34 il öncə Hüseyn Cavid
Azərbaycana qovuşdu…
34 il öncə, 1982-ci ilin
oktyabrın 26-da görkəmli Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavid Azərbaycana qovuşdu. Görkəmli
siyasi xadim Heydər Əliyevin təşəbbüsü,
xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz
yerlərindən Azərbaycan poeziyasında fəlsəfi
lirikanın təkrarsız nümunələrini yaradan Cavidin
cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi
ədəbi mühitimizdə əlamətdar bir tarix,
uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi
kimi böyük ictimai-siyasi
hadisə idi.
Heydər
Əliyevin göstərişindən sonra 1982-ci il oktyabrın
12-də Naxçıvan Vilayət
Partiya Komitəsi Hüseyn Cavidin məzarının
tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə
bağlı tarixi bir qərar qəbul etdi və belə bir
şərəfli işin icrası Naxçıvan Vilayət
Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə
olundu.
1976-1983-cü illərdə Azərbaycan
KP Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat
və təşviqat, partiya işi şöbələrinin
müdiri, ideoloji iş üzrə
vilayət partiya komitəsinin katibi vəzifələrində
çalışmış Həmid Cəfərovla söhbətimiz
də məhz bu tarixi hadisə
ilə bağlıdır.
- Həmid
müəllim, Heydər Əliyevin təşəbbüsü
ilə Hüseyn Cavidin cənazəsinin
qalıqlarının Azərbaycana – şairin doğma yurdu
Naxçıvana gətirilməsi - Sizin bilavasitə
iştirakçısı olduğunuz bu tarixi hadisə
haqqında xatirələrinizi
bölüşməyi xahiş edərdim.
- Qüqrətli Azərbaycan
şairi və dramaturqu,
"Ana",
"Maral",
"Şeyx Sənan",
"Şeyda", İblis", "Azər", "Peyğəmbər",
"Topal Teymur" , "Səyavuş",
"Xəyyam" kimi ölməz
əsərlərin müəllifi - taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış
Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik
yaradıcılığı ilə ədəbiyyatımızda
yeni bir mərhələnin başlanğıcını qoyub,
Azərbaycan ədəbiyyatının inkişafında
müstəsna xidmətlər göstərib. Təsadüfi
deyildir ki, Hüseyn Cavaidin xatirəsi ona layiq şəkildə
əbədiləşdirilib. Belə bir tarixi və şərəfli
işdə müdrik şəxsiyyət Heydər Əliyevin
misilsiz xidmətləri olub. Otuz dörd il əvvəl məhz
Heydər Əliyevin təşəbbüsü
ilə uzaq Sibirin əlçatmaz yerlərindən Cavidin cənazəsinin
qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi
ulu öndərimizin tarixi xidmətlərindəndir.
1982-ci il oktyabrın 3-də Heydər Əliyev Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, «sovsekretno» sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.
Beləliklə, onun göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq.
- Həmid müəllim, «gedər-gəlməz» bir məkan sayılan Sibirə səfər etmək – onilliklər ötməsinə baxmayaraq heç bir sorağı olmayan bir yerə getmək, çox böyük müşkül məsələlərin həllinə sinə gərmək, bu böyük məsuliyyət deyildimi?
- Qərarın
icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında
Heydər Əliyevin adı durduğu üçün heç bir
müşküllükdən söhbət gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki, bu qərarın icra olunmasına bilavasitə Heydər
Əliyevin özü rəhbərlik edirdi. Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev «Bakinski
raboçi» qəzetinə verdiyi
müsahibələrin birində qeyd edirdi ki, o
Cavidin cənazəsinin
qalıqlarının uzaq Sibirdən Azərbaycana
gətirilməsi üçün
SSRİ kimi nəhəng bir
dövlətin «birinci şəxsinə» -
Sov.İKP MK-nın Baş
katibi L.İ.Brejnevə, həmçinin
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Y.V.Andropova müraciət etmişdir.
Bəli, bu məsələni həll etmək
üçün SSRİ kimi
böyük bir
dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini
almaq vacib idi. Təbii ki, bütün bunları isə millətinə
bağlı, qəlbində xalqının tarixi
və mədəniyyətinə sonsuz sevgi hissləri olan şəxsiyyət – Heydər
Əliyev edə bilərdi.
- Cavid
soraqlı Sibir səfərinizdə nədən
başladınız?
- Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.
Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O qətiyyətlə bildiridi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”. Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət Cavidin qəbri qazıldı…
Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid «tapılmışdı» - Azərbaycanın böyük oğlunun – Heydər Əliyevin tarixi bir tapşırığı yerinə yetirilmişdi…
Əvvəlcədən planlaşdırıdğımız kimi Hüseyn Cavid Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.
Azərbaycan rəhbərinin
- Heydər Əliyevin bu
tapşırığı ilə marşrut
dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı”
İrəvana dəyməməliydi,
Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.
1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya, sonra isə Naxçıvana “uçdu”.
Naxçıvanda - evinin qarşısında
torpağa tapşırıldı.
Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar
1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi.
- Heydər Əliyev ikincə dəfə Azərbaycanın
siyasi rəhbərliyinə
gələndən sonra
da görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində
və nəşrində,
xatirəsinin əbədiləşdirilməsində
misilsiz xidmətlər
göstərmişdir...
- Fikrinizlə
tam şərikəm. Söhbətimizin
bu yerində ötən əsrin 80-ci illərinə qayıdaraq
bildirmək istərdim
ki, 1982-ci ildə Heydər Əliyevin
SSRİ-nin ali
siyasi rəhbərliyinə
irəli çəkildikdən
sonra Moskvaya getməsi Cavidin adının əbədiləşdirilməsi
ilə bağlı işlərdə bir boşluq yaratdı. Böyük sənətkarın 100 illik
yubileyi ilə əlaqədar nəzərdə
tutulmuş bir sıra tədbirlər reallaşmadı.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsində
çalışan Heydər
Əliyevin
Hüseyn Cavidin anadan olmasının 110 illiyi ilə əlaqədar çıxışında
qeyd etdiyi kimi «1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın
Nazirlər Soveti Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi
nəzərdə tutuldu.
Hüseyn Cavidin cənazəsinin vətəninə
qaytarılması, Hüseyn
Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə
ev-muzeyinin təşkil
olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı
üzərində məqbərənin
yaranması, Naxçıvanda
Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş
yayılması, dərc
olunması, rus dili və başqa
dillərə tərcümə
olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu
bu 10 ilin içərisində həyata
keçirilməyibdir».
Bütün bu sadalananları
Heydər Əliyev ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlişindən
sonra həyata keçirdi. Hüseyn Cavid
irsinin qiymətləndirilməsində
və nəşrində,
xatirəsinin əbədiləşdirilməsində
misilsiz xidmətlər
göstərdi.
Mənalı ömrünün bütün dönəmlərində sözü ilə əməli vəhdət təşkil edən Heydər Əliyev sözün həqiqi mənasında Hüseyn Cavidin xatirəsinə layiq məqbərənin yaradılmasına nail oldu. Bundan öncə böyük humanist ideyalarla yaşayan Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş verdi. Və nəhayət bir neçə ildən sonra böyük sənətkarın son yadigarı - qızı Turan xanım da öz doğmaları yanında əbədiyyətə qovuşdu…
İlham
Cəmiloğlu
İki sahil.- 2016.- 27 oktyabr.- S.5.