Tarın siminə toxunanda
hər şeyi unuduram
Müsahibimiz Xalq artisti, ustad tarzən, professor Ağasəlim Abdullayevdir
- Ağasəlim müəllim, söhbətimizə
başlamazdan öncə
qeyd etdiniz ki, dərsdən gəlirsiniz. Deyəsən vaxtınızın çoxunu tələbələrinizlə
keçirirsiniz?
- Vaxtın necə keçdiyini bilmirəm. Səhər saat 9-dan axşama qədər dərsdə oluram. Amma yorulmuram. Pedaqoq kimi
fəaliyyət göstərmək
mənim üçün
qürur vericidir.
Çox
savadlı, istedadlı
gənclərimiz var. Onlarla
məşğul olmaq
həm də böyük zövqdür.
Muğam
dərsi aparıram.
Tar səhərdən-axşama qədər əlimdə olur. Təsəvvür edin ki, hər tələbə ilə 40-45 dəqiqə məşğul oluram.
Bu həm də tara olan
sevgidir. Tarın siminə toxunanda
hər şeyi unuduram.
- Bəs tələbələrinə bu
qədər can yandıran
müəllim onlardan razıdırmı?
- İnanın ki, bu gün tara həvəs göstərən gənclərimizin
sayı hədsiz çoxdur. Milli Konservatoriyada üzərində
çox işləyən
tələbələrim var. Azərbaycanı xarici ölkələrdə, beynəlxalq
müsabiqələrdə təmsil
edən ifaçıların
əksəriyyəti mənim
tələbələrimdir. Məsələn, respublikanın
Əməkdar artisti
Sahib Paşazadə, Elçin
Həşimov s. Eyni zamanda, hazırda tələbələrim Konservatoriyada
mənimlə çiyin-çiyinə
çalışırlar, pedaqoji
fəaliyyətlə məşğuldurlar.
Bir müəllim kimi, mənim ən böyük uğurlarımdan
biri də budur.
- İllərdir Azərbaycan mədəniyyətinə xidmət
edirsiniz. Eyni
zamanda 20 məqalə,
3 kitab müəllifisiniz...
- Bəli. Ümumiyyətlə,
ali məktəbdə
pedaqoji fəaliyyətlə
məşğul olan hər bir insanın
məqalələri olmalıdır.
Bu əsərlər musiqimizin təbliğinə
böyük kömək
edir. Eyni zamanda, sırf
muğam dərsləri
və tar üçün
metodik vəsaitlərimiz,
ixtisas fənləri üzrə proqramlarımız
var. Amma sırf elmi məqalələr yazmaq professor kimi borcumuzdur. Həmin məqalələr musiqinin bütün sahələrinə aid olur,
jurnallarda dərc olunur, maraqlananlar alıb oxuyurlar.
- Tarı bu qədər çox sevirsiniz. Qeyd etdiniz ki,
günün əksər
vaxtları bu musiqi aləti əlinizdə olur. Necə oldu ki, tarın ecazkar siminə toxunmağa qərar verdiniz?
- Uşaqlıqdan bütün
musiqi alətləri içərisində mənə
ən yaxını
tar olub. Maraqlı məqam o idi
ki, həyatda mən bu aləti
görməmişdim. O vaxt yeganə televiziya kanalı Azərbaycan Dövlət Televiziyası idi. Hər evdə televizor olmazdı. İlk dəfə bizim
evə televizor alınanda mənim 7 yaşım var idi. Təsəvvür edin ki, ona qədər bizim uşaqlığımız
necə keçib.
İnstrumental ifaçıları ekranda görürdüm, yalnız tar məni sanki sehrləyirdi. Yaxşı əl qabiliyyətim var idi. Ağacdan və elektrik naqillərindən özüm üçün
tar düzəldirdim. Evdə gördülər
ki, böyük həvəsim var. Mənə
ən böyük dəstəyi anam göstərdi. Elə ilk tarı
da o aldı mənə. Sonra musiqi məktəbinə getdim, daha sonra
təhsilimi ali
məktəbdə davam
etdirdim. Və bu gün burdayam. Heç bilmirəm bu
qədər vaxt necə gəlib keçdi.
- Qonağımız olan xanəndələr deyirlər
ki, bir çox
gənclər sənəti
tam dərk etməmiş
toylara qaçırlar,
təhsili yarımçıq
saxlayırlar. Sizin sahədə təhsil alan gənclərdən
də belələri varmı?
- O problem
hər birimizin yaralı yeridir. Gənclərin çoxu təhsilə
başlayır, amma yarımçıq saxlayır.
Çünki məşhurlaşmaq indi çox asandır. Efirə çıxmaq, toya
getmək əvvəlki
dövlərlərlə müqayisədə
xeyli asanlaşıb.
Ona görə bəzən gəncləri də qınamıram. Onlar buna
həm də qazanc mənbəyi kimi baxırlar. Amma gənclər dərk
etməlidirlər ki, təhsil önəmlidir.
İstedadı üzə çıxarmaq
üçün təhsil
vacibdir.
- Bu günə qədər hansı məşhurlarla işləmisiniz?
- Gərək sual verərdiniz ki, kimlərlə işləməmisiniz
(gülür). Azərbaycan səhnəsində
elə bir məşhur xanəndə
yoxdur ki, onunla işləməyim.
O vaxt hətta tez-tez xarici ölkələrdə olurduq.
Elə Azərbaycanda da
tez-tez konsertlərə
çıxırdıq. Hamısının adını sadalasam vaxt çatmaz yəqin.
- Sizin üçün xaricdən
müşayiət etmək
daha çətindir, yoxsa solo ifa?
- Hər birinin özünəməxsus qaydaları
və çətinlikləri
var. Müşayiət etmək
də çətindir.
Çünki nə qədər
xanəndələrlə işləyirsən,
hərəsinin özünəməxsus
səs tembri olur. Onlarla ayaqlaşmalısan. Solo ifada isə
yalnız tar və sənsən. Hər ikisi
olduqca maraqlı, eyni zamanda məsuliyyətlidir.
- Deyirlər müşayiətdə solist
göz qabağında
olur, onu müşayiət edən
arxa planda qalır...
- Məncə, yaxşı ifa edən sənətkar istər solo ifada, istərsə də müşayiət edəndə fərqlənməyi bacarır. Bu, artıq sübut olunmuş bir şeydir. Dəfələrlə şahidi olmuşuq ki, ansamblda hansısa alətdə müşayiət edən ifaçı digərlərindən fərqlənir. İstedad hər yerdə özünü göstərir.
- Son
illər dövlət tərəfindən muğamın
inkişafına böyük diqqət və
qayğı var.
Bir Xalq artisti kimi bunu
necə qiymətləndirirsiz?
-Əlbəttə ki, yüksək qiymətləndirirəm. Hansı sənətkarı xoşbəxt etməz ki, bu dəyər. Dövlətimizin, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyi nəticəsində bu gün nəinki tar, eyni zamanda Azərbaycanın bir neçə qədim musiqi aləti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan üçün böyük bir uğurdur. Əsas odur ki, bizlər bu qayğını üzərimizdə hiss edirik.
Müsahibəmiz Ağasəlim müəllimin ifasında “Rast” (Dilkeş) muğamı ilə yekunlaşır.
Şəmsiyyə
Əliqızı,
Şəfiqə
Dadaşova
İki sahil.- 2016.- 8 oktyabr.- S.19.