Yeganə aqrar təhsil ocağı:
hədəfə doğru qətiyyətli
addımlar
Bütün
dönəmlərdə aqrar bölmə iqtisadiyyatın əsasını
təşkil edib. Maddi nemətlər bolluğu, ərzaq təhlükəsizliyi
və təminatı, ekoloji sağlamlığını
saxlayan kənd təssərrüfatı
məhsullarının istehsalı birbaşa bu sahənin
yaşaması və inkişafı ilə bağlı olub.
Deməli, aqrar bölmənin müasir inkişafı həm də
bu sahənin elmi əsaslara söykənməsini tələb
edib və yüksək ixtisaslı kadr hazırlığı
ilə ölçülüb. Sözügedən sahədə isə tarixən yeganə aqrar təhsil
ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)
elmi naaliyyətləri, yüksək ixtisaslı kadr
hazırlaması ilə diqqət mərkəzində olub və
tələbə, tələbata uyğun da vəzifəsini
yerinə yetirə bilib.
Son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.
Bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirib. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
Universitetin hazırkı zəngin maddi-texniki
bazası ölkəmizdə fəaliyyət göstərən
ali təhsil müəssisələrinin çoxundan fərqlidir.
Son illərdə tədris korpuslarının müasir
standartlara uyğun təmiri, yeni tədris
laboratoriyalarının quraşdırılması, yüksək
zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik
tələbə yataqxanası-”Tələbə evi”
bütün sadalananlara tam cavab
verir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana,
stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət
göstərir. Burada akt və fitnes zalları, ticarət,
iaşə və məişət xidməti obyektləri də
var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik,
altısı isə üçnəfərlikdir. Bütün
mərtəbələrdə istirahət guşəsi və mətbəx
var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada
yaşayanların gəzintisi üçün nəzərdə
tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı
üçün 1000 kilovoltluq güc transformatoru, isti və
soyuq su ilə təminatı üçün qazanxana
quraşdırılıb, su və yanğın hovuzları
inşa edilib. Kompleksdə yaradılan şərait müxtəlif
şəhər və rayonlardan olan tələbələrə
özlərini evdəki kimi, bəkə də ondan
yaxşı hiss etməyə imkan verəcək. Eyni layihə
üzrə daha bir yataqxananın tikintisi isə davam edir.
Bununla yanaşı, vaxtı ilə qaçqınların
yaşadığı 3 yataqxanaın da əsalı bərpası
qərara alınıb. Bu
işlər başa çatandan sonra universitetin yataqxana
problemi tamamilə həll ediləcək.
Qeyri-neft
sektorunda böyük rolu olan kənd təsərrüfatı
ixtisasları üzrə mütəxəssis
hazırlığının ölkəmiz üçün
mühüm əhəmiyyəti də danılmazdır. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbərinin
24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə
2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat
səviyyəsinə 11 ixtisas, o cümlədən
torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik,
ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq,
aqromühəndislik və s. ixtisaslar üzrə tələbə
qəbulu yalnız dövlət sifarişi əsasında
müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin
peşə yönümü üzrə maarifləndirilməsi
məqsədilə alimlərimiz Gəncənin və kənd
rayonlarının orta məktəblərində pedaqoji heyət
və yuxarı sinif şagirdləri
ilə mütəmadi görüşlər keçirir, onlara
universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər
öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus
avtobuslarla tədris korpuslarını, laboratoriyaları,
müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər.
Bütün bunlar da şagirdlərdə, onların müəllim
və valideynlərində universitet haqqında xoş təəssürat
yaradır, əhatəli məlumat bazası zənginləşir
və formalaşır.
