"Şöhrət" ordenli veteran jurnalist Mətbuat Şurasında olub

 

Bakı. 6 aprel. REPORT.AZ/ Əməkdar jurnalist, "Şöhrət" ordenli qələm sahibi Əli İldırımoğlu Mətbuat Şurasında (MŞ) olub, seçilmiş əsərlərinin yeni çapdan çıxmış 12 cildliyini şuraya təqdim edib.

MŞ-dan "Report"a verilən məlumata görə, 90 yaşlı veteran jurnalisti salamlayansədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş şəxslərin əməyi daim yüksək qiymətləndirilir. O bu məqsədlə MŞ-nin tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradıldığını diqqətə çatdırıb.

sədri ahıl jurnalistlərin gənc jurnalistlər üçün mühüm təcrübə mənbəyi olduğunu vurğulayıb.

Veteran jurnalist Ə.İldırımoğlu jurnalist peşəsinin incəliklərindən söz açıb. Müasir dövrdə inkişaf etmiş jurnalistika ənənələrinin mövcudluğunun pozitiv tərəflərinə diqqət yetirib. O, həmçinin son illər özünün bədii yaradıcılıq fəaliyyəti barədə də məlumat verib.

Qeyd edək ki, Məmişov Əli İldırım oğlu 17 noyabr 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Xalq qəzeti"nin (o zamankıKommunist”) xüsusi müxbiri kimi çalışıb. Daha sonraHəyatqəzetində eyni vəzifədə işləyib. Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.

Ə.İldırımoğlu 1988-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafatı ilə təltif edilib. Ustad jurnalist həmçinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

İki sahil.- 2017.- 7 aprel.- S.10