Naxçıvan Muxtar Respublikası
müstəqillik yollarında
AMEA Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin müstəqil
Azərbaycan Respublikasının
memarı və qurucusu, tarixi şəxsiyyət, görkəmli
dövlət xadimi Håydər Əliyåvin əziz
xatirəsinə həsr
etdiyi monoqrafiyası belə adlanır. Kitab giriş, dörd fəsildən və nəticədən ibarətdir.
XX əsrin 80-cı illərinin
sonlarında başlanan
milli oyanış, demokratik hərəkat, erməni təcavüzü,
ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı,
demokratik dəyişikliklər,
Heydər Əliyevin Naxçıvan Muxtar Respublıkası Ali Məclisinin
Sədri seçilməsi,
Naxçıvanın müdafiənin
təşkili, blokadadan
çıxarılması istiqamətində
həyata keçirilən
tədbirlər, eləcə
də müstəqilliyin
möhkəmləndirilməsi sahəsində əldə
olunan uğurlar mövzunun başlıca məzmununu təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında yüksək
poliqrafik səviyyədə
nəşr edilən monoqrafiyada muxtar respublikanın ictimai-siyasi,
sosial-iqtisadi inkişafı
arxiv sənədlər,
dövrü mətbuat
materialları və mövcud elmi ədəbiyyatlar əsasında
şərh olunur.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa
edilməsinin 25 illik yubileyi ərəfəsində
geniş oxucu kütləsinə təqdim
olunan 360 səhifəlik
kitabda XX əsrin 80-ci
illərinin sonlarında
Naxçıvan Muxtar
Respublıkasının çətin
və mürəkkəb
vəziyyəti, muxtar
respublikada başlanan milli-demokratik hərəkat,
məkrli ermənilərin
ərazi iddiaları və silahlı müdaxilələri, habelə
baş verən ictimai-siyasi proseslər xronoloji ardıcıllıqla
ümumiləşdirilmişdir.
Qeyd edək ki, böyük
dövlət xadimi Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyət göstərdiyi
1991-1993-cü illər geniş
bir şəkildə sözügedən əsərdə
tədqiqata cəlb edilmiş, o dövrdə Azərbaycanın ayrılmaz
bir parçası olan Naxçıvanın üzləşdiyi çətinliklər,
baş verən proseslər, habelə həmin illərdə qəbul edilmiş qərarların tarixi əhəmiyyəti işıqlandırılmış,
muxtar respublikanın
1993-cü ildən sonrakı
inkişaf dövrü
əhatəli bir şəkildə təhlil
edilmişdir.
Ermənilərin xalqımıza qarşı
zaman-zaman gizli və aşkar şəkildə apardıqları
soyqırımı və
işğal siyasətinin
Naxçıvan Muxtar
Respublikasının ictimai-siyasi
həyatında çox
böyük təsiri
olmuşdur. Danılmaz bir faktdır
ki, Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılmasında,
möhkəmləndirilməsində, xalqımızın taleyində,
mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda
misilsiz xidmətlər
göstərən böyük
öndər Heydər
Əliyevin 1990-cı ilin
iyul ayında Moskvadan Bakıya qayıtması çətin
sınaqlar qarşısında
qalan Azərbaycanı
mövcud təhlükələrdən
xilas etdi.
Monoqrafiyanın ilk fəsilində akademik bu mövzuya geniş yer verir. “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı
(1988-1990-cı illər) adlanan
bu fəsildə müəllif geniş əhatəliyi ilə
80-cı illərin ortalarından
başlayaraq ölkədəki
ictimai-siyasi prosesləri
qeyd edir, Ermənistanın Azərbaycana
qarşı apardığı
məqsədyönlü işğal
siyasətinə toõunur, çar Rusiyasının, sonralar isə Sovet İttifaqının himayəsindən
istifadə edən ermənilərin “böyük
Ermənistan” õülyasını həyata
keçirmək üçün
iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək,
müntəzəm surətdə
hiylə, məkr, õəyanət, tårror vasitələri
ilə dünya tariõində
analoqu olmayan və ağlasığmaz
formada qanlı hadisələr törətdiklərini
göstərir.
Sözügedən fəsildə, eyni zamanda, 1991-1993-cü illərdə
qəbul edilmiş qərarlar, verilmiş bəyanatlar, imzalanmış
sənədlər zəngin
faktlarla ümumiləşdirilərək
təqdim olunur. Bu illərdə Naxçıvan
Muxtar Respublikasında
müstəqil dövlətçiliyimizin
möhkəm və etibarlı bünövrəsini
qoyan tədbirlər işıqlandırılır. Bildirilir ki, yox olmaq təhlükəsi
ilə üz-üzə
qalan ölkəni var edən, müstəqilliyini əbədiləşdirən,
millətin xilaskarına
çevrilən dahi öndər Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
seçilməsi muxtar
respublikanın mürəkkəb,
eyni zamanda ağır dövrünə
təsadüf edirdi. Haqlı olaraq göstərilir ki, dünya şöhrətli siyasətçinin
Naxçıvanda olması
və yaşaması Naxçıvan Muxtar Respublıkasını Dağlıq
Qarabağın aqibətinə
düşməsinə imkan
vermədi. Heydər Əliyev
müdirikliyi, xalqa inamı, Heydər Əliyev-xalq birliyi Naxçıvanı xilas etdi.
