz. İki sahil” haberturk.com saytına istinadən insan orqanizmi üçün bir çox faydası olan badam haqqında maraqlı faktlar təqdim edir.

- Hamilələrin südünü artırır körpələrin inkişafına kömək olur. Badam bədən zehinin yorğunluğunu aradan qaldırarkən, böyrək, sidik kisəsi  yollarındakı iltihabları da yox edir.

- Tərkibində olan yağlar çəki atmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəblə 10-15 ədəd badam qəbul  edilə bilər. Çiy, duzsuz qovrulmamış olan badam daha faydalı hesab olunur.

- Öd daşlarının meydana gəlməsinə mane olur.

- Badam xolesterolun səviyyəsini nizamlamaqla xəstəliklərə tutulma ehtimalını olduqca azaldır.

- Yaşlanmaqla birlikdə artan sümük ağrılarının qarşısının alınmasında dişlərin dayanıqlılığını artırmada badam mütləq gündəlik olaraq qəbul edilməlidir.

- E vitamini, maqnezium fol turşusu baxımından zəngin olan badam antioksidant ehtiva etdiyindən ürəyi əhəmiyyətli dərəcədə qoruyur, arteriyalarda ləkə meydana gəlməsinə mane olur.

- Qələvi baxımından zəngin olan badam immunitetin güclənməsini təmin edir. Bədəndəki zərərli maddələrin ixracına yardımçı olur.

- Bir çox nəmləndirmə təmizləmə məhsullarında istifadə edilən badam gündəlik qəbul edildiyində dəri sağlamlığını qoruyur.

- Norma daxilində qəbul olunan badam qan təzyiqini normallaşdırır.

- Diyet lifi baxımından zəngin olan badam kolon xərçənginin meydana gəlməsinin qarşısını alır.

- Yeməkdən sonra qəbul edilən badam insulin qlükozanın artmasının qarşısını alır.

- Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında da təsirli bir qidadır. Gündə 5 dənə badam, qəbizliyin aradan qaldırılması üçün kifayətdir.

 

Mənsumə Babayeva

 

İki sahil.- 2016.- 30 noyabr.- S.16.