Narkomaniya cəmiyyəti
təhdid edən bəladır
İlk növbədə gəncliyin fiziki və mənəvi
sağlamlığına mənfi təsir göstərən
amillərdən biri bütün
dünyanı narahat edən, ən ciddi sosial problemlərdən
hesab olunan
narkomaniyadır. Bu problem,
təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual
olaraq qalmaqdadır.
Müasir
dövrümüzdə insanlıq üçün
böyük bəla olan
narkomaniya bütün
dünyada geniş
yayılmışdır. Bu problem ilə mübarizə aparmaq bir o qədər asan deyil. Mütəxəssislər haqlı olaraq onu xalqların genofonduna sarsıdıcı
zərbələr vuran,
qarşısının alınması
böyük çətinliklər,
külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil kimi
dəyərləndirirlər.
Eyni zamanda cinayətkar dəstələr
narkotiklərin qanunsuz
dövriyyəsindən külli
miqdarda gəlir əldə etmək üçün müxtəlif
yollara əl atırlar. Pul qazanmaq naminə
onlar insanları, xüsusilə yeniyetmə
və gəncləri
“ağ ölüm”ə
aparan bu pis vərdişə alışdırırlar.
Narkomaniya keçici xəstəliklərin
sürətlə yayılmasına
səbəb olur. Narkotik maddələrin
bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar QİÇS və
başqa sağalmaz və ya çətin
müalicə olunan xəstəliklərə yoluxurlar.
Hər bir xalqın gənclərinin
fiziki və mənəvi sağlamlığı
dövlət üçün
böyük əhəmiyyət
kəsb edib. Azərbaycanda
dövlət tərəfindən
gənclərə yetərincə
qayğı göstərilir, böyüyən
nəslin inkişafı, gənclərin
sağlam həyat tərzinin təşkili davamlı olaraq ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Yuxarıda qeyd etdiyim kimi, narkomaniya Azərbaycan vətəndaşlarından da
yan ötməyib. Gənclər və yeniyetmələr
arasında narkotiklərə
aludəçilik halları
ölkəmiz üçün
narahatedici problem olaraq
qalır. Son illər respublikamızda da bu ümumbəşəri
bəlaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə
xeyli güclənmiş,
bu sahəyə cavabdeh olan dövlət
orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı artırmışlar.
Ümummilli liderimiz Heydər
Əliyev 2002-ci il sentyabrın 12-də
Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasimində
iştirak edərkən
gənclərə tövsiyə
edirdi ki, zərərli vərdişlərdən
əl götürüb
idmanla məşğul
olmaq sağlam cana, sağlam ruha, sağlam təfəkkürə malik
olmaq deməkdir. Həmin mərasimdə ümummilli liderimiz Heydər Əliyev narkomaniya ilə mübarizə məsələsinə
də toxunub: “... İndi dünyanın, demək olar ki, əksər
dövlətlərinin narkotik
maddələrin istehsalı,
yayılması, onların
satışı ilə
mübarizə aparmasına
baxmayaraq, təəssüflər
olsun ki, narkotik maddələr yayılır. Təəssüflər olsun ki, insanlar,
xüsusən gənclər
bunun təsiri altına düşürlər.
Biz Azərbaycanda bu barədə böyük proqram tərtib etmişik. Lazımi işlər görülür.
Amma bu işlərin sırasında, yenə də deyirəm, yalnız və yalnız gənclərin özlərini fiziki cəhətdən möhkəmləndirməsi,
bədən tərbiyəsi
ilə, idmanla məşğul olması
narkotik maddələrin
istifadə edilməsindən
uzaqlaşmanın ən
birinci vasitəsidir və birinci şərtidir. Bunlara görə
də biz çalışırıq
ki, gənclərimiz üçün, onların
sağlamlığını təmin etmək üçün müxtəlif
idman kompleksləri yaransın. Bədən
tərbiyəsi ilə
kütləvi məşğul
olmaq üçün
imkanlar yaransın...”.
2007-ci il
28 iyun tarixində Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi
və narkomanlığın
yayılması ilə
mübarizə üzrə
Proqramın (2007-2012-ci illər)
təsdiq edilməsi barədə” Sərəncam
imzaladı.
