Naxçıvan...Müalicə və əyləncə

turizmi üçün istiqamət”

 

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzeti olanƏl-İttihad”da müəllif Nəsrin DurzininNaxçıvanMüalicə əyləncə turizmi üçün istiqamətsərlövhəli məqaləsi dərc edilib. Qəzetin çap variantının Naxçıvana həsr edilən səhifəsində isə muxtar respublikanın turizm imkanlarını əks etdirən fotoşəkillər yerləşdirilib.

 

Məqalədə Azərbaycan Respublikasının tərkibində olan, ərazisi 5502 kvadratkilometr, əhalisi isə 435,5 min olan muxtar respublikanın coğrafi mövqeyindən, onun Ermənistan, Türkiyə İran ilə həmsərhəd olmasından danışılıb. YazıdaNaxçıvansözünün mənşəyi barədə ətraflı söhbət açılıb. Müəllif bu barədə xalq etimologiyasına tarixi qaynaqlara əsaslanaraq, “NaxçıvansözününNəqşi-cahan”, yənidünyanın naxışı”, “dünyanın bəzəyisözlərindən əmələ gəldiyini, ancaq xalq arasında geniş yayılmış rəvayətə görə, toponimin Nuh peyğəmbərlə, daha doğrusudünya tufanıilə bağlı olduğunu, bununla daNuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarımənasını verdiyini oxucuların diqqətinə çatdırıb.

N.Durzi 1924-cü ildə muxtariyyət statusu verilən Naxçıvanın sistemləşdirilmiş yazılı mənbələrə, muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan materiallara, eləcə məşhur Gəmiqaya qayaüstü yazıları bu ərazidəki digər abidələrə görə beş min ilə yaxın yaşı olduğunun ehtimal edilməsini önə çəkib, respublikanın nadir təbii üstünlüklərindən söhbət açıb. Bu xüsusda 11 iqlim qurşağından 7-sinin Naxçıvanın ərazisindən keçdiyi, flora faunanın zənginliyi xüsusi qeyd edilib, bır sıra statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, bu diyarda 400 böyük kiçik çay, 200-dən çox mineral su bulağı, üç minədək bitki, 373 heyvan 226 quş növü, o cümlədən onlarla dağ zirvəsi yerləşir. Naxçıvanın Azərbaycan Respublikası ərazisinin cəmi 6,2 faizini təşkil etməsinə baxmayaraq, flora faunanın növ müxtəlifliyi ölkə üzrə göstəricinin müvafiq olaraq 60 56 faizini təşkil edir. Həmin amillər, habelə 58-i dünya, 455-i ölkə 649-u yerli əhəmiyyətli olmaqla Naxçıvanda mövcud 1162 tarixi-mədəniyyət abidəsi nəzərə alınaraq bu qədim diyarda ənənəvi müalicəvi turizmin inkişafı etdiyi önə çəkilib, bu barədə geniş söhbət açılıb.

Müəllif ənənəvi turizm sahələrinə toxunaraq ziyarətçilərin Əshabi-Kəhf mağarasını, Gəmiqaya ərazisini, Nuhun qəbrini s. ziyarət etmək imkanına malik olduqlarını oxucuların diqqətinə çatdırıb. Son dövrdə aparılmış araşdırmalarınQurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf mağarasının Naxçıvan ərazisində yerləşdiyi bunun xristianlıqla heç bir əlaqəsinin olmadığını ortaya çıxardığı yazıda xüsusi qeyd edilib, mağaranın müfəssəl şəkildə təsviri diqqətə çatdırılıb. Vurğulanıb ki, mağaranın sonunda olan məscidin mehrabında kitabə var. İri mərmər lövhədən (145x35 sm) ibarət kitabənin mərkəzi hissəsində, çərçivələr içərisindəQurani-Kərim”in Əshabi-Kəhf hadisəsindən bəhs edənəl-Kəhfsurəsindən 9-12-ci, 17-18-ci ayələri həkk edilib.

Nuh peyğəmbərin qəbri barədə söhbət açan N.Durzi əfsanəyə istinadən dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki İlandağa toxunduğunu, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər saldığını həmin yerin Gəmiqaya adlandırıldığını bildirib. Həmçinin Nuhun türbəsinin Naxçıvanda olması haqqında fransalı İvan Şopenin, isveçrəli Dyubua-de Monperenin, rusiyalı Konstantin Nikitinin digər tədqiqatçıların məlumatları oxucuların diqqətinə çatdırılıb. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun bacısının da məzarının Naxçıvan şəhərində olduğu barədə məlumat verilib.

Naxçıvanın müalicə turizmi sahəsində imkanlarından bəhs edərkən müəllif Darıdağ Balneoloji Müalicəxanasını, Duzdağ Fizioterapiya Mərkəzini Badamlı Fizioterapiya Xəstəxanasını misal çəkib, bu müəssisələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Darıdağ arsenli termal suyunun xüsusiyyətləri onun nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır. Belə ki, eynitipli sular içərisində dünyada ən məşhuru İtaliyadakı Rençeko Leviko, Fransadakı Lya-Bur-Bul adlı mənbələrdir. Darıdağ suyu onlarla müqayisədə çox fərqlidir. İtaliyanın Rençeko mənbəyində arsenli mineral suyun tərkibində arsenin miqdarı Darıdağdakından çoxdur. Lakin onun tərkibi qələvi deyil, orqanizmdə kifayət qədər sorulmur lazımi müalicə effekti vermir. Darıdağ ərazisində hazırda beynəlxalq standartlara cavab verən iki yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait imkan var. Korpuslarda bir saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.

Qeyd olunub ki, beynəlxalq standartlara uyğun olan yeraltı yerüstü hissələrdən ibarət 100 çarpayılıq Duzdağ Fizioterapiya Mərkəzi 1980-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Mərkəz 2008-ci ildə yenidən qurulub. Bu müalicə ocağında müasir texnologiyalar əsasında bronxialastma digər allergik xəstəliklərin müalicəsi aparılır.

Müəllif, həmçinin Badamlı Fizioterapiya Xəstəxanasında Badamlı suyu vasitəsilə həzm sistemi s. xəstəliklərin müalicə olunduğunu yazıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından birinin onun şəfalı bulaqları, mineral sularının olduğu diqqətə çatdırılıb. Muxtar respublikada mövcud olan Sirab, Vayxır, Badamlı, Gülüstan, Darıdağ, Əshab-Kəhf kimi şəfalı mineral su bulaqlarından müxtəlif daxili orqan oynaq xəstəliklərinin müalicəsində istifadə olunduğu bildirilib. Sirab, Badamlı Gülüstan mineral sularının süfrə suyu kimi istehsal edildiyi vurğulanıb.

Məqalənin yekununda N.Durzi Azərbaycan hökumətinin 2015-ci ilin noyabrından etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün giriş vizasının respublikamızın beynəlxalq hava limanlarında verilməsi haqqında qərarının bu ölkədən Naxçıvan, Gəncə kimi şəhərlərə turist axınının kəskin artmasına səbəb olduğunu bildirib. Müəllif Azərbaycan kimi qədim ölkənin BƏƏ turistlərinin potensial turizm istiqaməti siyahısında özünəməxsus yer tutduğunu qeyd edib. O, Dubay-Bakı birbaşa aviareyslərinin mövcudluğunu bəzən normadan artıq yükləndiyini nəzərə alaraq, Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Naxçıvana müntəzəm uçuşlar təsis etməsinin zəruriliyini diqqətə çatdırıb. Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://alittihad.ae/details.php?id=48796&y=2016&article=full

 

İki sahil.- 2016.- 8 oktyabr.- S.11.