Son illərdə
bu ixtisaslara tələbə qəbulu planı əvvəlki
illərə nisbətən daha çox, bəzilərində
isə 100 faiz yerinə yetirilib. Bu il isə göstərici
daha ürək açam olub. 2016-2017-ci tədris ilində
planda nəzərdə tutulan
1445 yerə 1172 tələbə qəbul edilib və tələbə
qəbulu 81,1 faiz yerinə yetirilib. Kənd təsərrüfatı
ixtisasları üzrə bu rəqəm 98,3 fazizə
çatıb. Son 3 tədris ilində qəbul planının
68,8 faizdən 81,1 faizə yüksəlməsi bir daha təsdiq
edir ki, dövlətin xüsusi diqqəti və
qayğısı ilə Dövlət Aqrar Universiteti
qarşıya qoyulan hədəfə doğru qətiyyətli
addımlar atır. Burda qayğı və diqqətlə
yanaşı universitetdə ciddi idarəçiliyin olması
da mühüm rol oynayıb. Yüksək nizam-intizam
yaradılıb və şəffaflıq tam təmin edilib.
Rektor tələbə münasibəti ən yüksək həddə
çatdırılıb və tələbə bütün
məsələləri, yaranan problemləri heç bir mane
olmadan rektoru iləbölüşə bilir. Universitetdə
mövcud 11 ixtisasdan 10-da qəbul planının 100 faiz yerinə
yetirilməsi də uğurların təntənəsindən
xəbər verir.
Universitetin
bakalavriat və magistratura səviyyələrində 30-dan
çox ixtisas üzrə mütəxəssis hazırlığı
aparılır. 7 fakültənin əyani və qiyabi təhsil
formalarında 5 minə yaxın tələbə təhsil
alır ki, onların da tədrisi ilə 480-dək
professor-müəllim heyəti məşğul olur. Pedaqoji
heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər
doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru,
dosent vardır.
2008-ci ildə
universitetdə tələbə-müəllim nisbəti (bir
müəllimə düşən tələbələrin
sayı) 5,1 nəfər olduğu halda, hazırda bu rəqəm
11,1 - dir, tələbə qızların sayı 10 faiz təşkil
edirdisə, hazırda 30 faizdən artıqdır.
Universitetdə
tələbələrə diqqət və qayğı
yüksək səviyyədədir. Konkret faktlar da deyilən
fikri təsdiq edir. Sessiya imtahanları əsasən kompyuter
vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın
və obyektivliyin tam təmin olunması deməkdir. Son illərdə
tələbələrin təhsilə marağının
artırılması məqsədilə xeyli sayda kompyuter
alınıb. Bu gün universitetin hər dörd tələbəsinə
bir kompyuter düşür ki, bu da respublikanın ali təhsil
müəssisələrindəki orta göstəricidən dəfələrlə
çoxdur. Bununla yanaşı, xeyli sayda smart-lövhə,
nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s.
alınaraq tələbələrin istifadəsinə verilib.
Tələbələrin
intellektual səviyyəsinin artırılması və asudə
vaxtlarının səmərəli təşkili məqsədilə
son 3 ildə tələbələr üçün ödənişsiz
ingilis dili, kompyuter və dizayn üzrə kurslar
yaradılıb. Bunlarla yanaşı, müxtəlif növ
oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir,
nəticələrinə görə fərqlənənlərə
fəxri fərmanlar və pul mükafatları verilir. Uzun illər
acınacaqlı vəziyyətdə olan idman salonu əsaslı
təmir edilib, zəruri trenajorlarla təchiz olunub və tələbələrin
istifadəsinə verilib. Tələbələr
üçün idman geyim formaları alınıb.
Təhsil
Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına
uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri
götürmələrinə görə təhsil
haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar
vəsait hesabına ödənilməsi haqqında
universitetimizin elmi şurasının qərarı ölkənin
ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və
valideynlər tərəfindən çox böyük
razılıqla qarşılanıb.
Son imtahan
sessiyalarında imtahanları “əla” qiymətlərlə
başa vuran tələbələrin sayı əvvəlki
sessiyaların nəticələri ilə müqayisədə
yüksəkdir və bu da tələbələrin təhsilə
marağının və məsuliyyətinin daha da
artmasını göstərir.