Proqramda
bildirilir ki, bəşəriyyətin ən
böyük bəlalarından
olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı
narahat edən mürəkkəb problemlərdən
biridir: “Bu təhlükəli
təzahür insan cəmiyyətinin mənəvi
və əxlaqi dəyərlərinə böyük
zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların
həyat və sağlamlığına ciddi
təhlükə yaradan,
cinayətkarlığın artmasına səbəb olan amildir”.
Proqramın əsas məqsədi
ölkədə narkotik
vasitələrin, psixotrop
maddələrin və
onların prekursorlarının
qanunsuz dövriyyəsi
və narkomanlığın
yayılması ilə
mübarizənin gücləndirilməsi,
antinarkotik təbliğat,
maarifləndirmə yolu
ilə narkotiklərin
qanunsuz dövriyyəsinin
və narkomanlığın
yayılmasının qarşısının
alınması, narkomanlığa
düçar olmuş
şəxslərin müalicə
edilməklə sağlam
həyata qaytarılması,
müalicə-bərpa sahəsindəki
fəaliyyətin daha da təkmilləşdirilməsi,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
cəza tədbirlərinin
səmərəliliyinin öyrənilməsi
üçün elmi və praktiki araşdırmaların aparılması,
beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsindən
ibarətdir.
Məlum
olduğu kimi, Silahlı Qüvvələr
cəmiyyətin tərkib
hissəsidir və bu cəmiyyətdə böyümüş minlərlə
gənc hər il ordu sıralarına çağırılır.
Cəmiyyətin və onun gəncliyinin sağlamlığı
isə ordumuzun sağlamlığı deməkdir.
Ona görə gənclər ordu sıralarına yola salınarkən ciddi müayinədən keçirilirlər.
Mülki
həyatda narkotik maddə qəbul edən gənclərin Silahlı Qüvvələrə
hərbi xidmətə
çağırılmaması üçün Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti çağırışdan
öncə narkoloji dispanserlərdən sorğu
vasitəsilə qeydiyyatda
olanların siyahısını
götürərək həmin
gəncləri Səhiyyə
Nazirliyinin müvafiq müəssisələrinə müayinəyə
göndərirlər.
Silahlı Qüvvələrdə də
narkomaniya ilə mübarizə tədbirləri
daim diqqət mərkəzində saxlanılır. Xidmətə çağrılanların davranışında,
nitqində narkotik sərxoşluğuna şübhə
olduqda həmin hərbi qulluqçular müayinəyə göndərilirlər.
Müayinə zamanı şübhələr
təsdiq olunduqda onlar məhkəmə-tibbi
ekspertiza laboratoriyalarında
narkotestlərə cəlb
olunurlar. Hərbi
hissə və birləşmə komandirlərinə
narkomanlıq halları
aşkar edilərsə,
hərbi qulluqçuların
müalicəsi və
sağlamlığının bərpasının təmin
edilməsi, hərbi xidmətdən tərxis olunduqdan sonra isə profilaktik işlərin həyata keçirilməsi məqsədi
ilə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinə müvafiq
orqanlarla qarşılıqlı
məlumat mübadiləsinin
aparılması tövsiyə
edilmişdir.
Şəxsi heyətlə aparılan tərbiyə işinin təşkili zamanı və keçirilən hüquq hazırlığı
saatlarında narkomaniyanın
yaranması, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizminə vurduğu zərər, habelə onların cəmiyyətdə törətdiyi
fəsadların nəticələri
haqqında məlumatlar
verilir və xüsusi dərslər keçirilir, sənədli
filmlər nümayiş
olunur. Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxslərin aşkar
edilib müəyyənləşdirilməsi
və profilaktik işin təşkili üçün komandir
və rəislər müvafiq qayda və üsullardan istifadə edirlər.
Bütün bunlar əyani şəkildə göstərir
ki, narkomaniya dövlətin
və cəmiyyətin
qarşısında ağrılı
bir problem kimi dayanır və bu sahəyə cavabdeh olan dövlət
orqanları ilə yanaşı, ictimai təşkilatlar, o cümlədən
qeyri-hökumət təşkilatlarının
birgə fəaliyyəti
nəticəsində bütövlükdə
cəmiyyəti təhdid
edən bu bəla ilə səmərəli mübarizə
aparmaq mümkündür.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti
İki sahil.- 2016.- 1 oktyabr.- S.22.