“Naxçıvan müstəqilliyin
ilk illərində (1991-1993-cü illər)” başlıqlı
ikinci fəsildə isə SSRİ-nin dağılmasından sonra
Naxçıvan Muxtar
Respublıkasında yaranmış
gərgin vəziyyətində
bölgənin idarə
olunmasında ulu öndər Heydər Əliyevin ümumilikdə
Azərbaycan xalqı qarşısında böyük
xidmətləri tədqiq
olunur. Dövlət müstəqilliyinin əldə olunmasında və qorunub möhkəmləndirilməsində Naxçıvan Muxtar Respublikasının mühüm
rolu ikinci fəsildə xüsusi vurğulanır. Qeyd olunur
ki, bu illərdə
Naxçıvan Muxtar
Respublikası Azərbaycanın
tərkib hissəsi kimi ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni
həyatı ilə həmahəng şəkildə
özünün tarixi
inkişaf yolunu uğurla davam etdirir.
Tədqiqat əsərində, eyni zamanda, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, dövlət müstəqilliyinin bərpası
və möhkənləndirilməsi
istiqamətində uğurlu
fəaliyyəti təhlil
edilir. 1991-ci ildə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublıkası Ali Məclisinin
Sədri seçilən
Heydər Əliyev Naxçıvanda fəaliyyəti
dövründə həyata
keçirdiyi tədbirlərlə
müstəqil, demokratik
və dünyəvi Azərbaycan dövlətinin
möhkəm və etibarlı bünövrəsinin
əsasını qoydu.
Naxçıvan Muxtar Respublikası
ağır iqtisadi böhrandan çıxarıldı,
əhalinin sosial vəziyyəti yaxşılaşdırıldı,
elm, təhsil, mədəniyyət,
milli mənəvi dəyərlərin qorunub,
inkişaf etdirilməsi
üçün mühüm
addımlar atıldı
ki, bu da
zəngin materiallarla yeni nəşrin oxucusuna çatdırılır.
Kitabda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövrü tariximizin
əvəzedilməz səhifələrindən
biri olduğu xüsusi vurğulanır. Burada Naxçıvanda
əsası qoyulmuş,
sonralar xalqın həyatında həlledici
rol oynayan Yeni Azərbaycan Partiyasının Azərbaycan
cəmiyyətində yeri
və mövqeyindən
də söz açılır. Partiyanın
Azərbaycanın gələcəyi
üçün tarixi
əhəmiyyəti konkret
faktlara əsaslanaraq göstərilir ki, “xalqın Heydər Əliyevə inamı və yaradılan partiyaya ümidi bütün manelərdən
və təqiblərdən
güclü idi...”
Dahi öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən
böyük xidmətləri,
eyni zamanda, 1993-cü ildən sonra Naxçıvan Muxtar Respublikasının inkişaf
dövrü yeni nəşrin üçüncü
fəslində işıqlandırılıb. Qeyd edək ki, bu
fəsil Azərbaycan xalqının tarixində
yeni bir dövrün başlanğıcı
kimi xarakterizə olunur və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı
Azərbaycanı gözləyən
fəlakətlərdən xilas
etməsi, onun müstəqilliyinin möhkəmləndirilməsi
üçün düşünülmüş
uğurlu daxili və xarici siyasətin nəticəsində
qorunub saxlanıldığı,
inkişaf etdirildiyi və ictimai-siyasi həyatın sabitliyi təmin olunduğu müstəqillik illərindəki
Naxçıvan Muxtar
Respublıkasının inkişaf
yolunun təhlili verilir.
“Naxçıvan müstəqilliyin
möhkəmləndirilməsi dövründə (1993-2016)” fəslində
oxuculara təqdim olunan “Naxçıvan Muxtar Respublıkasının
sosial-iqtisadi inkişafı”,
“Sənayenin inkişafı. Yeni sənaye sahələrinin
yaradılması”, “Tikinti-quraşdırma
və abadlıq işləri”, “Kənd təsərrüfatının inkişafı”,
“Elektroenergetikanın yenidən
qurulması, əhalinin
və müəssisələrin
qazla təmin edilməsi”, “Əhalinin sosial müdafiəsinin təmin edilməsi” və digər başlıqlı yazılarda
1993-cü ildən 2016-cı ilədək Naxçıvan
Muxtar Respublikasında
həyata keçirilən
tədbirlərə ardıcıllıqla
nəzər salınır,
ulu öndər Heydər Əliyev ideyaları və siyasətinin Naxçıvanın,
eyni ilə Azərbaycanın uğurlarının
əsası olduğu
göstərilir.
Azərbaycan aliminə, ziyalısına,
təhsilinə, elminə,
mədəniyyətinə Heydər
Əliyev qayğısı,
onun tarixi-mədəni,
milli mənəvi dəyərlərin qorunması
və inkişaf etdirilməsi sahələrinə
göstərdiyi xüsusi
diqqət və qayğı yeni nəşrin “Naxçıvan
mədəniyyəti müstəqillik
illərində” başlıqlı
son fəsilində əhatəli
bir şəkildə oxuculara çatdırılır.
Zəngin materiallar əsasında
göstərilir ki, ölkədə Heydər
Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi sayəsində bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox
mühüm elm, təhsil
və mədəniyyət
mərkəzinə çevrilmişdir.
Haqlı
olaraq qeyd olunur ki, müstəqillik
dövründə Naxçıvan
Muxtar Respublikasının
keçdiyi tarixi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək
üçün real həyata
baxmaq kifayətdir.
İnanırıq ki, akademik İsmayıl
Hacıyevin “Naxçıvan
Muxtar Respublikası müstəqillik yollarında”
adlı monoqrafiyası
tədqiqatçıların, bütövlükdə oxucuların
dərin marağına
səbəb olub onların stolüstü kitabına çeviriləcək.
Türkanə Bəylərli,
AMEA
Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı
İki sahil.- 2016.- 11 oktyabr.- S.22.