Rektorun
xüsusi əmrində büdcədənkənar vəsait
hesabına qəbul imtahanlarında 600-dən çox bal
toplamaqla universitetə qəbul olunan və növbəti
sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci
kurs tələbəsinin aylıq təqaüdünə ikinci
semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul
olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər
birinci kurs tələbəsinin aylıq təqaüdünə
ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox
bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul
olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada
yüksək qiymətlər aldıqları və universitetin
ictimai həyatında fəal iştirak etdikləri nəzərə
alınmaqla aylıq təqaüdünə ikinci semestrdə
ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal
toplayan 3 tələbəyə aldıqları təqaüddən
əlavə ikinci semestrdə ayda 100
manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7
tələbəyə aldıqları təqaüddən əlavə
ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3
fəndən 100, digər fənlərdən 91-100 bal toplayan
98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər
fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər
birinə 70 manat məbləğində birdəfəlik
stimullaşdırıcı təqaüd verilməsi təsbit
olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri
daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal
iştirak etməyə ruhlandırır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli
348 nömrəli qərarı ilə təsdiq edilən “Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyələrində
kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın
tələblərinə müvafiq olaraq tələbələrə
kömək göstərmək, onların
hüquqlarını və akademik maraqlarını qorumaq məqsədilə
akademik məsləhətçilər (tyutor xidməti)
üçün ştat vahidləri açılıb, bu sahədə
təcrübəsi və səriştəsi olan şəxslər
tyutor vəzifəsinə təyin olunub. 2015-ci ildə 23 tyutor
Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət
Universitetində təşkil olunan iki aylıq seminarda
iştirak edib və müvafiq sertifikat alıblar.
Tələbələrin
nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi
və sonrakı əmək fəaliyyətində istifadəsinin
təmin edilməsində istehsalat təcrübələrinin
böyük rolu
danılmazdır. Bu baxımdan universitet qabaqcıl
şirkət, müəssisə və təsərrüfatlarla
işgüzar əlaqələr yaradıb, müqavilələr
bağlayıb. Bunlardan Ağcabədi rayonu”AQAT-AQRO” MMC,
“Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı
nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis
filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu
“Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir
rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı,
Şəmkir rayonu “Azaqro- MMC”, Şabran rayonu “Səba
quşçuluq kompleksi”, BMS keçicilik şirkəti,
Qarabağ taxılçılıq MMC, Qarabağ
toxumçuluq MMC və başqa şirkətləri misal
göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”,
Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ
quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu
Beytulla kəndli fermer təsərrüfatlarında tələbələrimiz
pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin
olunurlar.
Qəbələ
quşçuluq, Qəbələ premium, Ucar Mərcan broyler,
Ağcabədi Aqat - Aqro MMC, BMS şirkəti, Şabran Səba
şirkəti, Hacıqabul Quşçuluq fabrikində, Qəbələ
Aqro kompleksdə baytarlıq ixtisasının V kurs tələbələri
6 aylıq təcrübə keçmişlər. Təcrübə
zamanı bu müəssisələr tərəfindən tələbələr
məişət şəraiti və əmək haqqı ilə
də təmin olunublar.
İstehsalat
təcrübəsinin daha səmərəli təşkili məqsədilə
“Əczaçılıq” ixtisası üzrə əyani təhsil
formasının üçüncü kurs tələbələri
ADAU ilə Türkiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən
Türkiyədə istehsalat təcrübəsində olublar.
“Əczaçılıq”
ixtisasının 17 tələbəsi Türkiyənin Samsun
şəhərindəki Ondokuz Mayıs universitetində,
“menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi
Almaniya Federativ Respublikasında təcrübə keçib,
mühəndislik fakültəsinin 5 tələbəsi
Belçikanın və Türkiyədə yerləşən
New-Holland texnikaları zavodunda təlimlərdə iştirak
ediblər.
Son
zamanlar ADAU-da təcrübə saatlarına daha çox yer
verilməsi də bir yenilik və əslində zamanın tələbidir.
Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü
İbrahim Cəfərov hesab edir ki, aqranom auditoriyalarda deyil,
sahələrdə hazırlanmalıdır.Təcrübə əldə
edilən biliyin sınaq meydanıdır. Bu sınağı dəf
edənlər heç şübhəsiz ən dəyərli
kadrlar olurlar. Elə bu səbəbdən də Goranboy rayonu ərazisində
fermer təssərrüfatı ilə müqavilə
bağlanıb. Müqaviləyə uyğun 25 hektar sahədə
tələbələr il boyu təcrübədə
olurlar. Bu il Aqranomluq fakültəsinin
tələbələri torpağın əkinə
hazırlanmasından indiyədək bütün aqrotexniki
proseslərdə özləri iştirak edib, 10 hektar sahədə
dənli bitkilər, 10 hektarda pambıq, 5 hektarda isə “ADAU
qarğdalı sortu” əkiblər. Becərmə tədbirlərini
də məhz tələbələr həyata keçiriblər.
Bütün bunlar isə nəzəriyyə ilə təcrübənin
qoşalaşdırılması, daha bacarıqlı kadr
hazırlığı deməkdir. Bu cür tədris
formasını bütün ixtisaslarda tətbiq olunur, eyni
zamanda universitetdə ustad dərslərin ənənə
şəklini alır.
2009-cu ildən
başlayaraq universitetdə hər il məzun yarmarkaları
keçirilir. Sonuncu dəfə may ayıında keçirilən
8-ci “Məzun 2016” yarmarkasında
130-a yaxın muəssisə və təşkilat
iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu
qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara
təklif olunub. Bu da universitetdən
məzun olan 1198 tələbənin iş tapması
üçün ən gözəl şəraitdir.
Yarmarkada
Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar
Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS
Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı
Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus
Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq
Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə
Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.
Professor-müəllim
heyəti arasında yaşlı və fiziki cəhətdən
zəif olanların cavan və perspektivli gənclər hesabına
möhkəmləndiriliməsi bu gün qarşıda duran ən
ümdə məsələlərdəndir. Son illər bu sahədə
müəyyən işlər görülüb, hazırda da
qətiyyətlə davam etdirilir. Magistraturanı və
doktoranturanı müvəffəqiyyətlə bitirən,
müasir innovativ düşüncə tərzinə malik, xarici
dil bilikləri olan gənclərin pedaqoji işə cəlb
olunması çox vacib məsələlərdəndir.
Mütəxəssis hazırlığının keyfiyyətini
daha da yüksəltmək üçün belə tədbirlərin
həyata keçirilməsi mühüm əhəmiyyət kəsb
edir.
Milli
mentalitet baxımından da tələbə-müəllim
münasibətləri universitetdə daha fərqlidir, hər
bir əməkdaş, hər bir tələbə daim diqqət
mərkəzindədir. Yubileyləri olan işçilərə
statusuna uyğun rektorun müvafiq əmrləri ilə təşəkkürlərin
elan edilməsi, hədiyyələrin verilməsi, təntənəli
təbrik etmə mərasimlərinin keçirilməsi
artıq ənənə şəklini alıb. Tələbələrə
qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir
məsələ ilə əlaqədar tələbə
müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində
də, şöbələr səviyyəsində də
operativ və diqqətlə yanaşılır. Bütün
bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə
tələbələr, xüsusən tələbə
qızlar fəallıq göstərirlər.
Bu gün
qarşıda daha ciddi məsələlər dayanır.
Bütün sahələrdə böyük irəliləyişlər
əldə edilən Azərbaycanda, aqrar bölmənin
inkişafı daha sürətli və keyfiyyəti formada davam
etdirilir. Axı, Azərbaycan kənd təsərrüfatının
inkişafı üçün kifayət qədər
münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft
sektorunun inkişafına xüsusi qayğı göstərən
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri
icra etmək üçün zəngin flora və faunası
olan Azərbaycanın kənd təsərrüfatının
strateji inkişafı günün vacib məsələlərindəndir.
Bərəkət mənbəyi olan torpağın elmi sirlərini
öyrənmək uğurların açarıdır. Son 3
ildə 2 nəfər elmlər doktorluğu, 28 nəfər isə
fəlsəfə doktoru adına layiq görülüb və
diplom alıb.
Tam əminliklə
demək olar ki, zəngin tarixi ənənələrə malik
olan Azərbaycan Dövlət Aqrar Universiteti bundan sonra da
dövlətimizə, dövlətçiliyimizə sadiqliyini
qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri
uğurla yerinə yetirəcəkdir.
Qalib Rəhimli,
ADAU-nun mətbuat
xidmətinin rəhbəri
İki sahil.- 2016.- 3 sentyabr.- S.8-9.